Daddığımız və iylədiyimiz molekullar

Dad və iy bilmə insanın dünyasını gözəlləşdirən duyğulardır. Bu duyğulardan alınan zövq hələ lap qədim zamanlardan insanın marağını və diqqətini çəksə də, onların əslində molekulların təsirilə yarandığı lap bu yaxınlarda bəlli olub.

"Dad" və "qoxu" dediyimiz anlayışlar əslində bir-birindən fərqli molekulların duyğu orqanlarımıza təsirindən başqa bir şey deyillər. Məsələn, yeməklərin, içkilərin, ətrafda gördüyümüz müxtəlif meyvə və çiçəklərin qoxuları əslində, uçucu molekullardan ibarətdir. Atomlar canlı və cansız varlıqları yaratmaqla yanaşı, maddəyə ləzzət və gözəllik də qatırlar. Bəs bu, necə baş verir?

Vanil qoxusu, gül ətri kimi uçucu molekullar burnun "epiteli" adlandırılan hissəsindəki titrək tükcüklərdə yerləşən reseptorlara çatır və onlara təsir göstərirlər. Beynimiz bu təsiri qoxu kimi qavrayır. 2-3 cm2-lik sahəsi olan qoxu reseptorlarının bu günə qədər 7 cür fərqli növü aşkarlanıb. Onların hərəsi bir əsas qoxu növünü tuta bilir.

Piperin



Bu, tropik Piperin nigrum-un ("qara bibər") aktiv elementidir. Qara bibər xam meyvənin fermentasiya olunandan sonra qurudulması nəticəsində əldə edilir. Ağ bibər isə yetişmiş meyvənin qabığının və lətinin ayrılması, toxumlarının qurudulması nəticəsində alınır.34

Para-HYDROXYPHENOL-2-BUTANON və IONON



Bu iki molekul bir yerdə çox xoş bir ətrin yaranmasına səbəb olurlar. Məsələn, çiyələk ətrinin "səbəbkarı" butanon-dur. Təzəcə dərilən meyvənin, həmçinin çəmənliyin ətri isə ionon-dan gəlir.35

Ferilmetanetiol



Bu molekul qəhvə ətrini yaradır. Qəhvənin əsas tərkib hissəsi kofeindən ibarətdir. Qəhvənin rəngi tərkibinə azot daxil olan üzvi maddələrin təsiri nəticəsində meydana çıxır. Dad və ətir də elə onlardan gəlir.36

Karotin



Karotin ipək qurdları və hörümçəklər tərəfindən buraxılan çox dəyərli, qatı bir mayedir. Bir-birinə ipək polipeptid zəncirilə bağlanmış aminturşularından ibarətdir. Zəncirlər bir-birinə hidrogen bağlarıyla bağlıdırlar və eynilə hörümçək torunu xatırladırlar.37


Eyni şəkildə, insan dilinin ön tərəfində də dörd cür fərqli kimyəvi reseptor var. Onlar şor, şirin, turş və acı dadları duya bilirlər. Beynimiz isə reseptorların uyğun siqnallarını dad və qoxu kimi dərk edir.

Hazırda dad və qoxunun necə meydana çıxması bəlli olsa da, elm adamları niyə bəzi maddələrin çox, bəzilərininsə az qoxuduğu, bəzilərinin yaxşı, bəzilərininsə pis daddığını dəqiq izah edə bilmirlər. Gəlin düşünək: biz heç bir qoxunun və dadın mövcud olmadığı dünyada da yaşaya bilərdik. Halbuki, qəhvəyi rəngli və özünəxas qoxusu olan torpaqdan minlərlə xoş ətirli və ləzzəti meyvə, çeşidli rənglərdə, forma və ətirlərdə çiçəklər çıxır. Əgər ləzzət və qoxunun nə olduğunu bilməsəydik, bütün bu gözəlliklərə sahib olmaq və onlardan zövq almaq heç ağlımıza da gəlməzdi. Elə isə, atomlar bir yandan maddəni oluşdurmaq üçün fövqəladə şəkildə bir araya gələrkən, nəyə görə digər yandan da dad və qoxu yaratmağın qeydinə qalırlar? Axı dad və qoxunun olması insanlar üçün lap vacib deyil. Amma buna baxmayaraq, möhtəşəm bir sənət əsəri olan dünyamız çox gözəl yaradılıb.

Əgər müqayisə aparsaq, Yer üzündəki bəzi canlılar sadəcə ot yeyir, bəziləri isə müxtəlif maddələrlə qidalanırlar.

Şübhəsiz ki, həmin qidaların nə xoş ətirləri, nə də ləzzətləri var; hətta olsaydı belə, şüursuz canlılar onsuz da fərqinə varmayacaqdılar. Bizlər də təbii olaraq, onlar kimi qidala bilərdik. Amma ömrümüzün sonuna qədər təkcə bir növ yemək yeyərək və yalnız su içərək yaşayacağımız həyat nə qədər bəsit və ləzzətsiz olardı, elə deyilmi? Buna görə, sonsuz lütf və ikram sahibi olan Allah bütün başqa nemətlərlə yanaşı, bizə rəng və ətir kimi gözəllikləri də bəxş edib. Sadəcə bu iki duyğunun olmaması insan həyatını xeyli dərəcədə maraqsızlaşdırar və bayağılaşdırardı. Bütün bu qədər gözəl nemətlərin əvəzində isə insan yalnız Rəbbinə onun istədiyi kimi bir qul olmağa çalışmalıdır. Əgər belə edərsə, Rəbbi ona əbədi gözəl bir həyat və bu dünyadakından qat-qat üstün nemətlər bəxş edəcək. Yox, əgər əksi olarsa, yəni insan Allahın bu qədər nemətlərinə qarşı nankorluq edərsə, şübhəsiz ki, bu davranışına layiq cəza alacaq. Rəbbimiz belə buyurub:

"Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi: "Əgər şükr etsəniz, sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz, Mənim əzabım həqiqətən, şiddətlidir" ("İbrahim" surəsi, 7).
(harun yahya Atom möcüzƏsi)

34. Molecules, Scientific American Library, P.W. Atkins, s. 115
35. Molecules, Scientific American Library, P.W. Atkins, s. 128
36. Molecules, Scientific American Library, P.W. Atkins, s. 130
37. Molecules, Scientific American Library, P.W. Atkins, s. 93