Sayfa 1/16 12311 ... SonSon
158 sonuçtan 1 ile 10 arası

Son xeberler

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255

    Son xeberler

    Gəncədə prezident İlham Əliyevin ad günü ilə əlaqədar 3,4 ton çəkisi olan nəhəng tort hazırlanıb Gəncədə Azərbaycan prezidenti İlham Əliyevin ad günü qarşıdan gələn Yeni illə əlaqədar 3,4 ton ağırlığında nəhəng tort hazırlanıb. Qərb bürosunun məlumatına görə, uzunluğu 17 metr, eni 5 metr, hündürlüyü isə 18 santimetr olan tortun hazırlanmasına bir həftə vaxt sərf olunub. Tortun üzərinə müxtəlif bəzək elementləri ilə yanaşı Kəpəz dağı və Göy-gölün şəkli həkk edilib. Bu nəhəng tortun hazırlanmasına 700 kiloqram un, 630 kiloqram şəkər, 13000 ədəd yumurta, 90 kiloqram ləpə, 150 litr süd, 120 kiloqram kərə yağı, 14 kiloqram kakao, 6 kiloqram gilas və sairə ədviyyat sərf olunub. 3.4 ton ağırlığında olan tort türk iş adamı Müzəffər Agüloğlunun rəhbərliyi altında hazırlanıb. Bu cür nəhəng torun hazırlanmasına təxminən 4000-6000 manat vəsait tələb olunur.Qərb bürosunun məlumatına görə, prezident İlham Əliyevin ad günü ilə əlaqədar bu gün Gəncənin Heydər Əliyev adına meydanında 3.4 ton ağırlığında tortun kəsilməsi mərasimi keçirilib. Gəncə şəhər ictimaiyyətinin iştirakı ilə keçirilən mərasimdə nəhəng tortu Gəncə şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov kəsib. Mərasimdən sonra jurnalistlərin suallarını cavablandıran Eldar Əzizov Gəncənin sürətlə inkişafında prezident İlham Əliyevin bu şəhər diqqətinin xüsusi rol oynadığını deyib və Gəncə iş adamlarının təşəbbüsü ilə hazırlanan nəhəng tortun dövlət başçısına ad günü hədiyyəsi olduğunu vurğulayıb: “Biz qarşıdan gələn Yeni ili qarşılamağa hazırlaşırıq. Bu gün isə həm də prezident İlham Əliyevin ad günüdür. Bu münasibətlə Gəncənin iş adamları bu nəhəng tortu hazırlayıblar. Gəncə çox sahəli inkişaf yolundadır, əminliklə deyə bilərik ki, şəhərimiz prezident İlham Əliyevin sayəsində inkişaf edir. Biz öz növbəmizdə cənab prezidenti ad günü münasibəti ilə təbrik edir, ona böyük uğurlar arzulayırıq”.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Yeni il gecesi Baki Metropoliteni gece saat 2-ye qeder isleyecek. Baki Metropolitenin reisi Tagi Ehmedov bildirir ki, metronun bayram gunleri səhərə qeder fasilesiz islemesine imkan yoxdur

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Azərbaycan Nəqliyyat Nazirliyi 2008-ci il yanvar ayının sonunda Bakı şəhərində «Nəqliyyatın İntellektual İdarəetmə Sistemi»nin yaradılması ilə bağlı tender elan edəcək. Bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib.

    Azərbaycan və Koreya mütəxəsisləri artıq sistemin yaradılması ilə bağlı cari ilin yanvar ayından başlayaraq aparılan araşdırmaları yekunlaşdırıblar və sistemin layihəsi artıq hazırdır.
    «Nəqliyyatın İntellektual İdarəetmə Sistemi»nin yaradılması layihəsi iki mərhələdə həyata keçiriləcək. İlk olaraq bu sistem Bakının mərkəzində, daha sonra isə ətraf yaşayış məntəqələrində qurulacaq.
    Qeyd edək ki, «Nəqliyyatın İntellektual İdarəetmə Sistemi»i vasitəsi ilə Bakı şəhəri və Abşeron yarımadasının bir hissəsində avtonəqliyyat vasitələrinin, marşrutlarda avtobusların hərəkətinin idarə olunması və s. həyata keçiriləcək. İdarəetmə Mərkəzində hər marşruta gündəlik nə qədər avtobusun çıxarılması, avtobuslar arasındakı məsafələr, dayanma və hərəkət qrafiklərinə, avtobuslarda sərnişinlərin sayına və s. nəzərət olunacaq. Bu sistemin məlumatları həm TV, həm də radionun imkanlarından istifadə olunmaqla yayımlanacaq. Bunun üçün ayrıca radiokanal və telekanal tezlikləri alınacaq. Həmçinin, mobil telefonlar vasitəsi ilə də şəhərin küçələrində vəziyyəti öyrənmək mümkün olacaq.
    Xatırladaq ki, Azərbaycan Nəqliyyat Nazirliyi ilə Koreyanın Tikinti və Nəqliyyat Nazirliyi arasında intellektual nəqliyyat sistemi sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumu cari ilin aprel ayında imzalanıb. Bu sənəd çərçivəsində Cənubi Koreya Bakı şəhərində nəqliyyatın intellektual idarəetmə sisteminin yaradılmasında Azərbaycana kömək edəcək. Layihənin ilkin dəyəri 50-55 mln. ABŞ dolları həcmində qiymətləndirilir.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    İranda «quş qripi»nin aşkarlanması ilə əlaqədar həmin ölkədən Azərbaycana quş və quş əti məhsullarının gətirilməsinə qadağa qoyulub.


    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, artıq 6 aydır ki, iş adamları İrandan Azərbaycana quş və quş əti məhsulları idxal etmirlər: «Əgər bundan sonra iş adamı İrandan Azərbaycana bu növ məhsulların gətirilməsi üçün icazə istəsə, Baytarlıq Xidməti buna icazə verməyəcək».
    Xatırladaq ki, İranın Şərqi Azərbaycan və Zəncan əyalətlərində, eləcə də paytaxt Tehran şəhəri ətrafındakı bəzi quşçuluq fermalarında quşlar kütləvi şəkildə məhv edilir. İran rəsmiləri məhv edilən quşlarda «quş qripi» virusunun aşkarlanmadığını bəyan etsələr də, qan nümunələrinin analiz üçün İtaliyaya göndərildiyi bildirilir. Yerli KİV ölkədə «quş qripi»nin yayıldığını və İrana şimaldan daxil olan və bir neçə vilayətdə yayılan virusa yoluxduqlarından şübhə duyulan toyuqların məhv edildiyini yazır.
    Qeyd edək ki, hazırda Azərbaycan əsasən Türkiyə, Braziliya və ABŞ-dan quş əti məhsulları idxal edir.

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Bakının bəzədilməsi ücün 350 min rəngli lampadan istifadə edilib
    Bakı Şəhər İcra Hakimiyyəti paytaxt kücələrinin və meydanların bəzədilməsi işlərini həyata kecirir
    Paytaxt Bakı yeni ili qarşılamağa hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyəti paytaxt kücələrinin və meydanların bəzədilməsi işlərini həyata kecirir.

    İnterfaks-ın verdiyi məlumata görə, Bakının bütün rayonlarında şam ağacları qurulur və kücələr rəngli lampalarla bəzədilib. Ümumilikdə paytaxtın bəzədilməsi ücün 350 min rəngli lampadan istifadə edilib

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Son 3 ildə məktəblərə 31 677 kompüter verilib
    Təhsil Nazirliyində “Ümumtəhsil məktəblərdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi vəziyyətinin monitorinqi” mövzusunda kollegiya iclası keçirilib. məlumata görə, kollegiyada çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkə prezidentinin imzaladığı “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər)”na uyğun olaraq məktəblərin İKT avadanlıqları ilə təmin olunması, pedaqoji kadrlara İKT üzrə treninqlər keçirilməsi, yeni nəsil tədris materiallarının hazırlanması üzrə bir sıra tədbirlər həyata keçirilib. Onun sözlərinə görə, proqram çərçivəsində ölkənin təhsil sistemində İKT infrastrukturlarının inkişafı və onun tətbiqinin müasir standartlar səviyyəsinə çatdırılması prioritet istiqamətə çevrilib. Nazir 2005-ci ilə qədər orta məktəblərdə 1063 şagirdə 1 kompüter düşdüyünü, hazırda isə bu rəqəmin bir neçə dəfə artdığını qeyd edib. Belə ki, 3 il ərzində 3693 məktəb 31 677 kompüter, 1103 noutbuk, proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT avadanlıqları, 28 min 661 masa, 23 min 346 stulla təhciz olunub. M. Mərdanov bu müddət ərzində 1722 kompüter sinfinin yaradıldığını, 1851 şəbəkə avadanlığının quraşdırıldığını, 14 min müəllimə treninq keçirildiyini bildirib. Nazir həyata keçirilən işlər, verilən avadanlıqların istifadəsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən monitorinqin həyata keçirildiyini bildirib. Monitorinq Bakı, Sumqayıt və Abşeron məktəblərini əhatə edib. Nazir monitorinq nəticəsində bir sıra mənfi halların ortaya çıxdığını bildirib: “Bəzi məktəblərdə ayrılmış texniki avadanlıqların yerində olmadığı aşkarlanıb. Onların bəzilərini direktorlar öz evlərində saxlayırlar. Bəzi məktəblərdə avadanlıqların istifadəsinə məhdudiyyət qoyulub. Bunlar mənfi hallardır və aradan qaldırılıb”

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. “APA-SPORT” agentliyinin məlumatına görə, toplantıya İK-nın 17 üzvündən 15-i qatılıb. Çingiz Hüseynzadə, Azad Rəhimov, Xəzər İsayev, Ağacan Abıyev, İsmayıl İsmayılov, Natiq Əliyev, Sucəxan Novruzov, Zərifə Salahova, Rauf Əliyev, Ələkbər Məmmədov, Vaqif Əliyev, Faiq Qarayev, Rəfiqə Şabanova, Namiq Abdullayev və Zemfira Meftahəddinova gündəlikdə duran 7 məsələ ətrafında fikirlərini bölüşüblər.

    Belə ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qurumun 2007-ci ildə fəaliyyəti və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına hazırlıq haqda hesabat xarakterli çıxış edib. İl ərzində Azərbaycan idmançılarının beynəlxalq yarışlarda göstərdiyi nəticələr və ilin idman yekunları haqda isə MOK-un digər vitse-prezidenti, gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Bakı şəhərinin 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə yaradılan Təşkilat Komitəsinin məsul katibi, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov “Bakı-2016” Sifariş kitabının hazırlanması haqqında çıxış edib. MOK-un baş katibi Ağacan Abıyev qurumun yeni təsis olunmuş ordeni ilə bağlı məlumat verib. Sonra Beynəlxalq Olimpiya Komitəsinin layiq gördüyü “Olimpizmin və idmanın təbliği” mükafatı MOK-un informasiya, nəşriyyat və əlaqələr idarəsinin rəhbəri, filologiya elmləri namizədi Camaləddin Rəhmanova təqdim olunub. MOK-un digər vitse-prezidenti Xəzər İsayev İK üzvləri qarşısında sədri olduğu Ədalətli Oyunlar Komissiyasının hesabatını verib. O, 5 nominasiya üzrə təsis etdikləri mükafatları laureatlara təqdim edib. Gündəlikdə duran 8-ci məsələ – Cari məsələlər haqda isə İK üzvləri qapalı müzakirə aparmağa üstünlük veriblər.

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    Bakıda Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif Şurasından iclasda hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, radioaktiv materialların daşınması, saxlanması, basdırılması və Dövlət Gömrük Komitəsinin laborator xidmətlərinin tariflərinə baxılıb, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən göstərilən «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri»ndə redaktə xarakterli dəyişiklik edilməsi barədə məsələ müzakirə edilib və müvafiq qərar qəbul olunub.

    Yerli hava xətlərində tətbiq olunan tariflərin son 10 il ərzində dəyişdirilmədiyi və bu səbəbdən də hazırda reyslərin zərərlə yerinə yetirildiyi səbəbindən «Azərbaycan Hava Yolları» Dövlət Konserni tərəfindən yeni tariflərin müəyyən edilməsi məqsədilə Tarif Şurasına müraciət edilib. Reyslərin zərərlə işləməsi maliyyə çətinlikləri ilə yanaşı, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına uçuşların vaxtında və keyfiyyətlə yerinə yetirilməsində də problemlər yaradırdı. Bu problemlərin aradan qaldırılması məqsədilə Bakı-Naxçıvan-Bakı, Gəncə-Naxçıvan-Gəncə, Bakı-Gəncə-Bakı, Bakı-Lənkəran-Bakı və Bakı-Zaqatala-Bakı reysləri üzrə (bir istiqamət üzrə) tariflər müvafiq olaraq 95 manat, 39 manat, 56 manat, 41 manat, 52 manat səviyyəsində, yükün, poçtun və normativdən artıq baqajın daşınması üçün tariflər isə hər 1 kq üçün 30 qəpik səviyyəsində təsdiqlənib.
    Bununla belə, iclasda Naxçıvan MR-nın blokada şəraitində yaşadığı, hava nəqliyyatının Muxtar Respublika ilə ölkənin digər əraziləri arasında əsas nəqliyyat növü olduğu, ölkənin bu regionu ilə humanitar əlaqələrin təmin edilməsinin zəruriliyi nəzərə alınaraq, Tarif Şurası tərəfindən Naxçıvan MR-ya hava nəqliyyatı ilə sərnişindaşıma tariflərinə güzəştlərin tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilməsi barədə qərar qəbul olunub.
    Şuranın iclasında ölkə ərazisində dövlət təsərrüfat subyektləri tərəfindən radioaktiv materialların daşınması, saxlanması və basdırılması xidmətləri üzrə tariflər də təsdiq edilib. Qərara əsasən, radioaktiv materialların hər 1 km daşınması tarifi 3,5 manat, bu cür materialların saxlanması və basdırılması tarifləri isə müvafiq olaraq 85 manat və 80 manat səviyyəsində müəyyən edilib.
    Tarif Şurasının qərarı ilə Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyası tərəfindən göstərilən 30-a yaxın pullu xidmət üzrə tariflər 8-110 manat arasında dəyişməklə təsdiqlənib.
    İclasda həmçinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi əsasında «Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri» bölməsində redaktə xarakterli dəyişiklik edilib.
    Qeyd edək ki, radioaktiv materialların daşınması, saxlanması və basdırılması üzrə pullu xidmətlərin tarifləri təsdiq olunduğu gündən, digər tariflər isə 2008-ci ilin yanvar ayının 1-dən tətbiq ediləcək.

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    «Peugeot 207» Avropanın ən populyar avtomobili seçilib

    JATO Dynamics» beynəlxalq marketinq şirkəti cari ilin 11 ayının yekunları əsasında Avropanın ən populyar 10 avtomobilinin siyahısını tərtib edib.
    «APA-ECONOMICS»in məlumatına görə, siyahıda Fransa istehsalı olan «Peugeot 207» avtomobili liderlik edir.

    Belə ki, hesabat dövründə bu avtomobil modelinin satış həcmi 410 156 ədəd olub. İkinci yeri Almaniya istehsalı olan «Volkswagen Golf» (401 343 ədəd), üçüncü yeri isə ABŞ istehsalı olan «Ford Focus» (379 994) avtomobili tutub. «Opel Astra» öz növbəsində dördüncü, «Opel Corsa» isə beşinci yerdə qərarlaşıb.


    Model
    Min ədəd

    1
    Peugeot 207
    410 156

    2
    Volkswagen Golf
    401 343

    3
    Ford Focus
    379 994

    4
    Opel Astra
    374 240

    5
    Opel Corsa
    373 114

    6
    Renault Clio
    355 990

    7
    Fiat Punto
    352 235

    8
    Ford Fiesta
    331 924

    9
    Volkswagen Passat
    280 121

    10
    Volkswagen Polo
    269 240

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    Azərbaycanda ən yaşlı pensiyaçının 115 yaşı var

    Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkənin ən yaşlı 3 pensiyaçının adını açıqlayıb.

    DSMF-dən verilən məlumata görə, bunlar, 1892-ci il təvəllüdlü, Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuş Kərimova Gülarə Firudin qızı, 1892-ci il təvəllüdlü, Ağdaş rayonunun Mürsəl kəndində anadan olmuş Həsənova Mərcan Səməd qızı və 1914-cü ildə Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuş Cavadov Xasay Azay oğludur.
    Fonddan bildirilib ki, pensiyaçı G.Kərimova 20 yaşından əmək fəaliyyətinə başlayıb və uzun illər kolxozda çalışıb. Hazırda 115 yaşı olan G.Kərimovanın 2 övladı, 14 nəvəsi, 35 nəticəsi və 2 kötükcəsi var.
    Digər pensiyaçı M.Həsənova isə Ağdaş rayonunun Mürsəl kəndindəki «Sosializm» kolxozunda işləyib. M.Həsənovanın 8 uşağı, 32 nəvəsi, 14 nəticəsi və 6 kötükcəsi var.
    X.Cavadov isə Böyük Vətən müharibəsi iştirakçısı olub. Döyüşə görə igidlik, Stalin ordeni və digər medallarla təltif olunub, Ukrayna, Belarus və Polşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Müharibə qurtardıqdan sonra Ucar rayon Yuxarı Şilyan kənd məktəbində müəllim işləyib. Hazırda II qrup Böyük Vətən müharibəsi əlili olan X.Cavadov hələ də həmin məktəbdə işləyir. Onun 9 övladı, 24 nəvəsi və 32 nəticəsi var.


Sayfa 1/16 12311 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.