ATOMUN QURULUŞU

Hava, su, dağlar, heyvanlar, bitkilər, vücudunuz, oturduğunuz stul, xülasə, ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz nə varsa, hamısı atomlardan əmələ gəlib. Əlinizdə tutduğunuz kitabın hər səhifəsi milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik hissəciklərdirlər ki, hətta ən güclü mikroskoplar belə onları göstərə bilmir. Bir atomun ölçüləri millimetrin milyonda biri qədərdir. Bu kiçikliyin insan gözündə canlandırılması mümkünsüzdür. Bununla bağlı belə bir örnək gətirək: Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz ki, bu açarın ibarət olduğu atomları görməyiniz mümkün deyil. Yox, əgər atomları mütləq görmək istəsəniz, təsəvvürünüzdə həmin açarı Yer kürəsinin miqyasına gətirin. Əlinizdəki açar dünya boyda böyüyərsə, onda içindəki atomların da hərəsi bir gilas boyda olar və siz onları görərsiniz.13

Yenə də bu kiçikliyi qavramaq və hər yerin atomlarla necə dolu olduğunu anlada bilmək üçün bir örnək də göstərək. Fərz edək ki, bircə duz dənəsindəki atomları saymaq istəyirik. Əgər saniyədə bir milyard (1000000000) atom sürətilə saya bilsəydik, bir düz dənəciyinin içindəki atomları 500 ilə sayıb qurtarmaq mümkün olardı!14

Yaxşı, bəs bu qədər kiçik cismin - atomun içində nə var? Məsələ ondadır ki, ağlagəlməz dərəcədə kiçik olmasına baxmayaraq, atomun içində kainatla müqayisə olunacaq qədər qüsursuz, bənzərsiz və kompleks bir sistem var. Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəciklərdən oluşub. Bu bölümdə canlı-cansız hər şeyin təməli olan atomların möhtəşəm quruluşunu və onların necə birləşərək molekulları, dolayısıyla, maddəni əmələ gətirdiyini incələyəcəyik.
(harun yahya Atom möcüzƏsi)

13. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, s. 62
14. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, s. 62