5 sonuçtan 1 ile 5 arası

ƏHLİ-BEYT HAQDA NƏ BİLİRİK

  1. #1
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    ƏHLİ-BEYT HAQDA NƏ BİLİRİK

    “Əhli-beyt” sözü lüğətdə “ev əhli” mə`nası verməsinə baxmayaraq, istilahi mə`nada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. Bu rəvayətlərdə yalnız Əli (ə), Fatimə (ə.s), Həsən (ə), Hüseyn (ə) və imam Hüseynin nəslindən olan və Peyğəmbərin vəfatından sonra dünyaya gələn doqquz nəfər o Həzrətin Əhli-beyti kimi təqdim edilmişdir. O rəvayətlərdən bir neçəsini nümunə olaraq əziz oxucuların nəzərinə çatdırırıq…


    1– Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Əlinin oğlu Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi…
    “Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin.” (“Əhzab” surəsi, 33)
    “Səhihi-Müslüm”, 4-cü cild, səh.1885, 2424-cü hədis;
    “Təfsiri-Təbəri”, 12-ci cild, səh.6, 22-ci hissə.
    “Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.159, 4707-ci hədis;
    “Əs-sünənul-kubra”, 2-ci cild, səh.212, 2858-ci hədis.


    2– Amir ibni Sə`d ibni Əbi Vəqqas öz atasından nəql edir ki, vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu (Həsən və Hüseyni) əbasının altına çəkib dedi… “Pərvərdigara, bunlar mənim Əhli-beytimdir.”
    “Səhihi-Müslüm”, 4-cü cild, səh.1871, 32-ci hədis;
    “Müsnədi ibni Hənbəl”, 1-ci cild, səh.391 1608-ci hədis;
    “Əs-sünənül-kubra”, 7-ci cild, səh.101, 13392-ci hədis;
    “Sünəni Termezi”, 5-ci cild, səh.225, 2999-cu hədis;
    “Əl-Müstədrəku ələs-səhiheyn”, 3-cü cild, səh.163, 4719-cu hədis.


    3– İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibni Xəttabdan belə nəql edir… Peyğəmbərin belə buyurduğunu eşitdim… Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Qur`an və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir… Mən -ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? –deyə soruşdum. Həzrət buyurdu… “Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır.”
    “Kifayətül-əsər”, səh.91, “Təfsiri-burhan”, 1-ci cild, səh.9


    4– İbni Abbas “Büruc” surəsinin birinci ayəsi barəsində deyir… Peyğəmbər (s.ə.v.v) buyurdu… “Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir.”
    “Yənabiul-məvəddət”, 3-cü cild, səh.253, 59-cu hədis.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    [

  3. #3
    Junior Member
    Üyelik tarihi
    Oct 2007
    Mesajlar
    7
    Güzel bir bilgi.ben bu sitenin içeriğini çok beyendim.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Sep 2007
    Mesajlar
    342
    “Əhli-Beyt” kimdir?..

    İslam peyğəmbəri Hz. Muhamməd (SƏV) və onun Əhli Beyti (ƏS)
    “Əhli-Beyt” sözü “əhl” və “əhali” sözləri ilə eyni kökdəndir. “Əhli” şəxslər, “beyt” isə ev deməkdir. Yəni “ev əhalisi” mənasını verir. İslam dininin son peyğəmbəri Həzrəti Məhəmmədin (s.ə.s) ailəsi üçün “beyt” kəlməsini sadəcə, ev olaraq düşünmək doğru deyil, burada Rəsulallaha (ə.s) yaxın olan insanlar demək daha düzgün olar. Şeybənin qızı Səfiyyə Aişədən belə nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxıb. Bu zaman İmam Əlinin (ə.s) oğlu İmam Həsən (ə.s) Məhəmməd Peyğəmbərin (ə.s) yanına gəlib. Peyğəmbər (s.ə.s) onu əbasının altına çəkib. Sonra İmam Hüseyni (ə.s), Həzrəti Fatiməni (ə.s) və İmam Əlini (ə.s) yanına çağırıb. Peyğəmbər hamısını əbasının altına toplayıb bir ayəni deyib: “Allah-Taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-Beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin”. (“Əhzab” surəsi, 33).
    Qeyd etdiyimiz kimi, Əhli-Beyt Məhəmməd Peyğəmbərin qızı Həzrəti Fatimə (ə.s) və onun həyat yoldaşı İmam Əli (ə.s), Peyğəmbərin (s.ə.s.) nəvələri İmam Həsən (ə.s) və İmam Hüseyn (ə.s) və onların nəslindən olan müqəddəs insanlar nəzərdə tutulur. Həmin nəslin kişi davamçılarına «İmam» deyilir. İmam dini rəhbər mənasını verir. İslamda 12 İmam var.

    Məhəmməd Peyğəmbər (s.ə.s)
    Hicri tarixilə 570-ci il Məkkədə doğuldu və 632-ci ildə Mədinədə vəfat edib. Allah tərəfindən göndərilən ən son peyğəmbərdir və müqəddəs Qurani- Kərim onun vasitəsilə insanlara çatdırılmışdır. Ərəbcə adı Mühəmməd bin Abdullah (Abdullah oğlu Məhəmməd) olaraq işlənilir.
    1. İmam Əli (ə.s)
    Ləqəbi: Əmirəl mö-minin. Doğulduğu tarix: Hicrətdən 23 il əvvəl. Xəlifəliyi:Hicrətdən 35 il sonra. Xəlifəlik müddəti: 5 il. Ömrü: 63 il
    Şəhadəti: Hicri 40-ci ildə xaricilərdən olan İbn Mülcəm adlı şəxs tərəfindən qətlə yetirilib. Məzarı: İraq, Nəcəf şəhəri.
    2. İmam Həsən (ə.s)
    Ləqəbi: Müctəba. Atası : Həzrət Əli (ə.s). Anası: Fatimeyi-Zəhra (ə.s)
    Doğum ili: Hicri 3-cü il. İmamlıq müddəti: 10 il. Ömrü: 48 il. Şəhadəti: Hicri 50-ci ildə, Müaviyənin təhriki ilə arvadı Cüdə tərəfindən zəhərlənib. Məzarı: Mədinə, Bəqi qəbiristanlığı.
    3. İmam Hüseyn (ə.s)
    Ləqəbi: Seyyidüş-şühəda. Atası: Əli (ə.s). Anası: Fatimeyi-Zəhra (ə.s.). Doğum ili: Hicri 4-cü il. İmamlıq müddəti: 10 il. Ömrü: 57 il. Şəhidlik: Hicri 61-ci ildə Yezidin əmri ilə şəhid edildi. Məzarı: Kərbəla (Iraqda).
    4. İmam Zeynül Abidin (ə.s)
    Adı: Əli. Ləqəbi: Səccad və Zeynül-abidin. Atası: Həzrət Hüseyn (ə.s). Təvəllüd tarixi: Hicri 38-ci il. İmamlıq müddəti: 35 il. Ömrü: 57 il. Şəhadəti: Hicri 95-ci ildə Hişam ibn Əbdülməlikin əmri ilə zəhərlənərək şəhid olub.
    Məzarı: Mədinə, Bəqi qəbiristanlığı.
    5. İmam Məhəmməd Bağır (ə.s)
    Adı: Məhəmməd. Ləqəbi: Baqir. Atası: Həzrət Səccad (ə.s) . Təvəllüd tarixi: Hicri 58-ci il. İmamlıq müddəti: 23 il. Ömrü: 59 il. Şəhadəti: Hicri 114-cü il. Məzarı: Mədinə, Bəqi qəbiristanlığı.
    6. İmam Cəfər Sadiq (ə.s)
    Adı: Cəfər. Ləqəbi: Sadiq. Atası: Həzrət Məhəmməd Baqir (ə.s). Təvəllüd tarixi: Hicri 80-ci il. İmamlıq müddəti: 31 il. Ömrü: 68 il. Şəhadəti: Hicri 148-ci ildə Abbasi xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid oldu. Məzarı: Mədinə, Bəqi qəbiristanlığı.

    7. İmam Museyi-Kazım (ə.s)
    Adı: Musa. Ləqəbi: Kazım. Atası: Həzrəti İmam Sadiq (ə.s). Təvəllüdü: Hicri 128-ci il. İmamlıq müddəti: 35 il. Ömrü: 54 il. Şəhadəti: 182-ci Hicri-qəməri ilində Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək şəhid edildi. Məzarı: İraq, Kazimeyn şəhəri.

    8. İmam Rza (ə.s)
    Adı: Əli. Ləqəbi: Rza. Atası: Həzrət İmam Museyi-Kazım (ə.s). İmamlıq müddəti: 21 il. Ömrü: 55 il. Vəfatı: 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran, Məşhəd şəhəri.
    9. İmam Məhəmməd Təqi (ə.s)
    Adı: Mühəmməd. Ləqəbi: Təqi və Cavad. Atası: İmam Rza (ə.s)
    Təvəllüdü: Hicri 195-ci il. İmamlıq müddəti: 17 il. Ömrü: 25 il. Şəhadəti: 220-ci Hicri-qəməri ilində Mötəsimin əmri ilə və arvadının əlilə zəhərlənib şəhid olub. Məzarı: İraq, Kazimeyn şəhəri.
    10.İmam Əliyyən-Nəqi (ə.s)
    Adı: Əli. Ləqəbi: Hadi və Nəqi. Atası: Həzrət İmam Məhəmməd Taqi (ə.s)
    Təvəllüdü: Hicri 214-cü il. İmamlıq müddəti: 34 il. Ömrü: 40 il. Şəhadəti: 254-ci Hicri-qəməri ilində Abbasi xəlifəsi Mötəz tərəfindən şəhid olub. Məzarı: İraq, Samirə şəhəri.
    11.İmam Həsən Əskəri (ə.s)
    Adı: Həsən. Ləqəbi: Əskəri. Atası: Həzrət İmam Əliyyən Nəqi (ə.s)
    Təvəllüdü: Hicri 232-ci il. İmamlıq müddəti: 7 il. Ömrü: 28 il. Şəhadəti: 260-ci Hicri-qəməri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olub.
    Məzarı: İraq, Samirə şəhəri.
    12.İmam Mehdi Sahibbəzzəman (ə.s)
    Adı: Məhəmməd. Ləqəbi: Hadi, Mehdi və Qaim. Atası: Həzrət İmam Həsən Əsgəri (ə.s) Anası: Nərgiz Xatun. Təvəllüdü: Hicri 256-ci il. İmam Mehdi qeybə çəkilib və qiyamət günündən əvvəl peyda olacağı deyilir.
    "Ölüm gözəl şeydir, budur pərdə ardından xəbər
    Gözəl olmasaydı, ölürmüydü Peyğəmbər"

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Jan 2008
    Yer
    türkiye/trabzon
    Mesajlar
    1.318
    cox gözeldi sagolun
    EİTHER YOU APOLOGİSE OR I WİLL NEVER SPEAK TO YOU AGAİN....!!!!!!


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.