8 sonuçtan 1 ile 8 arası

Bu yağış nələr etdi....

  1. #1
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Bu yağış nələr etdi....

    Bu gün ayıldım yuxudan...Yorğun,yuxulu və halsız....Heç bir şey edə bilmədim...Sadəcə pəncərənin qarşısında dolmuş bu havanı izləməklə donub qaldım yerimdə...Bu nə susqunluq, bu nə sakitlik???
    Qorxdum...
    Həm ruhum da,həm varlığın da dağıdıcı külək gətirən belə susqunluq mənə çox yaxşı tanışdır çünki...
    Sıxıldım.
    Çünki bu susqunluq mənə çox şeyi xatırlatdı...Amma o susqunluğun sonu dəhşətli tufanla əvəz olundu....O qasırğanın ortasında duran isə mən idim.Qalan hər şey ətrafımda dövr edirdi.Sevdiklərimdə o axına qoşulmuşdu.Onları da belə narahat gördükcə daha çox sıxıntı dolu qorxu yaşayırdım...
    Sancı...
    Bu ürəyimin mənə çox yaxşı tanış olan xəbərdarlığır.Əvvəllər daha çox döyünürdü o ürək.O döyüntülərdən yorulub sancırdı.Sanki demək istəyirdi ki,”Mənəm günahkar?.Sənə aid olduğuma görə və anladığıma görə günahkar mənəm?.Baş verənlərin hamısının ağırlıq yükünü niyə mənə yükləyirsən?.”Sonra isə susurdu....Yenə də susqunluq........


    Sızıltı...
    Yorğun bir nəğmə kimi səslənirdi həyatımda....İfaçısı naməlum,ifası məlum bir nəğmə...Oxuyanı da ,oxunanı da,oxuduğu da mən də gizli....
    Darıxdım...
    Özünə, həyata, insanlara güvənən o balaca qızın düşüncələri üçün darıxdım... Həyatı da bir müstəvi üzərində görən o sakit, saf,qayğısız uşaq ürəyim üçün darıxdım....
    Bezdim...
    Beynimi ürəyimi çox sıxdığım üçün.Mən olduğum üçün...İnsan da özündən bezərmi???Demək ki,bezərmiş....Mən “mən ”olmaq istəmirəm....
    Ağladım...
    Gözümdə yaş yox idi.İçəridə isə dəhşətli burulğan var idi..Eyni ilə bu gün səhərki hava kimi idi hisslərim...Boğulurdu...Bu qədər buludları necə də sıxıb göydə səssiz saxlaya bilir bu dünya....Bax elə də mən öz hisslərimi boğub saxlayıram...Susdururam...Çünki ağlasa,əgər ürəyini açmağa bir yer tapsa onun tufanının qarşısını ala biməyəcəm....
    Susdum..
    Həmişəki kimi.Gözlərimə,dilimə susmağı öyrətmişəm..Səbr etməyi öyrənmişəm....Artıq gözləməyi bacarıram....Amma beynimə ürəyimi susdura bilmirəm..Və onların təzadları dəhşətli dərəcədə əzab verici olur.Onların bir-birinə qarşı çıxması bu dünyadan bezdirir məni...
    Yoruldum...
    Bu qədər hissi bir anın içində necə də yaşaya bilir insan???Yorulsada yaşamaqdan üz çevirmək istəmir insan....
    Amma mən yorulmuşam....
    Əgər içimdəki bu gurultu,şimşək dolu yağışı üzə çıxara bilsəydim..Mən də aid olduğum dünyaya oxşaya bilsəydim kaş...Çünki bu sakitliyin,susqunluğun arxasında gec-tez bir yağış olacaq...
    Amma mən yaşadıqlarımı çətinki üzə çıxara bilim...
    Oxşaya bilmədim dünyaya....Dəyişə bilmədim özümü...İnsafsız,arsız,düşüncəsiz ola bilmədim...Ona görə də,onlarla tanışla təkəm....
    Bu yağış nələr etdi....

    Bəs bu yağış sizə nəyi xatırlatdı???
    Xatırlamaqdan qorxduğunuz və sizə əzab verən nələr var???
    Bunları bölüşə biləcək qədər güclüsünüz???

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Bu yağış nələr etdi....

    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Bu yağış nələr etdi....

    yazin ucun cox saq ol , bu yazi meni cox uzaqlara apardi .


    Bəs bu yağış sizə nəyi xatırlatdı???
    Xatırlamaqdan qorxduğunuz və sizə əzab verən nələr var???
    Bunları bölüşə biləcək qədər güclüsünüz???

    he xatirlatdi hetda ureyimi goynetdi de

    Artiq hec neden qorxmuram hec ezab bele cekmirem , yeni nedense qorxmaqa ,neyinse alinmadiqina gore ezab cekmeye deymez .

    cox gucluyem ve ne zamansa meni aqladan ,icerimi partladan , sizildadan , indi ozu aqlayir , bu gun o qedrini bilmediyi sevgisi ucun cox uzulur . amma artiq men yoxam ve hec bir zaman da onun ucun olmayacam.

  4. #4
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Bu yağış nələr etdi....

    ANLAMAZ


    Dünyada kef çəkən, həsrət çəkənin,

    Dərdini çöhrədən, üzdən anlamaz.

    Nifrəti qəlbində cəm olan nadan,

    Sevginin varlığın, gözdən anlamaz.





    Aktyor tək yaşayır hərə bir rolda,

    Kimi səhnədədir kimisi kolda,

    Allahın cızdığı müqəddəs yolda,

    Əyridən yapışan, düzdən anlamaz.





    Az deyil həqiqət şərbətin içən,

    Yaxşını, yamandan ayırıb, seçən,

    Şeir fəlsəfədir, hər yoldan keçən,

    Şairin yazdığı, sözdən anlamaz

    Üzülməyə dəyməz
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bu yağış nələr etdi....

    oxuyanda ozunu basqa bir yerde gorursen tesekurler
    [

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Bu yağış nələr etdi....

    HaKKım heLaL,Sewqim haRam oLsun

  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jun 2010
    Mesajlar
    594

    Re: Bu yağış nələr etdi....

    Bəs bu yağış sizə nəyi xatırlatdı???
    Xatırlamaqdan qorxduğunuz və sizə əzab verən nələr var???
    Bunları bölüşə biləcək qədər güclüsünüz???


    Bu yağiş dostlarimi xatirladir hansi ki artiğ yoxdurlar...!
    Onsuz da həyat əzablarla dolu...
    Yağiş yağanda dərdləşirik...Bəli bunlari bölüşəcək qədər güclüyük... Sadəcə dostum odur ,məni başa düşən,mənlə dərdləşən..!Yenə yağiş yağir bizdə...

  8. #8
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Bu yağış nələr etdi....

    Alıntı nauthly_girl Nickli Üyeden Alıntı
    Bəs bu yağış sizə nəyi xatırlatdı???
    Xatırlamaqdan qorxduğunuz və sizə əzab verən nələr var???
    Bunları bölüşə biləcək qədər güclüsünüz???


    Bu yağiş dostlarimi xatirladir hansi ki artiğ yoxdurlar...!
    Onsuz da həyat əzablarla dolu...
    Yağiş yağanda dərdləşirik...Bəli bunlari bölüşəcək qədər güclüyük... Sadəcə dostum odur ,məni başa düşən,mənlə dərdləşən..!Yenə yağiş yağir bizdə...
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.