Sayfa 1/2 12 SonSon
11 sonuçtan 1 ile 10 arası

Hicab Şəhidi

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    Hicab Şəhidi

    "Rədd ol, səni bir də bu formada görməyim" - deyə 00 -li orta məktəbin direktoru Yusif müəllim sinif otağından qovduğu bir şagirdin ardınca qışqırırdı: "Dünən atasına deyirəm ki, olmaz, dövlətin siyasəti var, Avropa, Amerika bizi vəhşi, mədəniyyətsiz adlandırıb gülürlər. O, isə mənə konstitusiyadan, insan haqqlarından danışır.Yox, mümkün deyil, belələrinin kökü kəsilməyincə, biz inkişaf edə bilməyəcəyik."
    Dördüncü sinif şagirdi olan Afaq dindar ailədə dünyaya göç açmışdı. Hələ uşaq ikən rəhmətlik babası Hüseynəli kişi ilə obaşdanlığa durub, günortaya qədər oruc tutar, namaz qılanda onunla bir yerdə namaz qılardı. Babası - 37-ci ilin qurbanlarından olan Hüseynəli kişi olduqca mərd və cəsarətli insan idi. Nəvəsi Afaq ondan namaz və Quranla yanaşı, mərdlik və şücaət dərsini də öyrənmişdi.
    Hüseynəli kişinin ailəsi həm də öz iffət və isməti ilə tanınırdı. Bu ailənin bütün qadınları örpək bağlayırdılar. Hicab qadınlara fövqəladə əzəmət və vüqar bəxş edir. Bu ailədə heç zaman narazılıq, söz-söhbət olmazdı və onlar çox mehriban ömür sürürdülər. Bir sözlə desək, Hüseynəli kişinin ailəsi İslam dininin təklif etdiyi kamil ailə formasının gözəl nümunəsi idi. Afaq məhz belə bir ailədə tərbiyə alıb, boya-başa çatmışdı.
    Doqquz yaşı tamam olmasa da, Afaq birinci sinifdən məktəbə hicablı gedirdi. Xoşbəxtlikdən indiyə qədər o, bu sahədə heç bir problemlə qarşılaşmamışdı. Lakin bir neçə gün əvvəl başlayan tədris ilində sanki, hər şey dəyişilmiş, Yusif müəllim olduqca sərtləşmişdi. Afaq isə həddi-böluğa çatdığından mövcud şəraitlə heç cür ayaqlaşa bilmirdi. Afaqın atası Əsgərin, Yusif müəllimlə söhbəti baş tutmamışdı. Lakin buna baxmayaraq o, yenə də məktəbə hicablı gəlmişdi. Atası isə rayon Təhsil şöbəsinin müdiri ilə görüşəcəkdi.
    Afaq həmin gün məktəbdən tez çıxsa da, evə tələsmədi. Ata-anası hadisəni bilib narahat olmasınlar deyə, məktəbə yaxın olan dayısı gilə gedib, bir neçə saat orada yubandı. O, həmişəki vaxtda evə döndü. Atası Təhsil şöbəsinə getməyi sabaha planlaşdırmışdı. Görünür o, bu məsələni çox da ciddi qəbul etmir, sadəcə bir direktorun özbaşınalığı kimi başa düşürdü. Axı bir çilingər haradan biləydi ki, məhz hicab məsələsi ilə əlaqədar olaraq, son üç ildə bir neçə nəfər ölkə vətəndaşlığından imtina edib, onlarla həmvətənlimiz müvəqqəti olaraq xarici ölkələrdə yaşamağı üstün tutmuşlar.
    Afaq həmin gecəni yata bilmədi. Sanki təfəkkür dəryasına qərq olub, fövqəltəbii mətləbləri düşünmək istəyirdi. Amma necə? Görəsən, yaşının azlığı buna imkan verəcəkdimi? Bir məsələ görə, uşaqlar arasında dünya qədər yaşlı, yaşlılar arasında isə bir xeyli uşaq vardır. Kim bilir, bəlkə Afaq da dünya qədər yaşlaşmışdı. Amma hər halda düşünür və özü də yaşından çox-çox böyük şeylər barəsində düşünürdü.
    O, çoxlarının düşünmədiyi, düşünə bilmədiyi və düşünmək istəmədiyi məsələlər barədə fikirləşirdi: "Görəsən bizdən nə istəyirlər? Niyə qoymurlar azad yaşayaq? Nə əsasla hesab edirlər ki, hicab gerilik, mədəniyyətsizlikdir?
    Axı çılpaq gəzməyin harası mədəniyyətdir? Bizim məktəbdə mini yubka geyən, şalvarla gəzən qızlar var. Niyə onlara bir söz deyən yoxdur? Niyə hər yerdə bizə aşağı gözlə baxırlar? Anamın və bibilərimin hələ də şəxsiyyət vəsiqələri yoxdur. Nəyə görə onların hicablı şəkillərini qəbul etmirlər? Məgər bunlar müsəlman deyillər? Niyə qoymurlar öz vətənimizdə rahat yaşayaq? Yox, hicabımı açmayacağam. Qoy məni məktəbdən çıxarsınlar! Allah cəzanızı versin!"
    Səhər tezdən hamı yuxudan oyandı. Atası işə, oradan da Təhsil şöbəsinə, Afaq isə məktəbə getməli idi. Nə edəcəyini bilmirdi. Həyası onun məktəbə getməsinə mane olurdu. Nəinki söz götürmək, danlanmaq, hətta Yusif müəllimi görmək belə istəmirdi.
    Lakin nə etsin, ata-anasına nə desin? "Bəlkə dayım gilə gedim? Hə, deyəsən bu yaxşı olar. Gedib, bu günü də birtəhər keçirərəm". Lakin birdən-birə sifəti dəyişildi, qaşları çatıldı: "Axı niyə gizlənməliyəm? Nədən utanmalıyam? Qoy o adamlar utansınlar ki, şəxsiyyətlərini bir quruşa satırlar! Qoy o adamlar utansınlar ki, köləliyə adət edib, öz mənliklərini əldən vermişlər! Qoy çılpaq gəzənlər, əxlaqsız əməlləri ilə həya və ismətlərini itirənlər utansınlar!"
    O, artıq qəti qərara gəlmişdi. Məktəbə gedəcək və lazım olsa direktorla özü danışacaqdı. Beləcə, çantasını götürdü. Atası artıq getmişdi. Anasını öpüb, bağrına basdı. Onu bərk-bərk qucaqladı. Anası onun bu qeyri-adi hərəkətindən təəccüblənsə də, üz vurmadı. Kim bilir, bəlkə də qızcığaz anasından mənəvi güc almaq istəyirdi!
    Həmin gün 4-a sinfinin birinci dərsi Coğrafiya idi. Hamının sevdiyi Sədaqət müəllimənin bu dərsi olduqca maraqlı keçdi. Tənəffüs zəngi vuruldu. Afaq rəfiqəsi Sevda ilə sinifdən çıxıb, dəhlizdə irəliləməyə başladı. Onlar mehribancasına zarafatlaşır, nəyəsə baxıb gülürdülər.
    Lakin bir səs onların gülüşünə son qoydu: -”Köpək qızı, mən sənə deməmişəm başındakı bu cındırı rədd elə?! Nə vaxta qədər öç bildiyinizi edəcəksiz?”
    Bir anın içində dəhlizdəki bütün səslər kəsildi. Yusif müəllimin qulaqbatıran səsi bütün məktəbi vahiməyə saldı. Afaq çaşıb qalmışdı, nə edəcəyini bilmirdi. Çünki, o, belə təhqir gözləmirdi. Amma, sən demə insan da heyvan kimi quduzlaşa bilirmiş. Sən demə insanlar içində vəzifə, şan-şöhrət, yaltaqlıq və ucuz təriflər naminə insan adından imtina edən məxluqlar varmış.
    O, nə isə deməli idi, çünki, təkcə özü yox, həm də hicab təhqir olunmuşdu. Birtəhər udqunub özünü topladı: "Bu cındır deyil Yusif müəllim, hicabdır!"
    Bu cavabdan sonra elə bil Yusif müəllimin başına qaynar su tökdülər: "Hələ bunun söz güləşdirməyinə bax! Hicab-micab bilmirəm, bu cındırdır, cındır! İnanmırsan, bax!" - deyə Yusif müəllim əlini qızın başına apardı. Hicabı var gücü ilə dartıb ayaqları altına atdı. Toz-torpağa batmış ağ hicabı təpikləyə-təpikləyə çığırmağa başladı: "Al, bu da sizin hicabınız! Nifrət edirəm sizin kimilərə də, onların hicablarına da!"
    Bütün məktəb tamaşaya durmuşdu. Onun qorxusundan heç kim səsini çıxara bilmirdi. Etirazlarsa sinələrdə həbs olunmuşdu. Bütün ölkəni bürüyən qorxu və sükut bu kiçik kütləyə də hakim idi. Lakin qəfil bir tappıltı səsi bu sükutu pozdu. O, Afaq idi. Bayaqdan bəri yerində donub qalmış qızcığaç yerə sərilmişdi. Müəllimlərin içindən qaçıb gələn Sədaqət müəllimə uşağa yaxınlaşdı. Öncə başını qaldırdı, nəbzini yoxladı. Sonra qulağını onun sinəsinə yaxınlaşdırdı və nəhayət sərt baxışlarla Yusif müəllimi süzməyə başladı. Zavallı qız keçinmişdi...
    O artıq çoxdan bəri axtardığı azad aləmdə idi. Daha nə Yusif müəllimlər və nə də onlara tapşırıq verən "kişilər" yox idi. Dördüncü sinif şagirdi olan "hicab şəhidi" əbədi səadətə qovuşmuşdu.
    Lakin bütün bunlarla yanaşı qızcığazın ruhu yenə də narahat idi. O, ana və bibiləri və ümumiyyətlə bütün hicablı qız və qadınlar üçün narahatlıq hissi keçirirdi.
    O, hicablı qızların, direktor və müəllimlər tərəfindən təhqir olunan hicablı məktəblilərin halına yanırdı.
    O, düşünülmüş şəkildə Allahdan və dindən uzaq salınan bütün millətin bu gününə və sabahına üzülürdü.
    O, yenə də düşünür, bu dünyada fəryadını belə eşitməyən kar qulaqlara, ruhlar aləmindən zəif bir səslə nəsə pıçıldamağa çalışırdı:
    "Daş qəlbli insanları neylərdin, İlahi!
    Bizdə bu soyuq qanları neylərdin, İlahi!
    Artdıqca həyasızlıq, olur el mütəhəmmil,
    Hər zülmə dözən canları neylərdin, İlahi!"

    İSLAM HƏQİQƏTLƏRİ
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Bakı
    Mesajlar
    917

    Re: Hicab Şəhidi



    Mesafler mi aşkı uzaklaştırır ,aşk mı mesafeleri yakınlaştırır,Uzayan yollar,kanayan sevdalar,ne kadar aşkı yansıtır,Sevmekten uslanmayan gönülmüdür.Uslanmayan sevdamıdır.Ey arsız sevda,yoluna gül dökülesi,İşte geldin yakınımdasın,Bir seslensem el uzatırmısın?

  3. #3
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Hicab Şəhidi

    O Kafirin Balaca qizin Başına el atması medenyiietti?? Başkasının işine qarışmaq demokratiyadi? Bu du onun medeniyyet anlayışı. O Kafir Taqutu özüne dost tutan bilsin ki neinki o qizdan hemde bu hadiseye ureyi aqriyan bizlerden de haqq isteyecek qiyametde. Allah onun cezasini bu ve o dunyada layiqince verendir.

    "Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır!” (Ali Imran 56)
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Hicab Şəhidi

    yaziq ushaq.Istisna deyil ki, bizim cemiyyetde hicab taxmayan
    namuslu qiz-qadinlarimiz coxdur. Onlarin hicab
    taxmamalarina sebeb menevi cehetden hazir olmamali,
    Islami qanunlardan xeberdar olmamalaridir. Halbuki,
    Islamda cox gozel exlaqi qanunlar var. Kash cemiyyet
    ve dovlet sistemi Quranda buyruldugu kimi qurulardi. O
    zaman heyatin nece gozel oldugunu her kes anlayardi.
    Bu qeder edaletsizlikler de bash alib getmezdi.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Moderlər
    Üyelik tarihi
    Sep 2007
    Yer
    Azerbaycan
    Mesajlar
    2.061

    Re: Hicab Şəhidi

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    yaziq ushaq.Istisna deyil ki, bizim cemiyyetde hicab taxmayan
    namuslu qiz-qadinlarimiz coxdur. Onlarin hicab
    taxmamalarina sebeb menevi cehetden hazir olmamali,
    Islami qanunlardan xeberdar olmamalaridir. Halbuki,
    Islamda cox gozel exlaqi qanunlar var. Kash cemiyyet
    ve dovlet sistemi Quranda buyruldugu kimi qurulardi. O
    zaman heyatin nece gozel oldugunu her kes anlayardi.
    Bu qeder edaletsizlikler de bash alib getmezdi.
    Allah senden razi olsun bu gözel fikirler üçün.
    Bir günah etsən əgər,
    Minbir gün aahh etmən gərək.
    Minbir gün aahh etsən əgər,
    Heç bir günahın yox sənin.


  6. #6
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342

    Re: Hicab Şəhidi

    Alıntı GLAMOURKA Nickli Üyeden Alıntı
    yaziq ushaq.Istisna deyil ki, bizim cemiyyetde hicab taxmayan
    namuslu qiz-qadinlarimiz coxdur. Onlarin hicab
    taxmamalarina sebeb menevi cehetden hazir olmamali,
    Islami qanunlardan xeberdar olmamalaridir. Halbuki,
    Islamda cox gozel exlaqi qanunlar var. Kash cemiyyet
    ve dovlet sistemi Quranda buyruldugu kimi qurulardi. O
    zaman heyatin nece gozel oldugunu her kes anlayardi.
    Bu qeder edaletsizlikler de bash alib getmezdi.
    Gözel fikirdir. Doğrudanda cemiyyetimizde bele fikrde olanlar çox olsa, çox çox gözəl olar. İslamın bəşərə verdiyi gözəlliyi anlamaq və dərk etmək isə insanlığın zirvəsizdir. İslamın bütün əxlaq və qaydalarını isə hələdə az insanlar daşıyır. Bax bunları özümüzdə aşlayıb, cəmiyyətimizdə irəli sürsək yuxarıda göstərilən faciələr az olar. Bəzən bu faciələri vahşilik deyil, bilməməzlik və cahillik adlandırmaq olar. Çünki, doğrudanda az bilirlər.
    Bir hazırda baş verən və davam edən hadisəni sizlərə yazım. Bizim kənd sakinlərindən bir nəfər sevimli insan və savadlı elm xadimi, əvvəlcə namaz qılmazdı. Sonralardan onun dostları islamı ona anlatmışdı. Bundan sonra isə qeyd etdiyim həmyerli islam əxlaqı ilə özünü inkişaf etdirir. Bu dostumuza isə tez-tez atası tərəfindən mənəvi təzyiqlər olur. Onun kiçik qardaşı var ki, hazırda 9-10-cu siniflərdə oxuyur. Məhz qardaşının ona anlatdığından islam gələrək namaz qılmağa başlayıb. ara bir ona "Hədis Əhməd"-də deyirik. Ona görə ki, tez bir zamanda çoxlu sayda hədislər öyrənib.
    Sözüm onda deyil. Problem burasındadır ki, həmən bu 9-cu sinifdə oxuyan oğlan atasının təzyiqləri altında namaz qıla bilməyir. Atasıda ki, müəllimdir. Bu ata müəllim olsa belə o qədər ateis fikirdədir ki, oğlunun namaz qılmağın qəbul etmir və elə başa düşür ki, namaz qılan insanlar cəmiyyətdə özlərinə yer tuta bilmir.
    Bax bizim problemlərimiz belə ataları və s. islam barəsində maarifləndirməkdir. Bax bu maarfləndirmələrlə öz islami axlaqımızla onlara İslamı öyrədə bilərik.
    Doğrudur ki, Allah istədiyinə hidayət verər.
    Ən doğrusunu Allah bilir!
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  7. #7
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Hicab Şəhidi

    insanlar niye bele qeddar olurlar.

  8. #8
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Hicab Şəhidi

    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Baki
    Mesajlar
    188

    Re: Hicab Şəhidi

    hicab ereb sozu olub ortmek ortuk demekdir indi bununla razilasan kimdir, kimdir ortmeye baxan
    onun ucun hicab gebul edilmezdir bele exlagsizlarin fikirinde. hicab heyadir ifetdir, abirdir amma indi bezi insanlar hicab geyinib min hoggadan cixanlari men saymiram onlari men mini yupka kimi geyinler kimi nezerde tuturam. heya ve abır ortuludur, birinden bir sey istemek bu ortuyu acır. bax gor kimin yanında acırsan bu ortuyu. Allahin emrleri vacibatdir,ne mekan,ne zaman onu esla deyishe bilmez
    movu ucun tesekkur. cox tesirlidir.
    sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Baki
    Mesajlar
    188

    Re: Hicab Şəhidi

    Zeruret

    Uzulme ki, boyanıb cılpaqlıgına dunya,
    Tebiet qanununda ortmek zerureti var.
    Bu sahmat oyununda meydan sula, menem de,
    Axırında mat qalıb itmek zerureti var.
    Sen azadlıq deyirsen camalına gunesin?
    Geceleri, gunleri gudmek zerureti var.
    Ele bilme getmesen omur yolu tukenmez,
    Gedilecek yolları getmek zerureti var.
    Belke budur heyatda mena veren bizlere,
    Omur adlı bu yolun bitmek zerureti var



    Ey duzluyu seven,esqi gel eyleme mezemmet,
    Zahidlikde men gormurem nicat ucun elamet.
    Kufrile din heyran qalıb,onlar kimi arayır?
    Daraq,kimin misk etirli saclarını darayır?
    Men duyuram ruh oxsayan yar etrini inanın,
    Can mulkunden xeber verir iltifatı cananın.
    Nese verdi yar camından nus etdiyim her damla,
    Bir ad ile bezedim bu kitabımı inamla.
    Ki onun pak hummetinin feyzi ile her zaman,
    Parlaq gunes zuhur eder adi qara torpaqdan.
    Her ne qeder te’rifini men soylesem var yeri,
    Odur bize kesf eyleyen bilinmeyen seyleri.
    Bu kitabda isteyirem yazım onun sirrinden,
    Qoy “Miskatul-envar”-deye adlandırım onu men.
    Qeribedir,tarixi de sanki dogmus esrardan,
    Hasil oldu can adı da bu “Miskatul-envar”dan.
    Ey misilsiz cavan,calıs hummet eyle her ise,
    Cavanbextsen,qoca kimi tedbirli ol hemise,
    Cavanlıqda derdler meni tez qocaltdı,durma get!
    “Var”ın, “yox”un cefasından varlıgını xilas et!
    Ey isıqsız gozlere nur bexs eyleyen gun kimi,
    Ey zavallı asiqlerin derdlerinin hekimi,
    Bu xesteye oz qemzenden lutf et bir derman gonder,
    Gulusunden bu olmuse ruh ver,yeni can gonder.
    Qudsini sen bu sehrada qoyma qalsın serseri,
    Oz yolunu itirenin axı sensen rehberi.
    Heqiqete catmaq ucun mene dogru yol goster,
    Nede bir sehv etsem onu,bir murebbim ol,goster!

    sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.