2 sonuçtan 1 ile 2 arası

14 mesumdan hədislər

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Baki
    Mesajlar
    188

    14 mesumdan hədislər

    1. Yalan danışmaq imanın zəifliyindəndir.

    2. Mömin qorxaq, tamahkar və paxıl olmaz.

    3. Allah həyalı və dözümlü şəsxi sevər.

    4. Faydalı alimin dəyəri yetmiş min savadsız abiddən daha çoxdur.

    5. Allah, ağzını təmiz saxlamayan şəxsi sevməz.

    6.Tənbəllikdən çəkin. çünki hər bir pisliyin açarı tənbəllikdir ki, insanın din ilə dünyasını korlayar.

    7. Bir-birinizə paxıllıq etməyin, xudbin olmayın, zülm etməyin, namaz qılın və yoxsulları sevin.

    8. Hər kim xalqın çətinliklərini aradan qaldırmaq üçün cəhd göstərsə, Bədr və ühüd müharibələrində şəhid olan bir müsəlman kimidir.

    9. Qardaşının istəyini yerinə yetirmək üçün çalışan hər müsəlman Allah yolunda cihad edənlər kimidir.

    10. Namazlarına diqqət etməyən kimsə qiyamət günündə şəfaətimizə nail olmayacaqdır.

    11. Dünyanı sevmək və ona bağlılığın nəticəsi narahatlıq və kədərdir. Dünyada təqvalı və pak olmağın nəticəsi isə ruh və bədənin rahatlığıdır.

    12. Güclülərin gücsüzlərdən intiqam alması nə qədər də pisdir.

    13. Uşaqlarınızın sizin yaxşılıq etməsi üçün siz də atanıza yaxşılıq edin.

    14. Allahdan istəyin ki, ruziniz xalqın əlində olmasın.

    15. Xalqın arasında özündən daha alim bir nəfərin olmasına baxmayaraq xalqı özünə tərəf çağıran kimsə ağzındır.

    16. Doğru olmayan zarafatlardan çəkinin. çünki düşmənçiliyə və bir-birinzə kin bəsləməyə səbəb olar.

    17. Münafiqin nişanələri üç şeydir: 1. Danışanda yalan deyər; 2. Verdiyi və᾽də vəfa etməz; 18. Әmanətdə xəyanət edər.

    18. Başqalarına paxıllıq etməyin, çünki sizi Allahdan uzaqlaşdırar.

    19. Sadəliklə yaşa və israfdan çəkin.

    20. Hər kəslə qarşılaşdığın zaman salam ver və məclisə daxil olduqda aşağı başda otur, çünki bu iş təvazökarlığın nişanəsidir.

    21. Yalandan çəkin, çünki yalan pisliklərin açarıdır.

    22. Hər kəs mənim Әhli-beytimi sevməsə, münafiqlərdəndir.

    23. Hər kəs qiyamətə inansa, verdiyi vədlərə əməl edər.

    24. Әn pis adam axirətini dünyasına satan şəxsdir.

    25. Heç bir yaxşı işi xalqın tə᾽rifləməsi üçün görmə və utandığın üçün onu buraxma.

    26. Allaha qul olanlar, başqasına qul olmazlar.

    27. Qardaşım imam Həsənin gördüyü işlər Allahın əmrilə olduğu kimi, mənim də gördüyüm işlər Allah əmrilədir.

    28. Səni peşman edən və üzr istəməyə məcbur edən sözləri deməkdən çəkin.

    29. Mömin sifətli cahillərdən çəkinin. çünki onlar Allahdan qorxmurlar.

    30. Dünyadan istifadə edin! Dünyadan ən yaxşı istifadə günahdan çəkinməkdir.

    31. Allah yanında namazdan xeyirli və yüksək bir əməl yoxdur.

    32. Müsəlman müsəlmanın aynasıdır. Әgər bir müsəlman səhv etsə, xoşluqla ona nəsihət edib, yol

    33. öz zərərənizə olsa belə həmişə haqq danışın.

    34. Pak bir rəhbər və hökmdar tapdıqda Allaha bu nemət üçün şükr edin.

    35. Məzlumun haqqını almaq üçün zalıma qarşı çıx.

    36. Әn yaxşı bəxşiş məzluma yardım etməkdir.

    37. Dünya ilan kimidir: Zahirdə yumşaq və gözəldir, lakin içində isə öldürücü zəhəri vardır.

    38. Hər kəs Allahın pənahında yaşasa, dünya narahatlıqları ona asan olar.

    39. Hər kəs utanmadan günah edib həya pərdəsini yırtsa, Allah onu zəlil və biçarə edər.

    40. Hər kəs işlərində başqaları ilə məsləhətləşməsə, zərər edər.

    41. Dünya bir bazar kimidir ki, bəziləri ondan mənfəət, bəziləri isə ziyan aparır.

    42. Zarafat və istehza etmək ağılsızların əyləncəsidir.

    43. özünün və arvad-uşağının maaşını təmin etmək üçün zəhmət çəkən kişi, Allah yolunda cihad edən kimidir.

    44. Birinin adını çəkəndə bu işi, həmişə hörmətlə görün.

    45. Təmiz olun, çünki təmizlik peyğəmbərlərin qaydasıdır.

    46. Varlığından kimsənin yararlanmadığı şəxs, ən pis adamdır.

    47. Bir müsəlmana xəyanət edən şəxs bizdən deyildir.

    48. Günahından dönməyən və tövbə etməyən günahkar, məğrurdur. Allaha qarşı çıxan şəxs məhv olmağa məhkumdur.

    49. Әn yaxşı mö᾽min, əxlaqi cəhətdən hamıdan yaxşı olan şəxsdir.

    50. İnsanın kamalı ağlındadır.

    51. Hər kim Allaha təvəkkül etsə, Allah onu hər cür pislikdən qurtarar
    sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: 14 mesumdan hədislər

    3. Allah həyalı və dözümlü şəsxi sevər.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.