Re: Her gelen bir şer yazın
ÇÖRƏK – VƏTƏN
Əynində «cinsi» şalvar,
Belində enli kəmər,
Saçı çiyinlərində
Döşündə emblemlər,
Firmenli bir türk ilə
Mən danışdım ərk ilə:
- Burda çörək tapmısan, bəs səadət, bəs Vətən?
Çörək səadət deyil, unutdunmu bunu sən?
Üç il,
Beş il,
Nə zaman,
Dönəcəksən Vətənə?
- Harda qarnım toxdursa, ora Vətəndir mənə,-
Deyə qəhqəhə çəkdi.
O bu qəhqəsilə üzümə şillə çəkdi.
Bir qarınlıq çörəkçün sən unutdun hər şeyi,
Sən çörəyə bağladın, taleyini, baxtını,
Bəs Vətənin taleyi?
Bəs onu kim düşünsün?
Vətən düşmənlərinin qanını tökmək üçün,
Kimin kini, qəzəbi,
Yanıb gülləyə dönsün?
Burda çörək tapmısan,
bəs səadət,
bəs Vətən?
Çörək səadət deyil; unutdunmu bunu sən?
Səadət - Vətən demək!
O, Vətənə bağlıdır,
Elin qəlbi dağlısa, sənin qəlbin dağlıdır.
Bəs hər zülmə, cəfaya nəcə dayanmış baban?
Ellə gələn yası da toy-bayram sanmış baban.
Elsiz bir səadəti səadət bilməmişlər.
Unutma,
«El içində - öl içində» -
demişlər.
Vətən – namus,
namusu
itə atsan it yeməz.
Yal üçün zingildəyər, namusu zingildəməz.
Sən insansan!
Namusun, el qeyrətin hanı bəs?
Namusu ələf kimi gövşəmə!..
o, yeyilməz!
Bir parçacıq çörəkçün hamı qaçsın Vətəndən
Bəs Vətəndə kim olsun?
Kədərindən qaçdığın,
Sabahkı sevincinə uzaqdan əl açdığın,
O su, hava,
o tarpaq,
Qoy sənə qənim olsun!
Harda qarnım tox isə, ora Vətəndir» - dedin.
Sən Vətəni çörəyə necə qurban elədin?
Burda çörək qazanıb özünü də itirdin.
Bığ dalınca gəlirkən, saqqalı müftə verdin.
Qürbətdə çorəyin var,
ürəyin yoxdur sənin.
Anasız bir uşaqsan,
Qıvrıl yat,
dinmə!
Qəlbin
oyuq-oyuqdur sənin!
Çörəyin var,
Bəs hanı, saçına sığal çəkən,
Vətənin küləkləri?
Səni sərməst eyləyən gülləri, çiçəkləri?
Hanı Vətən havası?
Hanı ana laylası?..
Vətən yanız çörəkmi?
Bəs bunlar?
bunlar hanı?
Bır parçacıq çörəyə satarlarmı ananı?
B. VAHABZEDE
Re: Her gelen bir şer yazın
*
Hayatın Neresinde
Hayatın neresinde olduğunu bilmeli insan
Ne çok ilerisini düşünmeli
Ne geçmişle vakit kaybetmeli...
Hayatın neresinde olduğunu bilmeli insan
Ne her şeyi kabullenmeli
Ne de reddetmeli..
Bulunduğu noktayı keşfetmeli, dengeyi iyi kurmalı
Ne gösterilen yoldan sapmalı
Ne de sadece o yolda olmalı...
Re: Her gelen bir şer yazın
KÖNÜL VERƏN GÜN
Qırdın iradəmi,dəyanətimi,
Apardın özünlə səadətimi.
Qəlbimdə dəfn etdim məhəbbətimi,
Sən başqa birinə könül verən gün.
Səs verdim səsimə gələn olmadı,
Ağrımı,acımı bilən olmadı.
Gözümün yaşını silən olmadı,
Sən başqa birinə könül verən gün.
İndi özgə birinə şəkərsən,balsan,
Bizim saf sevdimiz bəs kimə qalsın?
Allaha yalvardım canımı alsın,
Sən başqa birinə könül verən gün.