Bütün nemətlər Allahın bir lütfüdür

Hz.Süleyman Allahın ona verdiyi bütün gücdən və mülkdən Allahın dinini ən gözəl şəkildə təmsil və təbliğ etmək, Rəbbimizin bənzərsiz və görkəmli səltənətinin hər kəs tərəfindən anlaşılmasına səbəb olmaq və bu yolla din əxlaqını yaymaq üçün istifadə etmişdir. İnsanlar Allaha iman gətirmələri üçün gələn dəvətə onun bu zəka, elm və sənət gücü qarşısında asan şəkildə təslim olmuşdular. Hz.Süleyman Allaha olan bağlılığının əvəzini ən gözəl şəkildə almış və bütün dünyada tanınan çox böyük bir hakimiyyət əldə etmişdi. Min illərdən bəri Hz.Süleymanın gücü və iqtidarı bir çox insanın gözünü qamaşdırmış, müxtəlif romanlara, rəsm əsərlərinə, filmlərə mövzu olmuşdur.

"Biz sizi vuruşda qorumaq üçün zireh sənətini öyrətdik. Artıq şükr edərmisiniz?" ("Ənbiya" surəsi, 80).



Bu fəsil boyunca Hz.Süleymana verilən üstün elmlərdən və müxtəlif nemətlərdən bəhs etdik. Ancaq bu mövzuda xüsusilə vurğulanması lazım olan bir məsələ var. Ayələrdə bütün bu nemətləri verənin, elmləri anladanın və bütün hadisələri törədənin əslində aləmlərin Rəbbi olan Allah olduğu göstərilir. Hz.Süleymanın gördüyü bütün işlər Allahın istəyi və məsləhəti ilə gerçəkləşir. Məsələn, Allah ayəsində "Biz məsələnin hökmünü Süleymana anlatdıq" şəklində buyurur ("Ənbiya" surəsi, 79). Heç bir insanın Allah istəmədikcə heç bir hikmətin fərqində olmayacağı, hökm verə bilməyəcəyi bu ayədən başa düşülür. Bir insanın bir hadisəni öz qüdrəti ilə dərk etməsi, fikir yürüdüb hökm verməsi qətiyyən mümkün deyil. Çünki hökmü verən Allahdır. O, hökm və hikmət sahibi olandır. Qərarı verən şəxs isə ancaq bir icraçıdır. Allah dilədiyi üçün o qərarı verə bilir.



Eyni ayənin davamında dağların və quşların Hz.Süleymanın atası Hz.Davudla birlikdə boyun əydikləri müəyyən edildikdən sonra "Bunları Biz etmişdik" ("Ənbiya" surəsi, 79) şəklində bildirilir. Hz.Davuda geyim sənətini öyrədən, küləyə boyun əydirən, ərimiş misi Hz.Süleymanın əmrinə verən Allahdır. Allah "Ənbiya" surəsinin 81-ci ayəsində "Biz hər şeyi bilənik!" şəklində buyurmaqdadır ("Ənbiya" surəsi, 81).

"Geniş, uzun zirehlər düzəlt, toxuduğun zaman ölçüyə riayət et! Və yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!" ("Səba" surəsi, 11).



Allah Hz.Süleymanın ordusunu cinlərlə və quşlarla təmin etmiş, ona yer üzündə çox güclü bir iqtidar vermişdi. Onun ordusunun qarşısına heç bir ölkə çıxa bilmir, çıxsalar belə məğlub olurdular. Allah "Ənbiya" surəsinin 80-ci ayəsində bildirdiyi kimi, Hz.Süleymana çətin vuruşlarda əsgərlərini qorumaq üçün zireh toxumaq sənətini öyrətmişdir. Bu zirehlər, dəmir papaqlar və müxtəlif vasitələr onun ordusunun daha da məğlubedilməz etmişdir.


Allah diləmədikcə heç bir insanın bir elmə sahib olması mümkün deyil. İnsan illər boyu oxuduğu və ya öyrəndiyi biliklər nəticəsində özünü elmli bir insan hesab edə bilər. Ancaq elmi verənin Allah olduğunu əsla unutmamaq lazımdır. Çünki bir insanın hər hansı bir elmə sahib olması Allahın o insana bəlli bir həddə bir elm verməsinin nəticəsidir. Mələklərin "Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Hər şeyi bilən Sən. Hikmət sahibi Sənsən" ("Bəqərə" surəsi, 32) şəklindəki sözləri bu həqiqəti açıq şəkildə ifadə edir.
(harun yahya Həzrəti Süleyman)