Bir gun bir nenenen baba otururlar sohbet edirler nece gizli gorusmeylerinden. nene deyirki ay kisi gel o anlari birde yada salaqda. baba deyir yaxsi/baba hemise gorusduyleri yere gedir neneyede deyirki gelersen. baba gozluyur saat 6 olur nene gelmir saat 9 olur 12 olur nene yenede gelmir.baba esebi halda :mad: deyir ay arvad harda qalmisan seni gozlemekden bezdime. nene ne dese yaqxsidi. deyir ay kisi evdekiler qoybadilarda. :D
Lətifələr
Printable View
-
01-21-2010, 10:23 PMTutu20Re: Lətifələr
-
01-21-2010, 11:09 PMAgLaYaN_BuLuDRe: Lətifələr
Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir:
-Bu nə eybəcər adamdır!
Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb gülür.
Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
-Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir:
-Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf…:) -
01-21-2010, 11:13 PMAgLaYaN_BuLuDRe: Lətifələr
Hacı dayının bir xoruzu vardı. Hər axşam camaat əkin-bikinnən evə dönəndə kişi bu xoruzu tutub var səsiylə qışqırırdı.
-Ay uşaq, habra bir bıçah gətir, xoruzun başını üzüm.
Sonra da xoruzu hinə buraxırdı.
Bir gün arvadı ondan soruşur ki, kişi, bu nə oyundu çıxarırsan?
Hacı dayı deyir:
-Qoy elə bilsinlər, hər axşam xoruz kəsif yeyirik. Yansınnar.:)
Adətə görə, gəlin ər evində böyüklərlə kəlmə kəsməzmiş. Bir gün qaynatası onlan soruşur:
-Axırı qızımın uşağı oldumu?
Gəlin başı ilə «hə» işarəsi verir.
- Oğlan oldu, yoxsa qız?
Sözlə deməyi bacarmayan gəlin əlindəki qazanı yerə qoyur, sol əlini meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıyla göstərir ki, beləsindən olub.
Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə, nə qədər istiyir ki, qaçsın ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca.
Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca. Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə.
Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun, çıxıb getsin, sonra o da düşüb evinə yollanar.
Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur. Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir:
-Qanacağaa maşallah, dədən evində qalsın. Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə.
Ayı bu qəfil səsdən diksinir, ayağının altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür.
Hacı dayı ağacdan düşüb onun dərisini soyur, çiyninə atıb evinə gətirir.
Sonralar ayının dərisini hamıya göstərib deyirmiş ki, görən kimi üstünə cumdum, boğazınnan yapışıb boğdum. Amma dəymiş armud görəndə meyvənin sarılığı üzünə keçirdi. -
01-23-2010, 12:47 PMPOWER_RANGERSRe: Lətifələr
1.Şagird: Müəllim söhbət sizdən gedirsə DO-dan sonra NUZ gəlir.
2.Bir kişi yolnan gedir, birdən dərin bir quyuya düşür. Nə qədər eləyir çıxa bilmir, nə qədər eləyirçıixa bilmir, axırda öz-özünə deyir: -Bu dəfə də çıxa bilməsəm çıxıb gedəcəm evə.
3.Bir gün kişi evə sərxoş halda gılir. Arvad qaplnl açanda üst - basının toz - torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kişi, qonşularln yanlnda biyabir olduq. Kisi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz! Arvad: Necə? Kişi:Çünki, sürünə - sürünə gəlmişəm
4.Bir gün bir tələbə yol ilə gedərkən imtahanda ona iki verən müəllim ilə rastlaslr. Tələbə: Salam müəllim Müəllim: Men axmaqlarla salamlaşmıram Tələbə: Təsəvvür edirsiz mən isə ancaq axmaqlarla salamlaşıram.
5. Pomidor mədədə oturub. Birdən mədəyə yeni nəsə tökülür. O sorusur: - Sən kimsən? -Mən arağam. -Səni kimin şərəfinə içdilər? -Əhmədağanın! Bir azdan yenə mədəyə araq təşrif buyurur. Pomidor yenə soruşur: -Adə, yenə sən? -Hə, nolubki? -Zəhrimar olub. Yenə səni kimin şərəfinə içdilər? -Əhmədağanın! Pomidor bu dəfə dözmür: -Əşi, çıxım görüm kimdi ki bu hörmətli Əhmədağa?!
6. Qaranlıq tində: -Adə, sən buralarda slucayni polis-zad görmədin? -Yo-o-ox, nədirki? -Onda davay pullari ver
7. Bir dost digərinə: -Sənin ayaqqabılarının biri niyə ag, o biri qaradir? -Bilmirəm, evdəki də belədir
8. Üç ayı öz mağarasına qayıdır. Ata ayı: -Kim mənim boşqabımdakı supu yeyib? Bala ayı: - Kim mənim boşqabımdakı supu yeyib? Ana ayı: -Sakitləşin, bugün mən sup bişirməmişəm
9. Tarix dərsi. Müəllim: -Uşaqlar, bugün biz kecmişləri təkrarlayacağıq, Lalə, dur Amilə bir sual ver görüm. Lalə: -1812-ci ildəki dava neçənci ildə olub?
10. Səfərqulu əlində qəzet qışqırır: -Fantastika, maraqlı xəbərlər. 99 adam aldadılıb!!! Bir kişi maraqlanır, qəzeti alır. Usaq bir az kənarlaşır, yenidən qışqırır: -Fantastika, şok xəbər. 100 nəfər aldadılıb!!!
11. Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır: -Bu nədi? Sənə nə olub? -Başa düşürsən,ana, hər gecə saat 2-də mən sinif yoldaslarımdan birinin evinə zəng vurub soruşurdum:”Tapın görüm mən kiməm?” -Nə olsun ki? -Heeeç . Bu gün biri tapdı.
12. Teatrın qarderobunda paltolarını alarkən arvad kişiyə hirslə: -A kişi başın xarab olub, heç qarderobcuya da 2 manat verərlər?! Kişi sakitce; -Ay arvad, dinmə görək bax gör o mənə nə cür şuba verib
13. Mağaza sahibi kolleqasından soruşur: -Hə, nə oldu, sənin qəzetdə qarovulçu axdarmaq barədə elanın nə nəticı Verdi? -Əla oldu. Dünən mağazamı yardılar.
14. Müəllim: -Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz? -Çünki o, ev tapşırığını düzgün yazmamışdı. -Bu axı onu döyməyə bəhanə deyil. -Axı biz hamımız ondan köçürrmüşdük
[ -
01-23-2010, 01:16 PMAgLaYaN_BuLuDRe: Lətifələr
:D :D
-
01-23-2010, 02:08 PMAgLaYaN_BuLuDRe: Lətifələr
Vəli, sən yenə də qonşu Həsən dayının başına kərpic atmısan ?!
- Bir də eləməyəcəm..
- Daha bir dəfəyə ehtiyacı yoxdu onsuz da..
*****
- Ana, mən bu gün 5 milçək öldürmüşəm.3 – ü dişi idi, 2-si erkək.
- Əhsən..Cinsiyyətlərini necə müəyyənləşdirdin bəs?
- 2-si pivə butulkasının ağzında oturmuşdu, 3-ü isə güzgünün üstündə..
*****
Ana oğluna :
- Niyə suyun içindəsən ?
- Vəliynən it oyunu oynayırdıq..
- Nə dəxli var ?
- Heç..Mən ağac idim...
- Anacan, bu gün direktor məndən soruşdu ki bacım və ya qardaşım var ?!
- Sən nə cavab verdin ?
- Dedim ki ailədə tək uşağam.
- O nə dedi ?
- Dedi ki “Şükür Allaha”
*****
- Anacan bilirsən, mən avtobusda bir xalanın ayağını tapdaladım və üzr istədim. O isə əvəzində mənə konfet verdi..
- Təşəkkür elədinmi oğlum ?!
- Yox, o biri ayağını da tapdaladım..
*****
2 tələbə sessiya qabağı:
- Nə oxuyursan ?
- Kvant nəzəriyyəsini.
- Bəs kitabı niyə baş – ayaq tutmusan ?
- Nə fərqi var...
Müəllim :
- Sabah baban məktəbə gəlsin !
- Siz yəqin atam demək istədiniz müəllim?
- Yox, baban gəlsin. Ona oğlu sənin ev tapşırıqlarını həll edərkən necə səhvlər elədiyini göstərmək istəyirəm.
*****
Biri zavoda işə düzəlir..Səhərisi gün xəstəxanaya düşür..Onu yoluxmağa gələn dostu soruşur:
- Nə oldu? Niyə bu günə qalmısan ?
- Heç..Girdim sexə, fəhlə yoldaşıma qışqırdım ki, Məmməd, 27-nin açarını at mənə..
- ???
- Əşşi, bilsəydim ki orda o qədər Məmməd var...
*****
Bir qız falçının yanına gəlib deyir:
- Məni 2 oğlan sevir..Deyin görüm hansının bəxti gətirəcək??
Falçı kartları açır, sonra isə diqqətlə qıza baxaraq deyir :
- Səmədin bəxti gətirəcək..Səninlə Elşən evlənəcək... -
01-23-2010, 04:24 PMje_demeureRe: Lətifələr
:D
-
01-24-2010, 12:35 AMMLLRe: Lətifələr
AXSAM VAXTI GULMEKDEN UREYIM GETDI))))))))))))))))))))))))))))))))
LETIFELERE GORE :alqis: -
01-25-2010, 01:20 AMzeynalov_Re: Lətifələr
:D :D
-
01-25-2010, 09:30 AMPOWER_RANGERSRe: Lətifələr
Yol polisi bir nəfər sürücünü saxalayır.Bu surucudə Şəkidən olur.
Polis deyir:Sən pavarotniki sola yandırdın amma sağa döndün.
Sürücü:Ay sənin canuvu yiyim,mən maşının içində pavarotnik bayırda görməmişəm.
