Bəziləri həyatı bir oyuna bənzədir. Bir oyun və oyunun qaydaları ilə birgə həyatı yaşamağa cəhd edərlər.Bənzətdikləri oyunun qaydalrı ilə yaşayarlar.
Oyun oynamaq üçün oyunçu olmaq lazımdır söyləyərlər…
Bir növ yarışmaya çevrilən həyatda qazanmaq, rəqabət, rəqib anlayışları ortaya çıxar. Qaydaları olan böyük bir HƏYAT OYUNU…
"Oyunun qaydası budur" deyərək başlarlar həyat oyununa…

Kimi həyatı tapmacaya bənzədər; qaydaları tapmaca qaydalarına uyğundur. Şərh etmək üçün isə zəka lazım olduğunu söyləyərlər…
Kimi futbola bənzədər; komanda oyunu olduğunu söyləyər, komanda üzvləri bir birini anladığı halda qazanılacağını söyləyər.
Kimiləri şahmata bənzədər; hücumların düz oynandığında qazanılacağından bəhs edər. Özünü rəqibin yerinə qoyub, onun kimi düşünüb, əvvəldən onun hücumlarını təhlil edib hücum edilməsi lazım olduğunu söyləyər.
Kimi teatra bənzədər; ən çox alqış almaq üçün rolun ən gözəl şəkildə oynanılmasının lazım olduğunu söyləyər.
Kimi şans oyununa bənzədər; şans faktorunu əhəmiyyət verərək şansların və fürsətlərin yaxşı qiymətləndirilməsi lazım olduğunu söyləyər.
Və sadalamadığım daha nə qədər oyunlar və qaydalar…

Bu oyunların pis ya da zərərli olduqlarını söyləmirəm. Oyun olaraq qaldıqları, Oyun olaraq görüldükləri müddətcə, kef alındıqları müddətcə problem yoxdur…
Artıq qeyd etdiyim kimi qazanma üzərinə rəqabət üzərinə qurulunca artıq rəqabət döyüşə çevrilər, rəqib isə düşmənə… Oyun da oyun olmaqdan çıxar.
Döyüş oyununa çevrilər sonra da…
Kimsə də döyüşdən, oyundan aldığı kefi ala bilməz...

Tez-tez uydurma edən, səhv şərhlər edən, tapmacaçılar,
Tez-tez faul edən futbolçular,
Tez-tez başqası kimi düşünməyə çalışan şahmatçılar,
Tez-tez rol edən teatrçılar…

Bir şəkildə qəbul etdikləri oyunun bir oyunçusu olmaqdan çıxıb oyuncağı olarlar artıq…
Əslində yalnış düşünürək Öz oyunlarına ya da başqalarının oyununun oyuncağına çevrilmişlərdir… Yəni oyuna gəlmişlər. Oyuna gətirilmişlər. Oyuncaq olmuşlar.
Bu da HƏYATIN OYUNUDUR onlara.
Onsuz da "oyunun qaydası budur" deyərkən də müəyyən idi oyuncaq olacaqları…
Həyat Oyun deyil-OYUN HƏYATIDIR. Əylənmək üçün…

Oynaya bilərsiniz, əylənə bilərsiniz…Oyuncaq olmadığınız müddətcə...