Novruz süfrəsinin təamları Qozlu mütəkkələr - Qozlu mütekkeler.

Ərzaqlar:
3 stəkan un
200 qram kərə yağı
200 qram xama+1/2 ç.q. çay sodası
bir çimdik duz

İçlik üçün:
300 qram qoz ləpəsi (fındıqla da əvəz eləmək olar)
1 stəkan şəkər tozu
1 çay qaşığı hil

Hazırlanma qaydası:
Xəmiri yoğurub kiçik kündələrə ayıraraq 40 dəqiqə ərzində soyuducuda saxlayın. Sonra həmik kündələri 3 mm qalınlığında dairə şəklində yayıb, 8 hissəyə bölün. Alınan üçbucaqların üzərinə qozlu içlikdən töküb, bərabər şəkildə yayın.
Sonra üçbucaqların uclarından tutub rulet kimi qatlayın. Qozlu mütəkkələrin üzərinə yumurtanın sarısını çəkib yağlanmış formaya qoyaraq, 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə ərzində bişirin.
Süfrəyə verərkən qozlu mütəkkələrin üzərinə şəkər kirşanı səpin.
Nuş olsun!