3 sonuçtan 1 ile 3 arası

FUTBOLUN YAZILMAMIŞ QAYDALARI

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    FUTBOLUN YAZILMAMIŞ QAYDALARI

    Qol vuranda
    Əgər oyunçu əlverişli vəziyyətdən topu yana vurursa, dayanıb ayağının altındakı ota baxmalı və başını yellətməlidir. Onda hamı biləcək ki, top onun ayağına dəyməzdən əvvəl yerdəki təpəciyə dəyərək, istiqamətini dəyişmişdi.
    Əgər oyun televiziya ilə nümayiş etdirilirsə, oyunçu burnunu uzun-uzadı təmizləyərək, öz yarısına qayıtmalı və telekameralar onun bu hərəkətini izləməlidirlər.
    Əgər oyunçu komanda yoldaşına əla ötürmə edirsə və komanda yoldaşına topu sadəcə bir metrdən qapıdan keçirmək qalırsa, ötürməni etmiş futbolçu qolu bayram edən oyunçulardan xeyli aralı durmalıdır. Onlar özləri bir-bir ona yaxınlaşıb ötürməyə görə ona minnətdarlıqlarını bildirməlidirlər.

    Künc zərbələri və aut
    Bütün autlar, topun həqiqətdə meydançanı tərk etdiyi yerdən ən azı on metr qabağda həyata keçirilməlidir. Hakim oyunçunu yalnız 10 metrlik qayda pozulduqda məzəmmət edə bilər.
    Künc zərbəsi vurarkən, oyunçu topu hara vuracağından asılı olmayaraq əlini yuxarı qaldırmalıdır.

    Cərimə zərbələri
    İki və ya daha çox oyunçu kimin cərimə zərbəsini vuracağı barədə mübahisə etməlidirlər.
    Rəqib tərəfindən yerə yıxdırılmış oyunçu, cərimə zərbəsinin təyin edildiyini bilən kimi, topu əlinə almalı, bir neçə metr irəli qaçmalı və sonra geri baxmayaraq, topu arxaya atmalıdır.
    Cərimə zərbəsi təyin ediləndə, hakim topu müvafiq nöqtəyə qoymalıdır. Lakin çox vacibdir ki, cərimə zərbəsini vuran oyunçu topu oradan götürsün və otuz santimetr qabağa qoysun. Özü də bu zaman topu arxaya fırlatsa, daha effektiv olar.

    Ofsayd
    Oyundan kənar vəziyyətdə olan oyunçu, fitə və bayrağa baxmayaraq topla qapıya zərbə endirir və yenə də qol vura bilmirsə, onda əvvəlcədən ofsayd olduğunu bildiyini göstərməli və onsuz da qol vurmaq istəmədiyini nümayiş etdirməlidir. Lakin əgər topu qapıdan keçirə bilsə, o zaman yan xətt hakiminə gözlərini ağarda-ağarda ağzından çlxanı deməlidir.

    Dəyişikliklər və zədələr
    Xərəkdə meydançadan aparılan oyunçuya tamaşaçılar əl çalmalıdırlar. Amma eyni dərəcədə ciddi zədə alan, lakin həkimin köməyilə asta-asta meydançanı tərk edən futbolçu fitə tutulmalıdır.
    Komanda yoldaşına tibbi yardım göstəriləndə meydançaya su dolu butılkalar atılarsa, oyunçular onları götürməli, sıxaraq ota bir qədər su tökməli və yalnız bundan sonra suyu içməlidirlər.
    Yan xətt boyunca qızınmaqda olan ehtiyat oyunçuları mütləq əllərini bellərinə qoymalı və ayaqlarını arxada yuxarı qaldıra-qaldıra qaçışmalıdırlar, baxmayaraq ki, bunu nə məşq zamanı, nədəki normal həyatlarında edirlər.

    Qapıçılar
    Oyundan əvvəl qapıçılar mütləq qapı tirindən asılmalıdırlar.
    Oyun zamanı qapıçılar əlcəklərinə tez-tez tüpürməlidirlər. Bundan başqa hər 45 dəqiqədə azı 3 dəfə dabanları ilə qapının dirəklərini döyəcləməlidirlər.
    Əlavə edilmiş vaxtda uduzan komandanın qapıçısı künc zərbələri zamanı rəqib klubun cərimə meydançasına cummalıdırlar. Baxmayaraq ki karyeraları boyu bir dəfə də olsun topa başla zərbə vura bilməyiblər.

    Məşqçilər
    Baş məşqçilərin yardımçıları baş məşqçilərin jestikulyasiyasını diqqətlə izləməli və eyni hərəkətləri düz beş saniyə sonra təkrar etməlidirlər.

    Rəsmilər
    Hakim top yalnız havaya qapıçının zərbəsi ilə qaldırılanda final fitini çalmalıdır.
    Dördüncü hakim mütləq meydançaya daxil olmağa hazırlaşan əvəzetmə oyunçusunun butsalarındakı şipləri yoxlamalıdır. Baxmayaraq ki, artıq meydançada olan oyunçuların butsalarını heç kim yoxlamayıb.


  2. #2
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: FUTBOLUN YAZILMAMIŞ QAYDALARI

    Yegane Futbol Azerkesleri Azerbaycandadiki Futbola baxmaga yox Mes Tum cirtlamaga gelirler stadiona!

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: FUTBOLUN YAZILMAMIŞ QAYDALARI

    [quote="Deli_UREK"]Yegane Futbol Azerkesleri Azerbaycandadiki Futbola baxmaga yox Mes Tum cirtlamaga gelirler stadiona! [/quo

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.