Archaeopteryx-in quşların əcdadı olması iddiası saxtakarlıqdır

1860-cı ildə Almaniyada tapılan Archaeopteryx adlandırılan quş fosili dövrümüzün quşlarından fərqlənən bəzi özünəməxsus xüsusiyyətlər daşıyırdı. Ağzındakı dişlər, qanadlarındakı pəncələr və uzun quyruğu Darvinistlər tərəfindən spekyulasiya məmulatı kimi istifadə edildi və quş heç bir elmi əsas olmamasına baxmayaraq dərhal sürünənlərə bənzədilərək sürünən-quş ara fosili kimi təqdim edildi.

Lakin bu iddia da böyük yalan idi.


Archaeopteryx, Darvinistlərin iddia etdiyi kimi bir ara form deyil, əksinə skelet və tük quruluşuyla uçmağa son dərəcə əlverişli mükəmməl bir quşdur.

Archaeopteryx-in Darvinistlər tərəfindən saxta ara-keçid forma kimi əfsanəyə çevrilməsindən bir müddət sonra fosil sümükləri hərtərəfli şəkildə tədqiq edildi və bu canlının sürünəndən quşa xəyali keçidi göstərən “ibtidai quş” olmadığı, əksinə skelet və tük quruluşunun uçuş üçün olduqca əlverişli olduğu, sürünənlərə bənzədilən xüsusiyyətlərin tarixən yaşamış və hətta dövrümüzdə yaşayan digər bəzi quşlarda da mövcud olduğu üzə çıxdı. Darvinizm tərəfdarı “Elm” (“Science”) jurnalı bu həqiqəti açıq şəkildə dilə gətirmişdi:

Archaeopteryx yəqin ki ilk quşlarla bağlı tüklərin və uçuşun ən qədim mənşəyi ilə bağlı çox şey deyə bilməz, çünki Archaeopteryx, sözün əsl mənasında, bir quşdur.56

Archaeopteryx fərqli canlı növlərinin xüsusiyyətlərini daşıyan mozaik canlıdır. Mozaik canlılar elm adamları tərəfindən mürəkkəb quruluşları ilə diqqət cəlb edən və bir neçə növün fərqli xüsusiyyətlərini ehtiva edən canlılar kimi tərif edilir. Darvinistlərin Archaeopteryx-dən istifadə edərək yalan uydurmalarının səbəbi də bu fosilin mozaik canlıya aid olmasından irəli glir. Əslində mozaik canlılar da dövrümüzdəki bütün digər canlılar kimi mürəkkəb xüsusiyyət daşıyan yaradılış nümunələridir. Fransız biofizik, təkamülçü Pier Lekomt du Nuoy bu məsələ ilə bağlı bu etirafı edir:

Müstəsnalıq təşkil edən Archaeopteryx-i əsl ara forma kimi dəyərləndirmək hüququna malik deyilik. Ara forma deyərkən sürünənlərlə quşlar kiimi siniflər və ya daha kiçik qruplar arasındakı lazımi keçid mərhələlərini nəzərdə tuturuq. İki fərqli qrupa aid xüsusiyyətlər nümayiş etdirən bir heyvan əgər üzərində keçidə dair mərhələlər tapılmamışdırsa və keçidə dair mexanizmlər hələ də məlum deyilsə, əsl ara form kimi qəbul edilə bilməz.57

Darvinistlər arasında bu cür etiraf edənlərin sayı əslində olduqca çoxdur. Sıçrayışlı təkamül yalanını ortaya ataraq gündəmə gələn XX əsrin ən tanınmış Darvinistlərindən Stefen Cey Qauld və Naylz Eldric də Archaeopteryx-in ara forma kimi qəbul edilməməsində həmfikirdirlər.58 Conatan Uels “Dünyanın ən gözəl fosili Ernst Mayrın “sürünənlərlə quşlar arasında az qala ən mükəmməl əlaqə” dediyi nümunə səssizcə aradan götürüldü və itmiş halqaların araşdırılması Archaeopteryx heç tapılmamış kimi davam edir.”59deyə bildirərkən bu fosilin təkamülə dəlil olmadığnı elmi kütlələrin açıqşəkildə qəbul etdiyini dilə gətirir. Lakin maraqlıdır ki, Darvinist elm adamları tərəfindən açıq şəkildə etiraf edilməsinə baxmayaraq Darvinist KİV-lərdə Archaeopteryx fosili hələ də ara forma kimi tanıdılmağa çalışılır. Conatan Uels bunu belə izah edir:

Bəzi biologiya dərslikləri Archaeopteryx-i itkin əlaqənin klassik nümunəsi kimi göstərməyə davam edir. Maderin 1998-ci ildə nəşr olunmuş “Biologiya” kitabı onu “sürünənlərlə quşlar arasındakı keçid əlaqəsi” kimi göstərir. Uilyam Şraer və Herbert Stoltzenin “Biologiya: Həyatın öyrənilməsi” (Biology: The Study of Life) kitabının 1999-cu il nəşrində də şagirdlərə “bir çox elm adamının onun sürünənlərlə quşlar arasındakı təkamül əlaqəsini təmsil etdiyinə inandığı” deyilir.60

Şübhəsiz, bu vəziyyət bu böyük saxtakarlığın hələ də davam etdirildiyindən irəli gəlir. Əllərində hər hansı ara-keçid forma olmamasına baxmayaraq Darvinistlər nəzəriyyələrindən əl çəkmədiklərinə görə uydurduqları saxta ara-keçid formalarını qorumağa çalışırlar. Archaeopteryx-in ciddi-cəhdlə və saxtakarlıqla hələ də gündəmdə saxlanmağa çalışmalarının səbəbi də elə budur.
(harun yahya DƏccal necƏ öldü?)

56-Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 19
57-Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 22
58-Hank Hanegraaff, Fatal Flaws "What Evolutionists Don't Want You To Know", W Publishing Group, 2003 s. 22
59-Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 131
60-Jonathan Wells, Evrimin İkonları, Gelenek yayınları, Ocak 2003, s. 130