5 sonuçtan 1 ile 5 arası

Mayalı xəmirlə ət piroqu resepti - Mayalı Xemirle et piroqu

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.719

    Mayalı xəmirlə ət piroqu resepti - Mayalı Xemirle et piroqu



    Dadlı Mayalı xəmirlə ət piroqu - Mayalı Xemirle et piroqu resepti.

    Xəmir üçün lazım olan ərzaqlar:
    2,5-3,5 stəkan un
    0,75 stəkan süd və yaxud su
    70 qram kərə yağı
    2 x.q.bitki yağı
    20 qram maya
    1/4 ç.q. şəkər tozu
    0,5 ç.q. duz
    İçlik üçün:
    400-600 qram mal əti (farş)
    1 ədəd turş alma
    1 ədəd soğan
    200-250 ml alma və yaxud üzüm şirəsi (bulyonla da əvəz etmək olar)
    1 ç.q. xardal
    1/3 ç.q. kəklikotu
    2 x.q. tez həll olunan jelatin
    duz, yeni döyülmüş istiot
    1 ədəd yumurta (piroqun üzərinə sürtmək üçün)

    Xəmir hazırlamaq üçün:
    İlıq suya və yaxud südə şəkər tozu, duz və mayanı əlavə edib həll olunana qədər qarışdırın. Sonra üzərinə əridilmiş kərə və bitki yağı əlavə edib yenidən yaxşıca qarışdırın. Üzərinə tədricən un əlavə edərək xəmir yoğurun. Xəmir incə və elastik olmalıdır. Xəmirin üzərinə bitki yağı çəkib acıması üçün isti yerə qoyun.

    İçlik hazırlamaq üçün:
    Soğanı təmizləyib, xırda-xırda doğrayın. Almanın qabığını soyub sürtkəcin iri gözündən keçirin.
    Boşqabda farş, soğan, alma, xardal və kəklikotunu qarışdırın. Üzərinə duz və istiot səpin. Sonra şirə və yaxud bulyon (100 ml) əlavə edib yenidən qarışdırın. Xəmirin 3/4 hissəsini yayıb xüsusi forma qabına qoyub farşı əlavə edin. Xəmirin qalan hissəsini dairə şəklində yayın. Piroqun üzərinə qapaq forması kimi yerləşdirin və xəmirin qıraqlarını bağlayın. Piroqun orta hissəsindən buxarın çıxması azca yer qoyun. Daha sonra çalınmış yumurtanı piroqun üzərinə çəkin.
    Piroqu 200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə ərzində, daha sonra temperaturu 180 dərəcə azaldıb, 1,5 saat ərzində bişirin.
    Bişmiş piroqu 15-20 dəqiqə ərzində kənara qoyun.

    Jelatin hazırlamaq üçün:
    Jelatini qaynar suda və yaxud bulyonda (100-150 ml) yaxşıca həll edin. Daha sonra jelatini soyudub, piroqun orta hissəsində açılmış oyuqa tökün. Piroqu 10-12 saat ərzində soyuducuda saxlayın.
    Piroqu süfrəyə soyuq halda verin.
    Nuş olsun

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Apr 2011
    Mesajlar
    210

    Re: Mayalı xəmirlə ət piroqu resepti - Mayalı Xemirle et piroqu


  3. #3
    Member
    Üyelik tarihi
    Jan 2012
    Mesajlar
    53

    Re: Mayalı xəmirlə ət piroqu resepti - Mayalı Xemirle et piroqu


  4. #4
    Senior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    386

    Re: Mayalı xəmirlə ət piroqu resepti - Mayalı Xemirle et piroqu

    Baku -nu alan yaşadı

  5. #5
    Senior Member Mystery_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Oct 2010
    Mesajlar
    346
    PEHRIZDEYEM,WIWDIM LAP AY BAKU

    Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
    Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
    Bağışla amma heç vaxt UNUTMA!!!
    Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.