İnkarcıların Şifahi Hücumları

Quranda xəbər verildiyi kimi, tarix boyunca inananlar qarşılarında, özlərinə mane olmağa çalışan hətta onları doğru yoldan çevirmək üçün hər cür üsula müraciət edən inkarcı birliklər və münafiqlərlə qarşılaşmışlar. İnkarcıların möminlərə qarşı qınayıcı, incidici sözlərdə və müxtəlif böhtanlarda olduqları (xüsusilə də dəlilik, yalançılıq, cadugərlik, uğursuzluq, əxlaqsızlıq böhtanları kimi) Quranda izah edilmişdir:

Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir. (Al-İmran Surəsi, 186)

Yuxarıdakı ayədə, inananların əleyhində kimi görünən yalan və böhtanların, onlar üçün əslində bir şər deyil əksinə bir xeyir olduğu vurğulanmışdır. Bir başqa ayədə, Peyğəmbərimiz (s.ə.s.) dövründə yaşanan bir hadisə nümunə verilərək bu vəziyyət belə açıqlanır:

Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir! (Nur Surəsi, 11)

Heç şübhə yox ki keçmiş dövrlərdə inananların qarşılaşdıqları bu tərz hadisələr, onlara narahatlıq vermək, onları qorxudmaq və batil dinlərinə geri çevirmək üçün inkarcıların izlədikləri üsullar olmuşdur. Amma möminlər bu çirkin hücumların hər vaxt xeyirlərinə dönəcəyindən və sonunda düzgünlüklərinin ortaya çıxacağından əmin bir şəkildə davranmışlar. Bu baxımdan atılan böhtanlara və şifahi hücumlara qarşı hər vaxt ən ağıllı və hikmətli cavabları vermişlər, səbr edərək Allaha təvəkkül etmələri lazım olduğunu ancaq bu şəkildə müvəffəqiyyətə çatacaqlarını unutmamışlar.

Keçmişdə yaşanan bu nümunələr kimi bundan sonra da Müsəlmanların hər an Allahın yaratdığı qədərə təslim olmuş bir ruh halı, hər hadisənin xeyirlə inkişaf etdiyini bilmənin təvəkkülü içində olmaları son dərəcə əhəmiyyətlidir. Bunu yaşayan mömin dünyanın ən böyük qazanclarından birinə qovuşacaq. Çünki Allah ayələrində Özünə təvəkkül edənlərə kömək edəcəyini, və onların əsla “köməksiz” qalmayacağını belə bildirmişdir:

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər! (Al-İmran Surəsi, 160)
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)