3 sonuçtan 1 ile 3 arası

Kişilərin sirrli davranışları...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Kişilərin sirrli davranışları...

    Əslində, kişiləri öyrənmək çox asandır. Bir anın içində sirləri açılır.

    O, restoranda nə sifariş edir?

    1.ət və kartoflu yeməkləri birinci seçənlər daimi, etibarlı, güvənli kişilərdir.

    2. əgər qeyri-adi, ekzotik yeməklər axtarırsa, deməli, içdən qaynayan və gözlənilməz hərəkətlər dəlisidir.

    Solaxaydır:

    Deməli, o xüsusi qabiliyyəti ilə seçilir, ürəyi əsl artist ürəyidir.

    Saçları necədir?

    1. Nə qədər çox saçı varsa, bir o qədər özünə güvənəndir. Ola bilər ki, bir az hissiyyatı az olsun.

    2. Gözəl, gur saçları olan kişilər ürəklərindən keçəni istədikləri vaxt əldə etməyə çalışanlardır. Onların qayda-qanununa tabe olmadan birgə yaşamaq mümkün deyil.

    3. Saçı seyrəkdirsə və ya dazlaşmaya meyllidirsə, deməli özünəinamı, güvənci azdır, hissləri sabit deyil.

    Evin neçənci oğludur?

    1. əgər evin ilkidirsə, onda xeyirxah, qayğıkeş və məsuliyyətlidir.

    2. Yox, əgər sonbeşikdirsə, azad, yaradıcı, bir az da şıltaqlığı var.

    3. Orta qardaşdırsa, quş kimi yaralıdır, ürəyi diqqət və nəvaziş istəyir, küsəyəndir.

    Necə danışır?

    1. yavaş səslə, aram danışandırsa, onda onun ailəyə münasibət devizi belədir: yüz ölçmək, bir biçmək. Lal balığın içində çox kaprizlər gizlənib.

    2. Orator, məntiqli və ya sadəcə, yaxşı danışan kişilər enerjilidir. Sizdə xoş təəssürat yaratmaq üçün əldən-ayaqdan gedəcək. Hərdən çox danışıb, sizi də unudacaq.

    Adam arasında necə davranır?
    1. Gəzməyə gedərkən və ya məclisdə olarkən, ətrafınızda pərvanə kimi dolanıb, elə hey qolunuzdan tutub, sizi öz tərəfinə çəkirsə, bu o deməkdir ki, ya o, sizə indidən ya həddinizi göstərir, ya da çox qorxur və ehtiyat edir.

    2. Adam arasında sizə qarşı soyuqqanlı olur, toxunmur; deməli, öz hisslərində əmin deyil, cəmiyyətin fikri sizə olan məhəbbətdən üstündür.
    3. Qoluna tez-tez girməyə icazə vermirsə, əlinizdən tutmursa, onda hələ tam alışmayıb. Ümumiyyətlə, kişinin qadından fiziki baxımdan uzaq durmağı onun qadına qarşı məhəbbətinə şübhə doğurur.

    Gözlərinizə çox baxır:

    1. Deməli, açıqdır, qarşınızda az səhvi var.
    2. əgər onun baxışlarında məhrəmlik, istilik varsa, deməli, sizi istəyir, arzulayır.
    3. Yox, qar kimi soyuq, kəc baxışlıdırsa, o zaman sizin gözünüzün odunu indidən alır.
    4. Gözlərini gizlədirsə, deməli, torbada pişik var.

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    637

    Re: Kişilərin sirrli davranışları...

    çox sirr vermə.
    REALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
    XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)

  3. #3
    Moderlər Deli_UREK - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2008
    Yer
    Latvia Riga
    Mesajlar
    1.485

    Re: Kişilərin sirrli davranışları...

    Melumata gore cox sagol..

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.