4 sonuçtan 1 ile 4 arası

Nə üçün dünyanın ən parlaq sənətkarlarının hamısı kişilərdir

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Nə üçün dünyanın ən parlaq sənətkarlarının hamısı kişilərdir

    Tarix boyu kişi peşəsi dedikdə ümumiyyətlə fiziki güc tələb edən işlərin ön plana çıxdıgı aydın olur. Ancaq mənəvi və romantik xüsusiyyətlər ilə təxəyyülün önə çıxdığı bəzi işlər də yenə kişilərin əlindədir. Rəssamlıq, bəstəkarlıq, orkestr şefliyi buna misaldır. Şübhəsiz tarix boyunca bir çox qadın rəssam çox əhəmiyyətli əsərlər yaratmışlar. Buna baxmayaraq muzeylərə baxdıqda məşhur qadın rəssamların çəkdiyi əsərlərə rast gələ bilmirik. Deyək ki, Rafael və Rambrandt kimi ustaların yaşadıqları dövrdə qadınların ictimai mövqeləri səbəbiylə şəkillə məşğul olmaları çətin idi, amma Dali və Picasso kimi yaxın tarixlərdə yaşamış rəssamların zamanında belə bir çətinlik yox idi. Bəs bunun başqa bir səbəbi var?. Eyni şəkildə nə üçün qadın bir Motsart və ya Beethoven yoxdu? Musiqini şərh edən qadın müğənnilər, pianoçular, kamançılar və ya orkestrdəki bütün qadın işçilər kişilərdən geri qalmır, hətta, öz sahələrində dünya səviyyəsində müvəffəqiyyətli ola biləcəkləri təqdirdə nə üçün orkestr şeflərinin (dirijorların) az qala hamısı kişidir?
    Görəsən bu problem bir çox orkestrdə əksəriyyəti meydana gətirən kişi işçilərin, başlarında özlərinə doğru əlindəki çubuğu yelləyib dayanan bir qadının idarəsinə girmək istəmədikləri üçün meydana gəlir?Memarlıq və mühəndislik kimi dizayn ağırlıqlı işlərdə nə üçün kişilər qabaqdadır? Hətta qadınların gündəlik həyatlarında ən çox zaman ayırdıqları iş yemək bişirmək ikən və kişilərin 90 %-i yumurta qırmağı belə bacara bilmədikəri halda nə üçün dünyanın ən böyük yemək ustaları, gurmeləri, baş aşpazları həmişə kişi olur? Bütün bu suallara beyin araşdırmaçıları və psixoloqların üzərində razılaşdıqları bir şərh var. Onlara görə işin sirri beynin sağ və sol yarımkürələrindədir. Hər iki yarım kürə fərqli funksiyalara yerinə yetirdikləri kimi cinsiyyətə görə kişilər sağ, qadınlar isə sol yarımkürələrini daha çox istifadə edirlər. Əslində yeni doğulan uşaqda hər iki yarımkürə də 'sağdır. 2 yaşına çatanda bu yarımkürələrdən biri 'sol' olur yəni danışma mərkəzi ortaya çıxır. Oğlan uşaqlarında 6, qız uşaqlarında 13 yaşında beynin simmetriyası tamamlanır.
    İnsanlar yaşlandıqca iki yarımkürə arasındakı bu vəzifə fərqi yenə azalmağa başlayır. Şübhəsiz sağ və sol beyin funksiyaları insandan insana da fərqliliklər göstərir. Qadınların daha çox istifadə etdikləri beynin sol yarımkürəsində danışma və ünsiyyət mərkəzləri var. Bu səbəblə hər yaş qrupunda edilən təcrübələr nəticəsində qız uşaqların danışmağı daha əvvəl bacardıqları, ətrafa daha yaxşı uyğunlaşma qabliyyətinə sahib olduqları, məktəblərdə, ünsiyyət, ictimai və siyasi sahələrdə daha müvəffəqiyyətli olduqları müəyyən olunmuşdur. Kişilərin daha çox istifadə etdikləri beynin sağ tərəfi isə, analiz, sintez, bir hadisəyə tamamilə baxış kimi vəzifələri üzərinə götürmüşdür. Yəni detalları nəzərə alaraq yekunlaşdırsaq, ilk baxışda bir-birlərinin eyniymiş kimi görünsələr də, sol yarımkürədə hiss gücü, sağda isə analiz gücü əsasdır. Sol beyin hadisələri analizsiz, sağ beyin isə induksiya ilə araşdırır. Bax bu səbəblə sağ beyin funksiyalarının lazım olduğu işlərdə kişilər daha müvəffəqiyyətli olurlar. Şübhəsiz bu bir ümumiləşdirmədir. Qadınlar arasında orkestr idarə edən, opera bəstələyən sənətçilər, hətta Marie Curie kimi iki dəfə Nobel mükafatı qazanaraq elm tarixinə keçmiş olanlar da vardır.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Nə üçün dünyanın ən parlaq sənətkarlarının hamısı kişilərdir

    yaxsi movzudu

  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Nə üçün dünyanın ən parlaq sənətkarlarının hamısı kişilərdir

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı

    Sen bu yasa gelmisen hele bunu cavabin bilmirsen ?? Mukemmel olan kisiler deyil. Sadece qadinlar hec ne bacarmir
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Nə üçün dünyanın ən parlaq sənətkarlarının hamısı kişilərdir

    kombat sus,sen danishanda nervilenirem.paahh qadinlar bacaraciqsizdi.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.