3 sonuçtan 1 ile 3 arası

Ermənilər yeni ərazi iştahasına düşüblər

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Ermənilər yeni ərazi iştahasına düşüblər

    Ermənilərin daha bir ərazi iddiası. Bu dəfə onlar Gürcüstanın ərazilərinin bəzi hissəsini özününküləşdirmək sevdasına düşüblər. "Böyük Ermənistan" xülyasında olan ermənilər Gürcüstan rəhbərliyinə də müraciət ediblər. Rəsmi Tiflis isə ermənilərin bəyanatını əsassız sayıb.

    Ermənistanın ictimai təşkilatları Gürcüstanın cənub bölgəsindəki sərhəd ərazilərinin xeyli hissəsinin onlara məxsus olması barədə iddialarla çıxış edib. Ermənistanın 14 ictimai təşkilatının imzaladığı müraciətdə Şimali Lori adlandırılan Gürcüstanın cənub bölgəsinin Ermənistana birləşdirilməsi haqda məsələ qaldırılıb. Ermənistanın “panorama.am” saytında dərc olunan müraciətdə deyilir ki, Lori ərazisindən keçən Ermənistan-Gürcüstan sərhədi SSRİ tərəfindən müəyyənləşdirilərkən Ermənistanın maraqları nəzərə alınmayaraq tarixi ədalətsizliyə yol verilib və bu gün Cənubi Loridə yaşayan ermənilər Şimali Lori adlandırılan Gürcüstan torpaqlarına gedib-gəlməkdə çətinlik çəkir. Ona görə də, bu ərazilər Ermənistana birləşdirilməli və ərazidə aparılan demorkasiya işlərinə son qoyulmalıdır. Təbii olaraq, ermənilər tərəfindən Gürcüstana qarşı qaldırılan yeni torpaq iddiaları ilə bağlı Gürcüstan mətbuatı və ziyalılar etiraz bildirib, amma qısa müddətdə bu mövzuda yaranan müzakirələrə son qoyulub.

    Gürcüstanın rəsmi dairələri də hələlik bu məsələ ilə bağlı susmağa üstünlük verir. Lakin erməni cəmiyyətinin iddialarını təhlükəli hesab edən gürcü tarixçiləri ölkə siyasətçilərindən ermənilərin torpaq iddialarına tutarlı cavab verilməsini tələb edir. Tarixçi alim Quram Marxuliya deyir ki, belə çıxışlar əslində Gürcüstan ərazilərinin ermənilərə məxsus olması haqqında ictimai rəyin formalaşdırılmasına hesablanıb.

    “İctimaiyyətin beyninə yeritmək istəyirlər ki, Cavaxetiya və Şimali Lori adlanan ərazi Ermənistanın tərkib hissəsidir. Gələcəkdə nə vaxtsa, bizim dövlətlər arasında konflikt yarandıqda onlar bununla tarixi əsas yaratmaq istəyirlər ki, həmin ərazilər onların olub. Bütün bunlar erməni ictimaiyyətinin və hökümətin təşəbbüsüdür. Bu gün Ermənistan prezidenti açıq şəkildə erməni milliyyətçi təşkilatlarını dəstəkləyir ki, həmin təşkilatlar bu gün Gürcüstan istiqamətində öz fəaliyyətlərini genişləndirsinlər”, - deyə tarxiçi alim Quram Marxuliya qeyd edib.

    Qeyd edək ki, ermənilərin iddia etdiyi torpaqlara azərbaycanlıların birgə yaşadığı və tarix boyu Borçalı kimi tanınan Kvemo-Kartli regionundakı ərazilər də düşür. Bu ərazilərdə azərbaycanlıların Quşçu, Qasımlı, Sadaxlı, Qaçağan, Aşağı və Yuxarı Saralı da daxil olmaqla 29 yaşayış məntəqəsi var. Ermənilər isə qeyd edilən bölgənin cəmi 3-4 kəndində məskunlaşıb.

    Sadaxlı sakini Səyyad Məmmədov bildirib ki, indi bu ermənilərin torpaq iddiasının heç bir əsası yoxdur. Hamıya məlumdur ki, ermənilər dövlət yaradanda heç onların torpağı da çatmırdı. Bunu tarixçilər daha yaxşı bilir, Sovet dövründə yaradılmış qondarma erməni dövlətidir. Bu dövlətdə bir az Azərbaycandan, bir az Gürcüstandan pay bir dövlət əmələ gəlib.

    Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər Süleymanov da ermənilərin torpaq iddialarına etiraz bildirir. Onun sözlərinə görə, ermənilər harada yaşayırlar oranı özlərinki hesab edirlər. İndi onların iddia elədikləri ərazilərdə biz azərbaycanlıların tarixi abidələrimiz var. 1720-ci ilin,1800-cü ilə aid azərbaycanlılara, türklərə aid tarixi abidələrimiz var. Ermənilərin nə Marnauli rayonunda, nə Bolnisidə, nə də Dmanisidə tarixi sübuta yetirilən heç nə ilə rastlaşılmayıb. Biz hamımız Gürcüstan vətəndaşlarıyıq.

    Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədr müavini Georgi Kandilaki ermənilərin torpaq iddialarının Ermənistanın dövlət siyasəti səviyyəsinə qalxdığını qeyri-rəsmi olaraq etiraf etsə də, müsahibəsində dövlətlərarası münasibətlərin gərginləşdirilməməsini əsas gətirərək diplomatik mövqe nümayiş etdirməyi məqsədəuyğun sayıb.

    Gürcüstan Xarici İşlər Nazirliyində də rəsmi olaraq erməni ictimai təşkilatlarinin bəyanatlarını ciddi qəbul etmirlər. Xarici İşlər Nazirliyindən bildirilir ki, hazırda Ermənistan-Gürcüstan sərhədlərinin dəqiqləşdirilməsi üzrə hökümətlərarası komissiya işləyir. Bugünədək komissiya iki ölkə arasında ümumi uzunluğu 224 kilometr olan sərhədin artıq 160 kilometrini razılaşdırıb. Qalan 64 kilometrlik hissənin razılaşdırılması üçün isə danışıqlar davam edir.
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    1.955

    Re: Ermənilər yeni ərazi iştahasına düşüblər

    ......\ ......../..........
    ....... \...../............
    "Böyük Ermənistan"
    ......../....\..............
    ....../........\............

    kicik ermenistan

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Ermənilər yeni ərazi iştahasına düşüblər

    bu gedisle deyecekler ki Amerikada bizimdir..bu serefsizlerden ne desen gozlemek olar
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.