Postmodernizm Də Çökür



Son iki əsrdə yaşanan bütün bu təcrübələr bu gün cəmiyyətin böyük əksəriyyətinin yaşadığı əxlaqi degenerasiya və bu degenerasiyanın səbəb olduğu zülmlər həm modernizmin, həm də modernizmdən sonra ortaya çıxan bütün dindənkənar axınların sonunu gətirmişdir. Bu gün artıq materializm, ateizm və bu fikirlərə əsaslanan bütün ideologiyalar sürətlə çökür. Kosmologiya, biologiya, psixologiya, tibb və ya sosiologiya kimi müxtəlif elmi sahələrdə olan inkişaflar da materializmin və ateizmin çöküşünü sürətləndirir. Amerikalı yazıçı Patrick Glynn 1997-ci ildə nəşr olunan “God: The Evidence, The Reconciliation of Faith and Reason en a Postsecular World” (Allahın Dəlilləri, Sekularizmdən Sonra Dünyada Ağıl və İnancın Uzlaşması) adlı kitabında bu çöküş və çevriliş müddəti ilə əlaqədar belə deyir:

Keçən iki onillikdəki tədqiqatlar daha əvvəlki nəslin sekular və ateist mütəfəkkirlərin Allah haqqındakı bütün fərziyyələrini və uzaqgörənliklərini tərsinə çevirmişdir. (Bəhs etdiyimiz) Müasir mütəfəkkirlər elmin kainatın daha da mexaniki və təsadüfi olduğunu ortaya çıxaracağını zənn etmiş, elm isə əksinə, kainatda ağla sığmaz dərəcədə “böyük dizayn” olduğunu göstərən inanılmayacaq dərəcədə həssas nizamın ölçülərini kəşf etmişdir. Müasir psixoloqlar dinin bir nevroz xəstəliyi olaraq qəbul edilib tərk olunacağını nəzərdə tutmuşlar, ancaq əksinə dini inancların psixi sağlamlığın çox həyati bir hissəsi olmağı empirik (yaşanaraq) bir kəşf olmuşdur…

Bunu çox az sayda adam başa düşüb, amma bu açıq bir həqiqətdir. Elm və din arasında keçən bir əsrlik böyük mübahisənin ardınca bu anda mövqelər tamamilə alt-üst olmuş vəziyyətdədir. Darvinin ardınca Huxley və Russell kimi ateistlər və aqnostiklər həyatın tamamilə təsadüfi və kainatın da radikal şəkildə məqsədsiz olduğunu göstərən bir tezisə söykənirdilər. Çox sayda elm adamı və intellektual hələ də bu cür düşünür. Amma bunu müdafiə etmək üçün getdikcə daha da məntiqsiz yollara yönəlirlər. Bu dövrdə konkret dəlillər çox güclü şəkildə Allah inancını dəstəkləyir.

Elm başda olmaqla, materializmin məruz qaldığı bu böyük məğlubiyyət materializmdən qaynaqlanan postmodern dünya görüşünün də yox olmağa üz tutduğunun əhəmiyyətli nişanəsidir.

Bəzi insanlar postmodernizmin mövcud sistemin səhvlərini və əyriliklərini tənqid edib qınadığını, beləliklə cəmiyyətin yaxşılığına çalışan bir fikir sistemi olduğunu iddia edirlər. Belə bir tənqidin olduğu doğrudur. Ancaq bu insanların göz ardı etdikləri vacib bir həqiqət var. Vacib olan bu səhvləri tənqid etmək deyil, problemi kökündən yox edəcək bir çarə tapmaqdır. Belə ki, postmodernizm tənqid etdiyi bu səhvlər ilə eyni fikri qaynaqdan bəsləndiyi üçün əsla bu problemlərə çarə tapa bilməz. Unudulmamalıdır ki, postmodernizm tərəfindən guya tənqid olunan nöqtələr, müasir dövrün din əxlaqından uzaq olmasının nəticəsidir. Postmodernizm özü də müdafiə etdiyi dindənkənar mədəniyyət ilə problemin bir hissəsidir.

Bu gün dünyanın bir çox ölkəsində din əxlaqından uzaq yaşamağın çətinliyi və əzabları yaşanır. Dindənkənar əxlaqın səbəb olduğu şiddət bir çox cəmiyyəti öz təsiri altına almışdır. Bu həyat tərzi insanları xaosa, böhrana, yoxsulluğa, qaranlığa, döyüşə, qarşıdurmaya, istismara sürükləyən tərzdir. Bu həyat tərzinin meydana gətirdiyi sistem bütün əyrilikləri ilə üzə çıxmışdır. Alimlər və sosyoloqlar postmodern mədəniyyətin yaşadığı xaosu ancaq bu mədəniyyətdən fərqli bir anlayışın ortadan qaldıra biləcəyini müdafiə edirlər.

Bu anlayış isə Allahın insanlara Quranda əmr etdiyi haqq din əxlaqıdır. Quran əxlaqının yaşanması ilə ədalətsizlik, ixtilaf, bərabərsizlik, mübarizə, müharibə, haqsızlıq, israf, təəssüb, zülm, şiddət kimi saysız sosyal problemlərə insanların həyatlarını asan, rahat və xoşbəxt edəcək ən mükəmməl və ən əsaslı çarələr tapılacaq. Quranda hər mövzuda və hər vəziyyətdə göstərilməli olan gözəl reaksiya və ideal əxlaq forması da bildirilmişdir. Quranda təsvir edilən bu üstün əxlaq modelini yaşayan insanlardan ibarət olan cəmiyyət əsrlərdir arzu edilən ideal quruluşa qovuşacaqdır.
(məqalə harun yahya)