2 sonuçtan 1 ile 2 arası

Gözəl görünsən də...

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Gözəl görünsən də...

    İndi nə qədər istəsən kosmetik məhsullar var, özü də çeşid-çeşid: gecə, gündüz kremləri, ətirlər, pudralar, pomadalar, tuşlar, saç boyaları, gellər, nələr, nələr... Çox vaxt “təki gözəl görünüm” deyə bu məhsullardan sağlamlığımıza zərbə vuraraq, necə gəldi, düşünmədən istifadə edirik. Bəs bu “gözəllik iksirləri” orqanizmdə hansı fəsadlara yol açır? - Başlıcası bədəndən atılası zəhərli maddələrin qaraciyərdə, böyrəkdə, yağ təbəqəsində yığılmasına səbəb olur, xərçəng, astma, allergiya, ürək-damar kimi xəstəliklər törədir. Zəhərli maddələr orqanizmə pomada, cürbəcür krem, pudra və s. vasitəsilə daxil olur.

    Dəri bədənin həssas orqanlarındandır. Ağız yolu ilə qəbul edilən maddələrin, bəlkə də, bir qismi xaric ola bilir, lakin dəri vasitəsilə alınanlar birbaşa qana keçir.

    Bugünkü reallıq ondan ibarətdir ki, şampunlardan, dezodorant və antiperspirantlardan daha çox istifadə etmək məcburiyyətindəyik. Bu məhsullardakı zərərli kimyəvi maddələr tər vəzilərilə qana keçir.

    Yaxşı olar ki, qidalar qədər əhəmiyyətli hesab edilən kosmetik məhsulların təbiisindən, yəni saç boyası əvəzinə, xınadan, gözləri gözəl göstərən, həm də müalicəvi təsirə malik olan sürmədən, xoş qoxuya, rəngə görə bitkilərdən əldə edilmiş məhsullardan istifadə edəsiniz.

    İllərin, əsrlərin sınağından çıxmış bir həqiqət var ki, təbii yolla gözəlliyə sahib olmaq sağlamlıq baxımından da faydalıdır.

    Bu gün ilk baxışda gözəllik qazandıran kosmetik vasitələr neçə illər sonra sağalmaz xəstəliklərə yol açdığını düşünüb dükan-bazarlarımızı bürüyən, mənbəyi, mənşəyi məlum olmayan, tərkibi zəhər “gözəllik vasitələri”ndən uzaq durmağa çalışın. Unutmayın ki, nənələrimiz yüz illərdir təbiətdən gələn vasitələrdən geniş istifadə etmiş, həm bizdən gözəl görünmüş, həm də uzun ömür sürmüşlər. Zaman

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Gözəl görünsən də...

    tesekkur cox duzgun vuruqlanmis 1 irad

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.