Müsəlmanlara etibar etməkdə tərəddüd etməmək...



İnsanların çətinlik çəkdikləri mövzulardan biri "bir-birlərinə etibar etməkdir". İnsanlar fikirlərinə, həyata baxışlarına, xarakterlərinə uyğun olan insanlarla dostluq qura bilər, müəyyən şərtlər daxilində bu şəxslərə sevgi, hörmət bəsləyə bilərlər. Amma həqiqətən etibar etdiklərini nümayiş etdirəcəkləri vəziyyət olduğu zaman dərhal geri çəkilirlər. Özlərindən başqa həqiqi mənada heç kimə etibar etmirlər. Nə yoldaşlarına, nə ana-atalarına, nə uşaqlarına, nə dostlarına, nə də qohumlarına... İllərlə evli qalan insanların hələ də öz yoldaşlarına etibar etmədiklərinə dair söhbətlərinə hər yerdə rast gəlirik.

İnsanların bir-birlərinə olan bu etibarsızlıqlarını görən insanlar da eyni münasibəti ətraflarındakı insanlara qarşı göstərirlər.

Əslində insanlar bu narahatlıqlarında çox haqlıdırlar. Çünki həqiqətən bir-birlərinə ən yaxın olduqlarını söyləyən bəzi dostlar, söz verib evlənən insanlar, ya da bir ailənin fərdləri də çox rahatlıqla bir-birlərinin arxasınca danışır, bir-birlərininə gizli şəkildə nəzarət edir, bir-birlərindən şübhələnirlər. Ən sadə mövzulardan ən əhəmiyyətli mövzulara qədər bir-birlərinə yalan danışırlar. Heç vaxt bir-birlərinə qiymətli bir əşya, mal, mülk, ya da pul əmanət etmirlər. Bir-birlərinin adına mal-mülk keçirmirlər. Zəruri vəziyyətlərdə də pulqablarını, çantalarını, evlərinin açarlarını bir-birlərinə vermirlər. Ən yaxın bildikləri insanların da hər an özlərini aldadıb arxadan vurması təhlükəsilə yaşayırlar.

Bütün bu səbəblərə görə də cahiliyyə əxlaqını yaşayan insanlara etibar etməkdə çətinlik çəkmək çox məqbuldur. Çünki bu etibarsızlığın haqlı dəlilləri var. Amma möminlərə etibar etməkdə tərəddüd edilməməlidir. Möminlər insanların görməyə alışdıqları bütün bu insan modellərindən fərqli insanlardır. Çünki möminlər Allahdan qorxurlar. Hər etdikləri yaxşılığın və pisliyin axirətdə hesabını verəcəklərini bilərlər. Buna görə heç yalan danışmırlar. İnsanlara qarşı ikiüzlülük etmirlər. İnsanların arxasından danışmır, dedi-qodu etmirlər. Dünyada sevməyi, sevilməyi, hörməti, dostluğu, sədaqəti, vəfanı, yaxşılığı, gözəl əxlaqı ən yaxşı bilən insanlardır. Etməyəcəkləri şeyi heç vaxt söyləmirlər. Tuta bilməyəcəkləri sözü heç vaxt vermirlər. Heç kimə pislik etmirlər. Heç kimin malına, canına heç vaxt zərər vermirlər. Özlərinə əmanət edilən hər şeyi çox həssas şəkildə qoruyurlar. Sirr verildiyi zaman bunu səmimiyyətsizcə insanlara yaymırlar. İnsanlara xəyanət etmir, özlərinə edilən etibardan heç vaxt sui-istifadə etmirlər.

Buna görə də möminə etibar etməkdə çətinlik çəkmək olmaz. Əgər bir insanın Allahdan qorxduğu və çəkindiyi məlumdursa, Quran əxlaqına tabe olursa, bu adama heç düşünmədən etibar etmək olar. Malını, canını, dünyada maddi-mənəvi ən qiymətli bildiyi şeylərini rahatlıqla əmanət etmək olar. Möminlərin sözlərinə, sevgilərinə, hörmətlərinə, sədaqətlərinə tam inanmaq olar. Göründüyünün əksinə fərqli və gizli tərəfi olmadığına, bu adamdan heç kimə zərər gəlməyəcəyinə tam etibar etmək olar. Qorumaqda, şəfqət və mərhəmətdə, maddi-mənəvi imkan təmin etməkdə, möminin iman edən dostlarını öz nəfsindən üstün tutacağına tam olaraq etibar etmək olar.

Buna görə də insanın möminlərə qarşı ehtiyatlı davranması tamamilə yersizdir. Çünki möminin daxili ilə xarici eynidir. Allahdan qorxduğu üçün heç vaxt pis işlər görməz. İnsanların dünyada bildikləri hər cür yaxşı xüsusiyyətlər və gözəlliklər möminlərdə cəmlənmişdir. Buna görə möminlərin olduğu yer də dünyanın ən etibarlı yeridir. Uca Allah Quranda bu həqiqəti belə bildirmişdir:

Sizin haminiz ancaq Allah, Onun Elçisi, rüku edərək namaz qılan və zəkat verirən möminlərdir. (Maidə surəsi, 55)

Kim Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)
(məqalə harun yahya)