ŞEYTANIN HEÇ DAYANMAYAN FƏALİYYƏTİ

Allah Hz. Adəmi yaratdığı və bütün mələklərə "Adəmə səcdə edin " əmrini verdiyi zaman, şeytan qarşı gəlmiş və bu üsyanı üzündən sonsuza qədər lənətlənmişdi. Bunun üzərinə o da, qiyamət gününə qədər insanları azdırmaq üçün Allahdan müddət istədi. Allah bu icazəni verincə də bu vəddə oldu:

(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam!" Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (Əraf Surəsi, 16-17)

Bir başqa ayədə, şeytanın "azdırma" vədi belə izah edilər:

"Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Nisa Surəsi, 119)

Əgər insan şeytanın bu xüsusiyyətindən xəbərsiz olsa, özünü ondan qoruya bilməz və tələsinə asanca düşə bilər. Bu səbəblə, möminin Quranda xəbər verilən bu həqiqəti hər an ağlında tutması, şeytanın azdırıcı təbliğlərinə qarşı oyanıq davranması lazımdır. Necə ki bir ayədə belə buyurulmaqdadır:

Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır. (Fatır Surəsi, 6)

Şeytana qarşı ən diqqətli olması lazım olanlar isə, möminlərdir. Çünki şeytan əsl olaraq onlarla məşğul olar. İnkarçıları azdırmaq üçün məşğul olmasına ehtiyac yoxdur çünki onlar onsuz da şeytanın ordusu halına gəlmişlər. Buna görə, bütün gücünü möminləri zəiflətmək, onları müxtəlif şəkillərdə din əxlaqını yaşamaqdan geridə buraxmaq üçün xərcləyər. Bu səbəblədir ki Allah, şeytanın fitnəsinə qarşı möminləri belə xəbərdar etməkdədir:

Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir! (Nur Surəsi, 21)

Allahın Quranda bildirdiyinə görə, şeytanın bu fəaliyyəti ixlaslı möminlərə təsir etməyəcək. Lakin zəiflik göstərən və qəflətə dalanlar, şeytanın davamlı olaraq verməyə çalışdığı mənfi təbliğlərdən təsirlənə bilərlər. Unutmamaq lazımdır ki şeytan fəaliyyətini heç dayanmadan, ara vermədən, dayanıb istirahət etmədən, yatmadan davam etdirməkdədir. Mömin də buna qarşı davamlı Allahı xatırlamalı, hər an diqqət və mənəvi eşq halında olmalıdır.
(harun yahya Quran Əxlaqı)