Allah Günahlarına Görə Peşiman Olanların Tövbələrini Qəbul Edər, Onları Bağışlayar

Allah Sonsuz bağışlayandır. Quranın bir ayəsində Rəbbimiz bu həqiqəti bizə: «Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlı sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verər...» («Nəhl» surəsi, 61) sözləri ilə bildirir.

Allah bütün insanlara bir zaman təyin edir. Həqiqətən iman edənlər üçün bu çox xeyirli zamandır. Allahdan qorxub çəkinən hər insan ən kiçiyindən ən böyüyünə qədər hər günahı üçün Allaha tövbə edib, Onun bağışlamasını diləyə bilər, günahlarından keçməsini uma bilər. İnsan tövbəsində səmimi olduğu zaman Allah hər günahı bağışlayandır. Allahın sonsuz bağışlayan olması Quranda belə bildirilmişdir:

«Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı halınız necə olardı!» («Nur» surəsi, 10).

Allah sonsuz bağışlayan olduğuna görə insan üçün hər zaman qurtuluş ümidi var. Tövbələri qəbul edən, fəzilət və rəhmət sahibi olan Rəbbimiz insanlara olan mərhəmətinə görə onlara həyatları boyu qurtuluş imkanı yaratmış, onlara tövbələri qəbul edən olduğunu bildirmişdir. Allahın bütün bu nemətlərinə və rəhmətinə baxmayaraq, Allahı unudanlar, Ona möhtac olduqlarının fərqində olmadan yaşayanlar, həqiqətən qəflət içindədirlər. Dünya həyatında Rəbbimizin rəhmətini, sevgisini və nemətlərini lazımınca dəyərləndirməmələri bu kimsələrin axirətdə cəhənnəm əzabı ilə qarşılaşmalarına səbəb olacaqdır.
(harun yahya Allah ağılla bilinir)