''Bir dəfədən bir şey olmaz'' məntiqinin səhvi



İnsan həyatı boyu qarşılaşdığı hər hadisədə necə davranacağını bilir. Bu, Allahın hər insanın vicdanına verdiyi xüsusiyyətdir. Buna görə insan səhv etsə bunun doğru olmadığını anlaya bilər. Ancaq buna baxmayaraq, insanların bir qismi vicdanı əsas meyar kimi qəbul etmirlər. Vicdanını boğan insanlar səhv olacağını bilə-bilə bu səhvi etməkdən çəkinmirlər. Mənfəətləri necə tələb edirsə, onlar da bunu doğru bilərək və istəyərək edirlər. Mömin həyatının hər anını vicdanla yaşadığı üçün səhv etdiyini bildiyi an həmin səhvi bir daha təkrarlamaz.

Bəzən şeytan insanlara vicdani olaraq doğru olmadığını hiss etdikləri bir məsələdə vicdanlarının səsinə qulaq asmamağa təşviq edir. Bəzən bunu insana doğru göstərməyə, bəzən də bu hərəkətin vicdanına tərs düşməyəcəyinə razı salmağa çalışır, hirs, qısqanclıq, kin kimi hissləri təşviq edərək həmin insanı zəiflədir. Heç bir nəticəyə gəlməsə, ‘bir dəfədən bir şey olmaz' təlqini verir.

Şeytanın bu məntiqi bəzən çox kiçik, bəzən də çox həyati mövzularda ortaya çıxa bilər. İnsanlar çox vaxt sadə mövzularda doğru yolda olmasalar da qorxmurlar. “Onsuz da elə də əhəmiyyətli məsələ deyil” və “kiməsə təsir edəcək, kiməsə zərər verəcək və kimisə narahat edəcək bir şey deyil” deyə düşünürlər. Şeytan da insanlara xüsusilə belə sadə məsələlərdə ‘bir dəfədən bir şey olmaz' məntiqi ilə yanaşır.

Bir dəfə yalan danışmaq, bir dəfə səmimi olmamaq, bir dəfə hisslərini düzgün ifadə etməmək, bir dəfə qəlbinə dəymək, bir dəfə qarşı tərəfi təhqir etmək, bir dəfə fədakarlıq etməmək, bir dəfə küsmək, bir dəfə hirslənmək, bir dəfə ədalətsiz davranmaq, bir dəfə qeybət etmək, bir dəfə mübahisə etmək, bir dəfə gizli bir şey etmək, bir dəfə qürurlu olmaq, şeytanın insanlara atdırdığı ilk addımlardır. Bunlardan hər hansı birini ikinci dəfə etdirmək şeytan üçün daha asan olur.

Allahın Quranda “çirkin cəsarət” olaraq adlandırdığı davranış vardır. Bunun ən gözəl nümunəsi şeytandır. Buna görə də insanların da onun kimi Allaha qarşı “çirkin cəsarət”-li olmalarını istəyir (Allahı tənzih edirik). Allahı unutmalarını, Allahdan qorxmamalarını, Allahın hər etdiklərini gördüyünü düşünməmələrini (Allahı tənzih edirik), axirəti, hesab gününü düşünmədən hərəkət etmələrini arzulayır. “Bir dəfədən bir şey olmaz” məntiqində şeytanın insanlar üçün hədəflədiyi əsas həyat forması budur. İnsanlara bunun kiçik, günahsız, zərərsiz, yalnız bir dəfə olduğu və bir daha təkrarlanmayacağı üçün də vacib olmadığı kimi göstərməyə çalışır. Amma bu davranış heç də zərərsiz və günahsız olmaz.

Çünkü “bir dəfədən bir şey olmaz” məntiqi son dərəcə təhlükəlidir. Əgər insan o hərəkəti səhv olacağını bilə-bilə təkrarlamaqdan çəkinmirsə, bunu çox rahat şəkildə bir də edə biləcək çirkin cəsarəti də əldə etmiş olur. Eynilə səhv etməkdən qorxmayan insan hər zaman bu səhvi edə bilər. Bu səbəblə insanın “bir dəfə edirəm” deyə düşünməməli, hər an, hər yerdə və hər mövzuda Allahdan çox qorxub-çəkinməli və gözəl əxlaqda hər an çox diqqətli olmalıdır.

Çünki Allahdan qorxan insanın Allaha qarşı səmimi olmağının verdiyi bir iman dərinliyi vardır. Bu insanın səmimi olduğunu bilməsi onun özünə qarşı hörməti formalaşdırır. Özünə olan hörmətini itirən insan isə bir çox mövzuda özünə səmimiyyətsizliyin qapısını açmış olur.

Bununla yanaşı, əlbəttə ki, insan səhv edə biləcək şəkildə yaradılmışdır. Bu səbəbdən mütləq səhv edəcək, səhv düşünəcək, səhv qərarlar verəcək, bunlardan geri dönəcək və əxlaqını düzəldəcək. Tövbə edərək Allahdan bağışlanma diləyəcək, səhvini düzəltmək üçün səy göstərəcək və bu şəkildə səmimiyyətin yolunu tapacaq.

Ancaq şeytanın “bir dəfədən bir şey olmaz” məntiqinin təhlükəli olduğu heç bir zaman unudulmamalıdır. Bu, şeytanın oyunlarından biridir. “Bir dəfədən bir şey olmaz”-la başlayıb bunu həyat formasına salan bir çox insan vardır. Bir oğru, bir fırıldaqçı ya da yalanı və ya digər haram hərəkətləri vərdiş halına gətirmiş bir insan da bunları yalnız bir dəfə etmiş,amma sonra şeytanın oyununa düşərək bu davranışlarını adi hala gətirmişdir.

Bu səbəblə bir insan bu mövzuda nə qədər diqqətli olursa-olsun bir gün şeytanın özünə də bu tərz bir məntiqlə yanaşa biləcəyini unutmamalı və bu təhlükəyə qarşı tədbirli olmalıdır. Quran əxlaqından güzəştə getməməli, hər an Allahdan çox qorxub-çəkinməli, Allahın hər yerdə özünü gördüyün və içindən keçən hər düşüncəni bildiyini unutmamalıdır.
(məqalə harun yahya)