6 sonuçtan 1 ile 6 arası

2012 doğrudur yoxsa yalan?

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    2012 doğrudur yoxsa yalan?

    Son günlərdə cox danişılır ki, 2012də dekabrın 21i dəhşətli şeylər baş verəcək yer kürəsində. hətta NASA bu haqda məlumatlıdır, ictimaiyyətə rəsmi olaraq çatdırılmır, insanlar panikaya düşməsinlər deyə.
    2012ci ildə Yer və Nibiru planetləri yanbayan olacaqlar, 2-sinin də güclü maqniti olduğuna görə yer kürəsində zəlzələlər, sunamilər, tufanlar, vulkanlar, ya da ki, od yağışı kimi fəlakətlər baş verəcək. Çoxumuz məhv olacayıq. Az qismimiz bəlkə sağ qala.
    İnanmaq hec istemirem.Şərq təqviminə görə 2011-ci il ağ dovşan ilidir. Bu illə ilkin tanışlıq zamanı biz qeyri-adi heç nəyə rast gəlməyəcəyik. Ağ dovşanın qayğısızlıq, dərdsizlik və optimist maskasının altında həyəcan gizlənir. Bu isə o deməkdir ki, 2011-ci il böyük eniş və yoxuşlar ilidir. Bu eniş və yoxuşun arası hərdən bir neçə gün çəkə bilər. 2011-ci il hadisələrindən möhkəm xarakterli, özlərinə inamlı və həssas məqamlarda sağlam mühakimə yürüdə bilən və mənfi əhval-ruhiyyənin öhdəsindən gələ bilən adamlar qabağa düşəcəklər. Astroloqlar deyirlər ki, 2011-ci ildə dovşanın əlamətlərinə uyğun hərəkət etmək lazımdır - həmişə vəziyyəti qiymətləndirmək, ehtiyatlı olmaq, gizlənmək üçün yer saxlamaq, bir sözlə, böyük risklərə girməmək.
    Günəşdəki dəyişikliklər niyə insanların ölümünə səbəb olur?

    Bu planetdə həyatın mövcudluğuna görə Günəşə minnətdar olmalıyıq. Çünki bütün canlı orqanizmlər günəşdən enerji alır və onun sayəsində mövcudluğunu qoruyur. Günəş auranı, şüuru, bədəni, ürəyi təmizləyir. Onun köməyi ilə insanların enerjisi artır. Günəşlə olan istənilən əlaqə insana müsbət enerji verir. Ona görə də min illər ərzində insanlar günəşə sitayiş etmişdilər. Günəşin insan həyatındakı rolunu öyrənən heliopsixologiya elmi əmindir ki, günəşin fəallaşması tsikli boşanmaların intensivləşməsi, silsilə qətllər, reklamların effektivliyi kimi məsələləri təyin edir. Tədqiqatlar göstərir ki, 11 illik günəşin fəallığı tsikli ümumiyyətlə ölümün əlamətlərini gətirir (aclıq, qətl, intihar, xəstəliklər).

    Dünyanı nə gözləyir?

    Bir enerji ölkəsi olaraq, bu il Azərbaycanı üç məsələ daha çox maraqlandırmalıdır. Bu isə enerji daşıyıcılarının qiymətləri və bununla bağlı mühüm layihələr, dünya iqtisadi böhranının başa çatması və İraq böhranının sonu. İqtisadçıların proqnozlarına görə, 2011-ci ildə enerji daşıyıcılarının qiymətində artım müşahidə ediləcək. Bunun başlıca səbəbi isə iqtisadi böhranın aradan qalxması və enerji daşıyıcılarına olan tələbatın artması səbəbindən qiymətlərin yenidən yüksəlməsidir.
    2012-ci il bizi məhv edəcək?

    Günəşin növbəti fəallaşma dövrünü müşahidə etmək maraqlıdır. Alimlər güman edirdilər ki, bu fəallaşma ya 2010-da, ya da 2012-də olacaq. 2010-da bu, baş vermədiyi üçün, indi hamının nəzərləri 2012-yə dikilib. İndi alimlər həyəcanla qurşaqların dəyişməsini və iri elektromaqnit impulslarının bizi məhv etməsini gözləyir.
    Günəş tarazlığını saxlayan girdə simmetrik qızmar plazma şarıdır. Öz ömrünü yaşamağa başlayanda günəşin ¾ hissəsini hidrogen təşkil edirdi. Sonra qravitasiya sıxılması səbəbindən temperatur və təzyiq artdı, özbaşına istilik-nüvə reaksiyaları baş verməyə başladı. Nəticədə isə hidrogen heliuma çevrildi. Bunun nəticəsi olaraq günəşin mərkəzində temperatur (15.000.000 º K) və onun dərinliklərində təzyiq ( 1,5x105 kq/m3) çox güclü şəkildə artdı. Günəşin hazırkı strukturu belə yaranıb.
    Dünyanın sonunun astanasında nə etməli?

    NASA mütəxəssisləri də bəyan edirlər ki, 2012-ci ilin payızında Günəşin fəallığı maksimum həddə çatacaq.

    Son dövrlərdə baş verən təbii fəlakətləri, daşqınları, sunamiləri dünyanın çarxının dönməsi ilə izah edirlər. Astronomlar bizə öyrədiblər ki, yerdə suyun tarazlığını şərtləndirən başlıca amil Yerin təbii peyki Ayın vəziyyətidir. Əgər o, azacıq da olsa mövcud vəziyyətini dəyişsə, onda Yerdə tarazlıq pozulacaq. Müşahidələr isə son illərdə Ayın səthində dəyişikliklərin olduğunu göstərir. Yerdəki təlatümlərdən onun peykinə də pay düşür.

    Günəş radiasiyası bütün canlıları məhv edəcək. İnsanları bunkerlər və bütün digər sığınacaqlar xilas etməyəcək.
    Nə etməli: özünüzü daxilən bu prosesə hazırlayın. Ürəyimizin səsinə qulaq asmalı, sevinc hiss etməli, özümüzü pozitiv şeylərə kökləməli, öz əhəmiyyətimizi dərk etməyə çalışmalı, öz enerjimizi artırmalı, xeyirxah olçalıyıq. Yaxınlarımizi düşünməli, onları başa düşməyə çalışmalıyıq...
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    115

    Re: 2012 doğrudur yoxsa yalan?

    Her şeye inanmamak lazım bence

  3. #3
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    393

    Re: 2012 doğrudur yoxsa yalan?

    MENCE YALANDIR

    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: 2012 doğrudur yoxsa yalan?

    doğru olsaydı bankdan pul çekib yaşayardıq bir az
    [

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: 2012 doğrudur yoxsa yalan?

    Alıntı AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
    doğru olsaydı bankdan pul çekib yaşayardıq bir az
    xe xe sen pul cek heleki yaşa sorasi allah kerimdi
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  6. #6
    Member
    Üyelik tarihi
    Oct 2011
    Mesajlar
    74

    Re: 2012 doğrudur yoxsa yalan?

    qeşeng qeşeng

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.