Re: Her gelen bir şer yazın
Lap yuxudan duran kimi yoruluram, İlahi.
Tüstü kimi duman kimi, lal oluram, İlahi.
İyrənirəm hər sözdən, hər kəlmədən
Lap balamın oxuduğu nəğmədən.
Bir sözə də daha dil bulamaq istəmirəm,
Yalquzağa dönsəm də, ulamaq istəmirəm,
Dadı qaçıb şerin-sözün,
Daha məni dinləndirən sözüm yox ,
Adamlarla danışmağa həvəsim,
Allah-la da danışmağa üzüm yox.
Ah çəkirəm, gülür ahım, bu "ah" mənə inanmır
Deyəsən, çoxdu günahım, Allah mənə inanmır..
Kim kimə inanır axı?!..
Adam dərddən ölsə də,
Ağlar gözdən öpən çətin tapıla.
Lap mələklər göydən üçüb gəlsə də,
Bir ovuc dən səpən çətin tapıla.
Mənim də bəxtimə bu vətən düşüb;
Havayı açılmır çiçəkləri də
Allahı yorulub, taqətdən düşüb,
Bir az şorgözləşib mələkləri də.
Susmuşam, tərpənməz bu dil, bu dodaq
Mən daha lalam, lal- bu yer üzündə.
Məni korlar görər dünyada ancaq,
Məni karlar qanar bu yer üzündə.
Məni səndən özgə kim dindirər, kim?!
- İlahi, özümdən Sənəcən lalam.
Bir quş qanadında göndərəcəyin
Bir təzə məzhəbə, dinəcən lalam
Mənə torpaq dili, daş dili öyrət,
Bəlkə öz qəbrimdə dillənə billəm
İlahi, sən mənə quş dili öyrət
Uçmağı özüm də öyrənə billəm...
Re: Her gelen bir şer yazın
Alıntı:
Xeyallarim Nickli Üyeden Alıntı
Lap yuxudan duran kimi yoruluram, İlahi.
Tüstü kimi duman kimi, lal oluram, İlahi.
İyrənirəm hər sözdən, hər kəlmədən
Lap balamın oxuduğu nəğmədən.
Bir sözə də daha dil bulamaq istəmirəm,
Yalquzağa dönsəm də, ulamaq istəmirəm,
Dadı qaçıb şerin-sözün,
Daha məni dinləndirən sözüm yox ,
Adamlarla danışmağa həvəsim,
Allah-la da danışmağa üzüm yox.
Ah çəkirəm, gülür ahım, bu "ah" mənə inanmır
Deyəsən, çoxdu günahım, Allah mənə inanmır..
Kim kimə inanır axı?!..
Adam dərddən ölsə də,
Ağlar gözdən öpən çətin tapıla.
Lap mələklər göydən üçüb gəlsə də,
Bir ovuc dən səpən çətin tapıla.
Mənim də bəxtimə bu vətən düşüb;
Havayı açılmır çiçəkləri də
Allahı yorulub, taqətdən düşüb,
Bir az şorgözləşib mələkləri də.
Susmuşam, tərpənməz bu dil, bu dodaq
Mən daha lalam, lal- bu yer üzündə.
Məni korlar görər dünyada ancaq,
Məni karlar qanar bu yer üzündə.
Məni səndən özgə kim dindirər, kim?!
- İlahi, özümdən Sənəcən lalam.
Bir quş qanadında göndərəcəyin
Bir təzə məzhəbə, dinəcən lalam
Mənə torpaq dili, daş dili öyrət,
Bəlkə öz qəbrimdə dillənə billəm
İlahi, sən mənə quş dili öyrət
Uçmağı özüm də öyrənə billəm...
super.... bunu müəllifi kimdir? ::yerivar::
Re: Her gelen bir şer yazın
Alıntı:
super.... bunu müəllifi kimdir? ::yerivar::
Ramiz Rovwen
Re: Her gelen bir şer yazın
onda bir daha super. ::yerivar::
Re: Her gelen bir şer yazın
Gəl gəl a yay günləri
İlin gözəl günləri
Kücədə ərit qarları....
Caylar daşmasın aman
Sular basmasın aman...
Cimərlkilər acılsın
Sevincimiz sacılsınnnnn :D
(Sabir indi qebrində dönüb durur yeqin.Ne hala saldı şerimi deyə :Dbağışla )
Re: Her gelen bir şer yazın
Hələ yaşamağım möcüzədir lap,
İnana bilmirəm mən həyatdayam.
Həyat bir oyundur, mənsə oyunçu,
Hələ bu oyunda ehtiyatdayam.
Bir gün çin çıxacaq yuxum ölümlə,
Vaxt gələr olaram qohum ölümlə,
Qaç-tutdu oynayır ruhum ölümlə,
Əzrayıl əmiylə zarafatdayam.
Qulağım eşitmir, dilim danışmır,
Bəxtim küsəyəndir, küsür barışmır,
Cənnətə düşməyə pulum çatışmır,
Mən ki, cəhənnəmdə qeydiyyatdayam.
Q.Necefzade
Re: Her gelen bir şer yazın
Bilmelisin ki…
Bilmelisin ki… Bilmelisin ki …
Duvarda asılı diplomalar insanı insan yapmaya yetmez.
Bilmelisin ki …
Aşk kelimesi ne kadar çok kullanılırsa,
anlam yükü o kadar azalır.
Bilmelisin ki …
Karsındakini kırmamak ve inançlarını savunmak arasında
çizginin nereden geçtiğini bulmak zor.
Bilmelisin ki …
Gerçek arkadaşlar arasına mesafe girmez.
Gerçek aşkların da!
Bilmelisin ki …
Tecübenin kaç yasgünü partisi yaşadığınızla ilgisi
yok,
ne tür deneyimler yaşadığınızla var.
Bilmelisin ki …
Aile hep insanın yanında olmuyor.
Akrabanız olmayan insanlardan ilgi,sevgi ve güven
öğrenebiliyorsunuz.
Aile her zaman biyolojik değil
Bilmelisin ki …
Ne kadar yakın olursa olsunlar en iyi arkadaşlar da
ara sıra üzebilir. Onları affetmek gerekir.
Bilmelisin ki …
Bazen başkalarını affetmek yetmiyor.
Bazen insanın kendisini affedebilmesi gerekiyor.
Bilmelisin ki …
Yüreğiniz ne kadar kan ağlarsa ağlasın dünya sizin
için dönmesini durdurmuyor.
Bilmelisin ki …
Şartlar ve olaylar, kim olduğumuzu etkilemiş olabilir.
Ama ne olduğumuzdan kendimiz sorumluyuz
Bilmelisin ki …
İki kişi münakaşa ediyorsa, bu birbirlerini
sevmedikleri anlamına gelmez. Etmemeleri de sevdikleri
anlamına gelmez.
Bilmelisin ki …
Her problem kendi içinde bir fırsat saklar.
Ve problem, fırsatın yanında cüce kalır.
Bilmelisin ki …
sevgiyi çabuk kaybediyorsun, pişmanlığın uzun yıllar
sürüyor.
Can Yücel ..
Re: Her gelen bir şer yazın
Re: Her gelen bir şer yazın
Dünyanın sən olan yeri.
Boşaldı dünyanın sən olan yeri...
Dünyanın
sən olan yerindən indi
Tozlana-tozlana maşınlar keçir,
Nazlana-nazlana xanımlar keçir,
Cavanlar keçir
tüpürüb siqaret kötüklərini.
Dünyanın sən olan yerindən ancaq
mən keçə bilmirəm.
Baş alıb qaçaram gecələr ilə,
Uzun yollar ilə küçələr ilə,
Dünyanın sən olan yerindən elə
baş alıb qaçaram qaça bilmirəm.
Yenə də açılar səhər qəfildən,
yenə də sökülər qızıl dan yeri.
Bütün yer üzünün hər tərəfindən
görünər dünyanın sən olan yeri.
Dünyanın sən olan yerində bir gün
yağış yağacaq.
Gecə köynəyində ürkək-utancaq,
çıxarsan eşiyə gözlərsən məni,
üşüyə-üşüyə gözlərsən məni.
Qoşulub ağlarsan
yağan yağışa.
Əlimdən nə gəlir?...
Məni bağışla!..
...Nə sən kiriyirsən, nə yağış kəsir,
yağışa qarışıb axarsan, kiri.
Ağlaya-ağlaya bu yaz gecəsi
əriyib yağışa çıxarsan, kiri.
Baxdıqca qorxuram
yağan yağışa.
Ağlaya bilmirəm...
Məni bağışla! Ramiz rovsen
:cry:
Re: Her gelen bir şer yazın
Axtaracaqsan
Sən gətirdin ayrılığı ömrümə
Sən bəxş etdin bu həsrəti könlümə
Məni atsan belə düşüb tilsimə
Hər yerdə bil məni axtaracaqsan
Bir yelkənə dönüb sonsuz dəryada
Yuxuna gələcəm yatsan röyada
Məni gəzəcəksən hər an xəyalda
Xülyanda sən məni axtaracaqsan
Nədən ayrıldıq biz bir düşün özün
Nədən kədərlərə qərq olub üzün
İtmiş qismətini gəzəcək gözün
Talendə sən məni axtaracaqsan
Qəmli olacaqsan sən güləndə də
Kövrək dinəcəksən sən dinəndə də
Nişana şadlığa sən gedəndə də
Məclisdə tək məni axtaracaqsan
Olmayacam o zaman yanında sənin
Qəlbində ruhunda canında sənin
Başqası əlindən tutanda sənin
Mənim əllərimi axtaracaqsan ..