DAİM PİSLİYİ ƏMR EDƏN NƏFS

İnsanın şeytan qədər diqqət yetirməsi lazım olan bir başqa azdırıcı ünsür də öz içindədir. Allah, insanı yaradarkən onun nəfsinə (mənliyinə) həm yaxşılıq, həm də pislik ilham etmişdir. Və bu pis tərəf, insanı davamlı şeytanın tərəfinə çəkməyə çalışar. Quranda, insan ruhundakı bu cüt istiqamət belə açıqlanar:

And olsun nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.. (Şəms Surəsi, 7-10)

İnsan, ayədə ifadə edilən nəfsinin içindəki bu günahdandan xəbərdar olmalı və hər vaxt bu təhlükəyə qarşı diqqətli davranmalıdır. Əgər nəfsindəki pisliyin varlığını qəbul etməz də, ayədə deyildiyi kimi onu "örtsə", adam pislikdən çəkinə bilməz, yenə ayədə bildirildiyi kimi "dağılmağa düşər".

Bu səbəbdən insanın içindəki pis istiqamətə qarşı diqqətli davranması, davamlı olaraq nəfsini təmizləməyə çalışması lazımdır. Hz. Yusifin ayədə xəbər verilən, " Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”" (Yusif Surəsi, 53) şəklindəki ifadəsi, möminin nəfsinə qarşı olan bu ehtiyatlı olmasını sərgilər.

İnsan, nəfsinə qarşı hər vaxt bu şəkildə ehtiyatlı davranmalı, nəfsinin əmr edəcəyi pisliklərə qarşı daim oyanıq olmalıdır. Çünki, "... Nəfslər 'qısqanclığa və eqoist ehtiraslara' hazır olmuşdur." (Nisa Surəsi, 128) Bu ehtirasların insana nələr etdirə biləcəyinə də Quranda işarə edilmişdir. Məsələn Hz. Adəmin oğullarından birini, qardaşını öldürməyə yönəldən şey nəfsidir. (Maidə Surəsi, 30) Samirinin, Hz. Musanın ardından təkrar bütlərə ibadət etməsinin və qövmünü də eyni pozqunluğa aparmasının arxasında yatan səbəb də eynidir; Samiri ayədə bildirildiyi üzrə, " (Samiri) belə cavab verdi: “Mən (İsrail oğullarının) görmədiklərini (Cəbraili) gördüm (yaxud bilmədiklərini bildim). Mən o Rəsulun (Allah elçisinin) ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım (o da dönüb böyürən bir buzov oldu). Beləcə, öz nəfsim məni bu işə sövq etdi”. (Nəfsim bu işi mənə xoş göstərdi, mən də ona uydun)." (Taha Surəsi, 96) deməkdədir.

İnsanın qurtuluşu, özünü qısqanclığa, eqoizmə, üsyan və şirkə yönəldən nəfsinin pisliklərindən çəkinməsinə bağlıdır. Quranda ifadə edildiyi üzrə " Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!” (Həşr Surəsi, 9)

Mövzuyla əlaqədar başqa ayələrdə də belə buyurulmaqdadır:

Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, Həqiqətən, onun yurdu Cənnətdir!. (Naziat Surəsi, 40-41)

Mömin üçün ən böyük mübarizələrdən biri nəfslə edilən bu mübarizədir. İman edən insan nəfsinin özünə yönəltmək istədiyi; eqoizm, qısqanclıq, qürur, ehtiras kimi xəstəliklərə etiraz etməlidir.

Nəfs, insanı boş hədəflər arxasında qaçdırar. İnsana, daha çox mal qazanacağına pıçıldayar. Halbuki insan bu cür zövqlərin heç biriylə təmin olmaz. Nə qədər çox qazansa, daha da çoxunu istər. Bu halıyla nəfs, ac və əsla doymayan vəhşi bir heyvan kimidir.

Nəfsin təmkinlik tapması isə, söz mövzusu keçici zövqlərin heç biriylə deyil, ancaq və ancaq adamın Allaha sığınmasıyla mümkün olar. İnsan, Allaha qul olmaq üçün yaradılmışdır və "... ürəklər yalnız Allahın zikriylə mutmain olar" (Rəd Surəsi, 28) hökmü uyğun olaraq, bu vəzifəsini yerinə yetirib ONun rəhmətinə sarılmaqdan başqa heç bir şey ona dinclik və təmkinlik verməz.

O səbəblədir ki, təmkinlik tapmış bir nəfs ancaq inkarın hər cür pisliyindən çəkinərək iman edən nəfsdir. Allah Quranda bu nəfsə belə xitab edər:

(Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!” (Fəcr Surəsi, 27-30)
(harun yahya Quran Əxlaqı)