4 sonuçtan 1 ile 4 arası

Darıxmışam

  1. #1
    Member
    Üyelik tarihi
    Jul 2007
    Yer
    Gence, Azerbaycan.
    Mesajlar
    46

    Darıxmışam

    Darıxmışam

    Mənə sənin eşqin, qəlbin gərəkdir,
    Ürək tellərimi çəksin tarıma.
    Könül nə arzular, bilirsənmi heç?
    Əllərim toxunsun qoy saçlarına.

    Görünür razısan öz taleyindən,
    Məni nə zamandır soraqlamırsan?!
    Sənsiz saçlarıma qonub xeyli dən,
    Ömür kitabımı varaqlamırsan.

    Sənsiz sevinmərəm, sənsiz gülmərəm,
    Qəlbim bir quruyan dənizdir indi.
    Səni özgəsindən ala bilmərəm,
    Səadət hamıya əzizdir indi.

    Məni qəmli görsən əgər yollarda,
    Bil ki, bu qəm sənin, kədər sənindir.
    Mənim fikrim harda, səninki harda,
    Günlərim keçsə də hədər sənindir.

    Məndən əbəs yerə qaçırsan, əbəs,
    Keçirsən yanımdan səssiz-səmirsiz.
    Qəlbini sıxırmı mülayim bir səs,
    "Bir zaman sevmişik, sevilmişik biz"








    Ayrılıq nəğməsi
    Yenə qəm dumanı bürüyür məni
    Başına qar yağmış o dağlar kimi
    Sənsiz gecələr də üşüdür məni
    Donunu soyunmuş budaqlar kimi.

    Vəfalı dost sözü dadıma çatır,
    Ayrılıq nəğməsi qəlbəhüzn qatır,
    Ağaran saçlarım günbəgün artır
    Payızda saralan yarpaqlar kimi.

    Sönüb eşqimizin odu, ocağı,
    İndi buza dönüb yataq otağı.
    Sənsiz yetiməm mən, ana qucağı
    Əlindən alınmış uşaqlar kimi.

    Nakam sevgimizi yaşayacağam,
    Səni sevəcəyəm nə qədər sağam.
    Qara gözlərinə her an möhtacam
    Yayda kölgə salan qovaqlar kimi.











    GÖRÜŞ
    Biz ki,unutmuşduq ilk məhəbbəti,
    Ah,bu qəfil görüş kaş olmayaydı!
    Mənim gözlərimdə eşqin həsrəti,
    Sənin gözlərində yaş olmayaydı!

    Mən də bəxtiyaram,sən də bəxtiyar,
    Bəs bu həsrət nədir, --bu məlal nədir?
    Saxlama qoy gedim,
    gözləyənim var,
    Gedimmi?
    Bir "hə" de, o sual nədir?

    Dayanma qarşımda günahkar kimi,
    Mən ki, günahını bağışlamışam.
    Hələ qəlbi geniş adamlar kimi
    Sənin toyunu da alqışlamışam.

    Bil ki, sevgilimdən sənə salam var,
    İstəsən ərinlə qonaq gəl bizə.
    Mənim ciyərparam bircə balam var,
    Açar qapımızı əlbəəl sizə.

    Niyə zilləmisən gözlərini sən?
    Mənə əvvəlki tək baxma,amandır!
    Mən ki, əl çəkmişəm məhəbbətimdən,
    Qəlbimi odlara yaxma,amandır!

    Peşiman olmağın nədir əlacı?
    Yüz fikir bir borcu ödəməz indi.
    Mən sənə qardaşam, sən mənə bacı,
    İlk eşqə tapmısan bir əlac indi.
    Yanmasın, ulduzum tez yanıb sönsə,
    Vədəsiz şadlığı istəmərəm mən.
    Özgənin eşqinə göz dikməkdənsə,
    Həsrətin qoynunda can verərəm mən.
    Sevcin, əziləyin, bir-birinizi,
    Ayrılıq diləsəm dilim lal olsun.
    Qolboyun, mehriban görəndə sizi
    Mənim şair könlüm qoy xoşhal olsun.

    Şirin söz eşitsəm dodağınızdan,
    Bilin ki, sədası ürəyimdədir.
    Gəlsə körpə səsi otağınızdan,
    Hər xeyir-duası ürəyimdədir.

    Pozmaram bir evin birliyini mən,
    Görsəm ev yıxılır,gedib quraram.
    Əl əldən soyusa, ürək ürəkdən,
    Sizi eşqinizə qovuşduraram.

    Gəl nə peşiman ol,nə qəlbini sıx,
    Çətindir o günə qayıtmaq, çətin.
    Əvvəli sevincdir, sonu ayrılıq, --
    Taleyi gətirmir ilk məhəbbətin.

    Qoy bu ürək sözüm getməsin hədər:
    Məni sevirsənsə ismətini sev.
    Mən öz sevgilimi sevdiyim qədər,
    Sən də öz ərini qismətini sev!

    Biz ki,unutmuşduq ilk məhəbbəti,
    Ah,bu qəfil görüş kaş olmayaydi!
    Mənim gözlərimdə eşqin həsrəti,
    Sənin gözlərində yaş olmayaydı..






    SEVƏ SEVƏ AYRILAQ
    Biz xoşbəxt olmadıq sevənlər kimi,
    İndi sonbahartək sızlar qəlbimiz
    Bəlkə bu dünyaya gəlmişik gülüm
    Artıraq dünyanın həsrətini biz.

    Tənə də,gileydə daha əbəsdir
    Bu sirli röyadan ayrılaq gərək
    Ya sən gecikmisən,ya mən tələsdim
    İndi sevə-sevə ayrılaq gərək.

    Könül gizli-gizli yanacaq indi
    Bir damla göz yaşın dənizdi mənə
    Bizə xatirələr qalacaq indi
    Sənin xatirəndə əzizdi mənə.

    Bilirəm, bu həsrət üzəcək səni
    Çalış ki, sürünməyəsən
    Gözlərim hər zaman gəzəcək səni
    Çalış gözlərimə görünməyəsən.....

    Bir hissin altında döyünür ürək
    Səni düşünür səndən xəbərsiz,
    Kaşki biləydim səndə mənim tək,
    Məni düşünürsən mənnən xəbərsiz
    Hormetle, Mirkazim Hüseynov!

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Oct 2007
    Yer
    Sankt-Peterburq, Rusiya..Azəriyəm
    Mesajlar
    845
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089
    super siirlerdi,sonuncu daha ck beyendim.tesekkurler...
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    BAKI / AZERBAYCAN
    Mesajlar
    129
    cox sag ol ellerin var olsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.