Sayfa 1/2 12 SonSon
12 sonuçtan 1 ile 10 arası

Bu gün su çərşənbəsidir

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Bu gün su çərşənbəsidir

    Xalqımızın milli bayramı olan Novruz bayramına bir aydan da az vaxt qalıb.
    Böyük çillədən sonra Novruzun gəlişinin ilk müjdəçilərindən biri çərşənbələrdir. Bayram məhz çərşənbələrdən başlayır. Bu gün birinci - su çərşənbəsidir.
    Novruz bizim diyara su çərşənbəsi ilə qədəm qoyur. Bu ilk çərşənbə buzların əriyib çaylara tökülməsindən, torpağın su içməsindən xəbər verir. Su çərşənbəsi suyun təzələnməsi kimi anlaşıldığından həmin gün bütün mərasimlər su ilə bağlı olur. İnsanlar həmin gün sübh tezdən axar suyun üstünə gedir, üstündən atılır.
    Amma əlbəttə ki, şəhər şəraitində axar suyun üstünə getmək mümkün olmadığından şəhərdə yaşayan insanlar üçün alternativ yol var. Gün çıxmamış durub əl-üzünü su borusundan gələn su ilə yumaq kifayətdir. Bu o deməkdir ki, insanlar yeni suyu qarşılayır, xəstəliklərdən azad olacaqlarına inamla birgə onlarda həyata sevgi, gözəllik, sayğı düşüncələri aşılayır.
    Suya sitayişin davamı kimi axşam tonqalın üstündən hoppanmaq da vacib sayılır. Çərşənbə süfrəsinə gəlincə isə, süfrədə təmiz sudan hazırlanmış pürrəngi çayın olması mütləqdir. İmkanı çatan qədər plov bişirilməli, süfrədə 7 adda nemət olmalıdır. Süfrədə səməninin olması elə də vacib deyil. Səmənini ilk çərşənbəyə yetişəcəyi real olmadığından o, süfrələri daha çox son çərşənbə və bayram günü bəzəməlidir.



    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bu gün su çərşənbəsidir

    Ilk cersenbe munashibeti ile mende her bir kesi tebrik edirem..bu gun iki qat bayramdir
    [

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bu gün su çərşənbəsidir

    Bütün Azərbaycan xalqının təmtaraqlı şəkildə qeyd etdiyi və yandırdığı ilk tonqal su çərşənbəsidir. Su çərşənbəsi qədim zamanlardan “Əzəli” çərşənbə də adlanır. Bəlkə də ilk çərşənbənin su kimi adlandırlıması da təsadüfi deyil. Çünki dünyada, insanların həyatında su öz əvəzedilməz rolunu həmişə qoruyur. Su çərşənbəsi günü səhər açılan zamandan etibarən siz bizim ənənlərimizə sadiq qala bilərsiniz. Yəni səhər üzünüzü yuyanda belə həmin günün sizin üçün uğurlu olması barədə dua edin. Bəzən yaz fəslinin gəlişini xəbər verən bu Novruz bayramı ilin başlanğıcı kimi də təqvimə salınır. Yəni elə məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. Bunu da qeyd etmək yerinə düşərdi ki, su çərşənbəsinin ilk tonqal kimi yandırılması buzların açılması, artıq qışın arxada qalmasının göstəricidsidir. Çünki kiçik çillə artıq öz yerini boz aya verir və havalar atalarımız demişkən "ağara – bozara" düzəlməyə başlayır.

    Su çərşənbəsi günü kənd yerlərində olan qadınlar, qızlar çaya yollanır. Orada çimərək özlərini saflaşdırırlar. Hətta bütün insalar çaya gedərək, yaxud axan suda əllərini, üzlərini yuya bilər və suyun üzərindən atılaraq "ağırlığım – uğurluğum" suya deyə bilərlər. Bu inanca görə onların bütün üzərlərində olan pisliklər həmin suya düşərək məhv olacaqdır və onlar da yeni ilə saf daxil olacaqlar. Su çərşənbəsi stolun üzərində su qoymaq, stolda suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb, tökülərsə həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir. . Hər tonqal yandırılan gün çərşənbəyə düşür və su çərşənbəsində çoxlu sayda “Vəsfihal” adlanan nəğmələr oxunulur.

    Su çərşənbəsində stolun üzərində bir çox şirniyyatlar və yeməklər də qoyulur. Bu hər ilin həmin formada keçməsi üçün əhəmiyyətli rol oynayır. Hətta qadınlar, qızlar su çərşənbəsində birbaşa su ilə bağlı olan fallara da baxırlar. Onlar öz üzüklərini çıxararaq suyun içərisindəki tavaya atır və üzərini də parça ilə örtürlər. Daha sonra isə bayatı deməyə başlayırlar. Hər bayatının sonunda tavadan onun içərisinə baxmayaraq bir üzük çıxarılır və hər çıxan üzük sahibinə verilərək eyni idlə bayatıdakı kimi bir həyatın onu gözləyəcəyi vurğulanır.

    Su çərşənbəsində baxılan fallardan birinə görə stəkana su doldurub, saçınızdan bir tel qopardaraq ona üzük bağlayıb, suya salıb çıxartmaq lazımdır. Əgər sapa bağlanmış üzük stəkanın kənarlarına neçə dəfə dəyib səs çıxarsa siz həmin yaşda evlilik həyatına qədəm qoyacaqsınız. Xatırladaq ki, üzüyün nişan üzüyü olması daha vacib rol oynayır. Bu başqasının da nişan üzüyü ola bilər.

    Bəzən su çərşənbəsi zamanı qadınlar, qızlar gedib, lal axan su dərələrindən su gətirirlər. 2 iynənin arxasına pambıq bağlayıb, suya buraxmaq lazımdır. Əgər iynələr bir tərəfə getsə deməli sevgililər qovuşacaqlar, əgər ayrı dayansalar deməli ümid yoxdur. Bəzi hallarda isə iynə suda batır bu isə lal vəziyyət adlandırılır. Həmçinin xanımların çoxu bir evə toplaşaraq söhbətləşir və əylənirlər. Kişi və oğlanlar isə həyətlərdə tonqal işi ilə məşğul olub, axşamı səbirsizliklə gözləyirlər. Yandırılan tonqallar uşaqlar tərəfindən xüsusi ilə sevilir və seçilir, çünki bütün bayramlarda olduğu kimi Novruzun da gəlişi balacaların həddsiz sevincinə səbəb olur. Hər məhlədə yandırılan tonqal üçün sanki insanlar yarışa girərək, ən hündürün məhz onlara aid olmasını istəyir və bunun üçün əziyyət çəkirlər. Sonra isə həmin tonqalın üzərindən tullanaraq bütün ağırlıqlarını odda yandırıb, gələn ilə xeyirli çıxmağı istəyirlər. Düzdü hələ Novruza çox var, amma onun ilk qədəmləri elə insanlarda yetəri qədər sevinc və ruh yüksəkliyi oyada bilir.

    Qeyd edək ki, su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq nişanı kimi vurğulanır, həmçinin övladı olmayan bir qadının başından bu günü qırxaçar qabla su töksən onun övladı dünyaya gələ bilər. Deməli su çərşənbəsi günü hamının həyətində tonqal qalanır və bayram əhval ruhiyyəsinin yaxınlaşdığı nəzərə çatdırılır. Həmin günü insanların bir – birinin üzərinə su atması və yaxud su çiləməsi də uğura işarədir.

    Əlbəttə bu edilən işlərin hamısı qədim inanclara əsasən yerinə yetirilir. Ancaq unutmaq lazım deyil ki, su şəffaflıq, aydınlıq və təmizlik deməkdir. İlk öncə isə suyun həyat mənbəyi olduğunu heç vaxt yaddan çıxarmaq olmaz
    [

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bu gün su çərşənbəsidir

    [img]http://api.ning.com/files/CPJRP2T-W*AwPij3dbAzO76vf9EX8wq1SVWvuU6u8TeVYHAcpznpRKqL22-vCCQhXtLpPdIE*ac5B76HnaCX99WaiuohKkci/novruz_bayram_14.jpg[/img]
    [

  5. #5
    Member
    Üyelik tarihi
    Nov 2009
    Mesajlar
    89

    Re: Bu gün su çərşənbəsidir

    ELAA SENINDE SU CERSHENBEN MUBAREK OLSUN ALLAH UREYINDEKI ARZULARINA CATDIRSIN SENI AMINNN AMMA O SEKERBURALAR PAXLAVALAR YAMAN GESENGDIR LAP YEMEYIM GELDI HAMINIZIN SU CERSENBESI SU KIMI AYDIN OLSUN AMINNNN ICINDEDE BIZLER

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bu gün su çərşənbəsidir

    Sen Gel Bayrama Teskil edek Sekerburaninda Qogalida ..o qeder yeyeceksenki olcaqsan topus
    [

  7. #7
    Member
    Üyelik tarihi
    Feb 2010
    Mesajlar
    85

    Re: Bu gün su çərşənbəsidir

    Bu gun su cershenbesidi.amma hec xeberim bele olmayib.mene de catda dediler.Haminizin bayrami mubbuuusss

  8. #8
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    Türkiye
    Mesajlar
    2.269

    Re: Bu gün su çərşənbəsidir

    ben ilk defa duyuyorum bu bayramı
    Herkesin bayramını tebrik ederim
    HaKKım heLaL,Sewqim haRam oLsun

  9. #9
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Bu gün su çərşənbəsidir

    Ooo ne yaxsi bu gun ancaq bayramlardiki qoy hemise bayramlar olsun AMIN..Cersenbenizde mubarekk qoy her zaman islerimiz su kimi aydin ve seffaf olsun AMIN..... MART AYIN ONA GORE SEVIREMDEEE BAYRAMLARDI

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bu gün su çərşənbəsidir

    mart geldi derd geldi
    [

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.