"Kerkuk-Qizi":1r2vovtn Nickli Üyeden Alıntı
KABAB SALATI
Bu salat adətan kəbabların yanında verilir. Hazırlanması üçün də iri tumsuz badimcan, iri pomidor, sogan, keşniş, nanə ve reyhan (yada başqa hər hansı ətirli göyərti), duz, istiot və sirkə lazımdır.
Badımcan və pomidorları şislərə köçürdərək manqalda pörttədirik. Sonra onları şəşdən çıxardıb qoyuruq soyumağa. Bu vaxtı göyərti və soxani doğrayırıq. Soyumuş tərəvəzlərin qabıqlarını soyub onları da doğrayırıq və soğan və göyərti ilə birləşdirib qarışdırırıq. Üstünə sirkə, duz və istiot da vurub təzdən qarışdırırıq.
Bu salat kababın yanında verildiyi üçün isti isti yeyilməlidir, ona görə də onu soyuducuya qoymaq məsləhət deyil. Vəssalam. Nuş olsun.