Bir gun bir nenenen baba otururlar sohbet edirler nece gizli gorusmeylerinden. nene deyirki ay kisi gel o anlari birde yada salaqda. baba deyir yaxsi/baba hemise gorusduyleri yere gedir neneyede deyirki gelersen. baba gozluyur saat 6 olur nene gelmir saat 9 olur 12 olur nene yenede gelmir.baba esebi halda :mad: deyir ay arvad harda qalmisan seni gozlemekden bezdime. nene ne dese yaqxsidi. deyir ay kisi evdekiler qoybadilarda. :D
Lətifələr
Printable View
-
01-21-2010, 10:23 PMTutu20Re: Lətifələr
-
01-21-2010, 11:09 PMAgLaYaN_BuLuDRe: Lətifələr
Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir:
-Bu nə eybəcər adamdır!
Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb gülür.
Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
-Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir:
-Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf…:) -
01-21-2010, 11:13 PMAgLaYaN_BuLuDRe: Lətifələr
Hacı dayının bir xoruzu vardı. Hər axşam camaat əkin-bikinnən evə dönəndə kişi bu xoruzu tutub var səsiylə qışqırırdı.
-Ay uşaq, habra bir bıçah gətir, xoruzun başını üzüm.
Sonra da xoruzu hinə buraxırdı.
Bir gün arvadı ondan soruşur ki, kişi, bu nə oyundu çıxarırsan?
Hacı dayı deyir:
-Qoy elə bilsinlər, hər axşam xoruz kəsif yeyirik. Yansınnar.:)
Adətə görə, gəlin ər evində böyüklərlə kəlmə kəsməzmiş. Bir gün qaynatası onlan soruşur:
-Axırı qızımın uşağı oldumu?
Gəlin başı ilə «hə» işarəsi verir.
- Oğlan oldu, yoxsa qız?
Sözlə deməyi bacarmayan gəlin əlindəki qazanı yerə qoyur, sol əlini meyzərinin ətəyinə qədər sallayır, sağ əlinin üç barmağıyla göstərir ki, beləsindən olub.
Hacı dayı meşədə odun doğrayırmış, bir də görür ki, bir yekə ayı başını aşağı salıb nərildəyə-nərildəyə gəlir. Kişi qorxudan özünü itirir, əl-ayağı başlayır əsməyə, nə qədər istiyir ki, qaçsın ayaqları sözünə baxmır. Hançandan-haçana özünü ələ alıb çıxır ağaca.
Ayı da gəlib dırmaşır həmin ağaca. Hacı dayı qalxır bir az da yuxarı, ayı da onun dalınca. Kişi ağacın lap təpəsinə çatanda görür ki, ayı ondan bir az aralıda dayanıb başlayır armud yeməyə.
Hacı dayı gözləyir ki, ayı armudu yeyib doysun, çıxıb getsin, sonra o da düşüb evinə yollanar.
Bu ara ayı bir dəymiş armudu budaqdan qopardıb Hacı dayıya doğru tutur. Kişi elə bilir allahın heyvanı səxavət göstərib ona meyvə vermək istəyir. Bərkdən deyir:
-Qanacağaa maşallah, dədən evində qalsın. Höylə mərfət sahibisən, yolumnan qaç, düşüm gedim öyümə.
Ayı bu qəfil səsdən diksinir, ayağının altındakı budaq sınır, guppultu ilə yerə diyirlənib ölür.
Hacı dayı ağacdan düşüb onun dərisini soyur, çiyninə atıb evinə gətirir.
Sonralar ayının dərisini hamıya göstərib deyirmiş ki, görən kimi üstünə cumdum, boğazınnan yapışıb boğdum. Amma dəymiş armud görəndə meyvənin sarılığı üzünə keçirdi. -
01-23-2010, 12:47 PMPOWER_RANGERSRe: Lətifələr
1.Şagird: Müəllim söhbət sizdən gedirsə DO-dan sonra NUZ gəlir.
2.Bir kişi yolnan gedir, birdən dərin bir quyuya düşür. Nə qədər eləyir çıxa bilmir, nə qədər eləyirçıixa bilmir, axırda öz-özünə deyir: -Bu dəfə də çıxa bilməsəm çıxıb gedəcəm evə.
3.Bir gün kişi evə sərxoş halda gılir. Arvad qaplnl açanda üst - basının toz - torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kişi, qonşularln yanlnda biyabir olduq. Kisi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz! Arvad: Necə? Kişi:Çünki, sürünə - sürünə gəlmişəm
4.Bir gün bir tələbə yol ilə gedərkən imtahanda ona iki verən müəllim ilə rastlaslr. Tələbə: Salam müəllim Müəllim: Men axmaqlarla salamlaşmıram Tələbə: Təsəvvür edirsiz mən isə ancaq axmaqlarla salamlaşıram.
5. Pomidor mədədə oturub. Birdən mədəyə yeni nəsə tökülür. O sorusur: - Sən kimsən? -Mən arağam. -Səni kimin şərəfinə içdilər? -Əhmədağanın! Bir azdan yenə mədəyə araq təşrif buyurur. Pomidor yenə soruşur: -Adə, yenə sən? -Hə, nolubki? -Zəhrimar olub. Yenə səni kimin şərəfinə içdilər? -Əhmədağanın! Pomidor bu dəfə dözmür: -Əşi, çıxım görüm kimdi ki bu hörmətli Əhmədağa?!
6. Qaranlıq tində: -Adə, sən buralarda slucayni polis-zad görmədin? -Yo-o-ox, nədirki? -Onda davay pullari ver
7. Bir dost digərinə: -Sənin ayaqqabılarının biri niyə ag, o biri qaradir? -Bilmirəm, evdəki də belədir
8. Üç ayı öz mağarasına qayıdır. Ata ayı: -Kim mənim boşqabımdakı supu yeyib? Bala ayı: - Kim mənim boşqabımdakı supu yeyib? Ana ayı: -Sakitləşin, bugün mən sup bişirməmişəm
9. Tarix dərsi. Müəllim: -Uşaqlar, bugün biz kecmişləri təkrarlayacağıq, Lalə, dur Amilə bir sual ver görüm. Lalə: -1812-ci ildəki dava neçənci ildə olub?
10. Səfərqulu əlində qəzet qışqırır: -Fantastika, maraqlı xəbərlər. 99 adam aldadılıb!!! Bir kişi maraqlanır, qəzeti alır. Usaq bir az kənarlaşır, yenidən qışqırır: -Fantastika, şok xəbər. 100 nəfər aldadılıb!!!
11. Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır: -Bu nədi? Sənə nə olub? -Başa düşürsən,ana, hər gecə saat 2-də mən sinif yoldaslarımdan birinin evinə zəng vurub soruşurdum:”Tapın görüm mən kiməm?” -Nə olsun ki? -Heeeç . Bu gün biri tapdı.
12. Teatrın qarderobunda paltolarını alarkən arvad kişiyə hirslə: -A kişi başın xarab olub, heç qarderobcuya da 2 manat verərlər?! Kişi sakitce; -Ay arvad, dinmə görək bax gör o mənə nə cür şuba verib
13. Mağaza sahibi kolleqasından soruşur: -Hə, nə oldu, sənin qəzetdə qarovulçu axdarmaq barədə elanın nə nəticı Verdi? -Əla oldu. Dünən mağazamı yardılar.
14. Müəllim: -Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz? -Çünki o, ev tapşırığını düzgün yazmamışdı. -Bu axı onu döyməyə bəhanə deyil. -Axı biz hamımız ondan köçürrmüşdük
[ -
01-23-2010, 01:16 PMAgLaYaN_BuLuDRe: Lətifələr
:D :D
-
01-23-2010, 02:08 PMAgLaYaN_BuLuDRe: Lətifələr
Vəli, sən yenə də qonşu Həsən dayının başına kərpic atmısan ?!
- Bir də eləməyəcəm..
- Daha bir dəfəyə ehtiyacı yoxdu onsuz da..
*****
- Ana, mən bu gün 5 milçək öldürmüşəm.3 – ü dişi idi, 2-si erkək.
- Əhsən..Cinsiyyətlərini necə müəyyənləşdirdin bəs?
- 2-si pivə butulkasının ağzında oturmuşdu, 3-ü isə güzgünün üstündə..
*****
Ana oğluna :
- Niyə suyun içindəsən ?
- Vəliynən it oyunu oynayırdıq..
- Nə dəxli var ?
- Heç..Mən ağac idim...
- Anacan, bu gün direktor məndən soruşdu ki bacım və ya qardaşım var ?!
- Sən nə cavab verdin ?
- Dedim ki ailədə tək uşağam.
- O nə dedi ?
- Dedi ki “Şükür Allaha”
*****
- Anacan bilirsən, mən avtobusda bir xalanın ayağını tapdaladım və üzr istədim. O isə əvəzində mənə konfet verdi..
- Təşəkkür elədinmi oğlum ?!
- Yox, o biri ayağını da tapdaladım..
*****
2 tələbə sessiya qabağı:
- Nə oxuyursan ?
- Kvant nəzəriyyəsini.
- Bəs kitabı niyə baş – ayaq tutmusan ?
- Nə fərqi var...
Müəllim :
- Sabah baban məktəbə gəlsin !
- Siz yəqin atam demək istədiniz müəllim?
- Yox, baban gəlsin. Ona oğlu sənin ev tapşırıqlarını həll edərkən necə səhvlər elədiyini göstərmək istəyirəm.
*****
Biri zavoda işə düzəlir..Səhərisi gün xəstəxanaya düşür..Onu yoluxmağa gələn dostu soruşur:
- Nə oldu? Niyə bu günə qalmısan ?
- Heç..Girdim sexə, fəhlə yoldaşıma qışqırdım ki, Məmməd, 27-nin açarını at mənə..
- ???
- Əşşi, bilsəydim ki orda o qədər Məmməd var...
*****
Bir qız falçının yanına gəlib deyir:
- Məni 2 oğlan sevir..Deyin görüm hansının bəxti gətirəcək??
Falçı kartları açır, sonra isə diqqətlə qıza baxaraq deyir :
- Səmədin bəxti gətirəcək..Səninlə Elşən evlənəcək... -
01-23-2010, 04:24 PMje_demeureRe: Lətifələr
:D
-
01-24-2010, 12:35 AMMLLRe: Lətifələr
AXSAM VAXTI GULMEKDEN UREYIM GETDI))))))))))))))))))))))))))))))))
LETIFELERE GORE :alqis: -
01-25-2010, 01:20 AMzeynalov_Re: Lətifələr
:D :D
-
01-25-2010, 09:30 AMPOWER_RANGERSRe: Lətifələr
Yol polisi bir nəfər sürücünü saxalayır.Bu surucudə Şəkidən olur.
Polis deyir:Sən pavarotniki sola yandırdın amma sağa döndün.
Sürücü:Ay sənin canuvu yiyim,mən maşının içində pavarotnik bayırda görməmişəm.
-
01-25-2010, 09:58 AMDamla1Re: Lətifələr
:D teşekürler.
Birinide men deyim:
Bir bəstəboy şəkili əsgərliyi qurtarır.Anasına məktub yazıb deyir ki gözləyin bəs gəlirəm.Bir nemka da almışam. Anası cavab verirki , səə şumal boyuna qurban evə əliboş gəlmə bax yarayanı olsa birini də dədaaa al. :D -
01-25-2010, 01:52 PMzeynalov_Re: Lətifələr
::yerivar:: :D
-
01-25-2010, 02:54 PMAgLaYaN_BuLuDRe: Lətifələr
:D
-
01-25-2010, 03:27 PMDamla1Re: Lətifələr
bulara bax e necede üreklerine yatib :mad: Durun birinide yazim:
Biri zavoda işə düzəlir..Səhərisi gün xəstəxanaya düşür..Onu yoluxmağa gələn dostu soruşur:
- Nə oldu? Niyə bu günə qalmısan ?
- Heç..Girdim sexə, fəhlə yoldaşıma qışqırdım ki, Məmməd, 27-nin açarını at mənə..
- eeeee ???
- Əşşi, bilsəydim ki orda o qədər Məmməd var... :lol: -
01-25-2010, 03:34 PMAgLaYaN_BuLuDRe: Lətifələr
:D
-
01-25-2010, 03:38 PMDamla1Re: Lətifələr
bu azeri telebelere.... :D :D menim kimi :sorry:
2 tələbə sessiya qabağı:
- Nə oxuyursan ?
- Kvant nəzəriyyəsini.
- Bəs kitabı niyə baş – ayaq tutmusan ?
- Nə fərqi var...
:lol: :lol: -
01-25-2010, 03:40 PMDamla1Re: Lətifələr
ay da bunu emin yazmişdi ki
-
01-25-2010, 03:44 PMDamla1Re: Lətifələr
Bir gün bir kişi evdə oğlunu tutub döymək istəyir, oğlu da qaçır atasından əlindən gəlir mətbəxə anasının yanına və anasında deyir ona kömək eləsin. Atası da gəlir bunun dalınca mətbəxə və yenə də oğlunu döymək istəyir. Anası imkan vermir və soruşur: ay kişi, uşağı niyə döyürsən ?
Əri deyir ki, arvad bu köpəyoğlu keçən həftə mənə gərgədan demişdi. Arvadı təccüblə soruşur : keçən həftə deyibsə bəs indi niyə döyürsən ? Əri cavab verir : “ arvad, 5 dəqiqə əvvəl heyvanlar haqqında verilişə baxırdım, gərgədan bilirsən nə gündə heyvandı ? “
:lol: :lol: -
01-25-2010, 03:48 PMje_demeureRe: Lətifələr
:D
I am Sorry-
Temel bara gitmis. Geçmis bir kenara oturmus, biraz sonra bara bir adam girmis
ve siska uzun boylu bir adamin kafasinin üzerine sise koymus, çekmis silahi
ates etmis sise paramparça... Ates eden adam elini kaldirmis;
- I am Pekosbill...
demis ve çikip gitmis. Daha sonra bara bir baska adam girmis ve yine o siska
adamin kafasinin üzerine konserve kutusu koymus, çekmis silahi ates etmis
kutu paramparça... Ates eden adam elini kaldirmis;
- I am Redkit...
demis ve bardan çikip gitmis...
Temel bunlari seyrettikten sonra dayanamamis, eline bir elma almis ve o siska
adamin kafasinin üzerine elmayi yerlestirmis, çekmis silahi ates etmis ve adami
tam anlinin ortasindan vurmus... Elini kaldirip;
- I am sorry...
demis ve çikip gitmis...
Temel kamyon söförüymüs. Bir gün kamyonu ile yokus asagi inerken freninin
patladigini farketmis. Ileriye dogru baktiginda da yolun ikiye ayrildigini görmüs.
Bir tarafta pazar kuruluymus ve yüzlerce insanin alisveris yapiyormus. Diger
tarafta ise küçük bir çocuk yolun ortasinda oyun oynamaktaymis. Temel çok
hizli bir sekilde düsünerek "pazar yerune çirersem pi sürü insan ölür en eyisu
çocigu ezeyum" demis.
Ertesi gün gazetelerde söyle bir baslik; "pazara giren kamyon dehset saçti.
150 ölü"
Temel e sormuslar :
- Sende hiç kafa yokmu? Bu kadar insani ezecegine bari çocugu ezseydin.
Temel cevap vermis :
- Ula siz benu salak mi sandunuz? Bunu bende düsündüm... Tabii ki çocugu
ezecektim ama cocuk pazara dogri kosunca ben ne yapayim?
-
01-25-2010, 03:49 PMAgLaYaN_BuLuDRe: Lətifələr
cox sağ ol sayənizdə bir az güldük
-
01-25-2010, 03:54 PMDamla1Re: Lətifələr
Hacı dayının qardaşı çox şorgöz olur. Hər gün bir qızı maşınla dağa aparırmış. Bir gün Hacı dayı gizlindən maşının baqajına minib onlarla birgə dağa çıxır. Dağda isə baqajdan çıxıb qardaşı ilə qızı gizlincə izləyir və görür ki, qardaşı qızı maşından düşürdür və qıza deyir: hə yoxsa yox ? qız deyir yox. Qardaşı da deyir onda özün piyada düş aşağı. Hacı dayı heç nə başa düşmür. Sabahısı gün yenə onları izləyir və görür kii, qardaşı yenə dağda başqa qızdan soruşur ki, hə yoxsa yox ? qız deyir yox. Qardaşı deyir onda piyada düş aşağı. Bir neçə gün belə təkrarlanır və Hacı dayı fikirləşir ki, yəqin şorgözlük belə olurmuş.
Bir gün Hacı dayı bir qızı mindirir velosipedinə və qızı qaldırır dağın başına. Dağda qızdan soruşur : hə yoxsa yox ? çaşıb qalan qız deyir hə. Hacı dayı da çaşır və deyir: onda sən velosipedi götür, mən piyada düşərəm ! :lol: :lol: -
01-25-2010, 04:10 PMDamla1Re: Lətifələr
[
-
01-25-2010, 04:12 PMRuzgar_GuluRe: Lətifələr
:alqis: :lol:
-
01-25-2010, 05:17 PMzeynalov_Re: Lətifələrqadin klubu :DAlıntı:
Damla1 Nickli Üyeden Alıntı
mende girmiwem bura
qk :cool: -
01-27-2010, 01:40 PMje_demeureRe: Lətifələr
Nasa uzay üssünde yeni bir deneme yapiliyormus. Gönüllü basvuranlar
arasindan Temel astronot adayi olarak seçilmis. Ön elemede oldukça siki testleri
geçen Temel 3 aylik ikinci bir egitim ile iyi bir astronot olabilmis. Beklenen an
gelmis veTemel bir maymunla birlikte uzay mekigine binerek havalanmislar.
Atmosfer asildiktan sonra Temel e siki sikiya söylenildigi gibi zarflari açip
maymunun ve kendisinin görev kartlarini okumak ilk isi olmus.
Maymunun Görevleri : "Yerküre ilebaglantiyi sürekli kontrol altinda tutmak, her
2 saatte bir yörüngedeki sapmalari ayarlamak, füze içindeki hava basinci-isi-
iletkenlik degerlerini asagiya bildirmek, yakit harcamasini ve motorlarin sirasini
belirlemek..." diye devam ederkenokumaktan sikilan Temel kendi görev kartini
açmis :"Maymunu iyi besle"
Küçük Temel, Almanya da yasayan bir Türk gurbetçisinin ogludur. Küçük oglan,
aksam üstü okuldan gelir, kapidan annesine seslenir :
- Anne, Ben Alman oldum..
Annesi sinirlenir :
- O nasil söz? Bir daha duymiyim böyle laflar..
Çocuk devam eder :
- Anne.. Ben Alman oldum. Bugün sinifta karar verdik. Ben artik Almanim...
Annesi sinirden iyice küplere biner, bagirip çagirmaya baslar. O sirada babasi da
içeriden bagrismalari duyar ve küçük Temel e birkaç tokat atar. Küçük Temel
bir yandan kaçmaya çalisirken bir yandan da konusmayi sürdürür :
- Su dünyanin isine bakin Alman oldum. Yarim saat sonra Türklerle basim derde
girdi.. -
01-28-2010, 10:38 AMDamla1Re: Lətifələr
:D
Birinide deyim:
Zəng çalınır...Şagirdlər içəri girir....Riyaziyyat dərsi başlayır....
Müəllimə jurnala baxıb deyir:
Naaaaaaaaaattttttiiiiiiiiiqqqq......
Natiq deyir : Hııııııııııııııııı......
Müəllimə: Zəhriman hıııı, çor hıııı....Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?
Natiq deyir : 10
Müəllimə: Otur əəə....
Biraz sonra.....
Oooooooooorrxaaaaaaaannnn.....
Orxan : Hııııııııı......
Müəllimə: Zəhrimar hııııı, çor hııııı.....Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?
Orxan: 25
Müəllimə: Bəs 3*5 neçə eləyər?
Deyir: 15
Müəllimə: Sən laaaf professorsan kiiii
Sabahısı gün Orxan gəlir müəlliməyə deyir: Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə. ......
Müəllimə deyir: Hıııııııııı.....
Orxan deyir: Zəhrimar hııııı, çor hııııı.....Professor gələndə müəllimə ayağa qalxar :lol: -
01-28-2010, 10:57 AMDamla1Re: Lətifələr
Uşaq atasına belə bir məktub yazır: "Salam ata, utanıram yenə səndən istəməyə, ancaq mənə yenə də 300 manat pul lazımdır.
Əslinə baxsan, bunu yazmayacaqdım. Lakin artıq yazmışam və nə yazıq ki, poçtalyon artıq bunu aparıb. Çox istərdim ki, poçtalyon bunu sənə çatdıra bilməsin".
3-4 gündən sonra atadan cavab gəlir: "Heç üzülmə oğlum, təsəvvür et ki, poçtalyon bunu mənə çatdıra bilmədi" :lol: :lol: -
01-28-2010, 11:00 AMDamla1Re: Lətifələr
:D Bir defe yolunan gede polis gorur ki bir usaq heykelcikler duzeldir yaxinlasib maraqla baxir sonra sorusur:
- Oglum ne duzeldirsen?
Usaq cavab verir:
- Polis
- Bes neden hazirliyirsan?
- Torpaq gil qum su ve peyin!
Polis usagi tutub aparir atasi gelib 100 dollar verenden sonra usagi otururler. Seheri gun polis yolla gederken yene gorur ki usaq yene heykelcik duzeldir. Yaxinlasib sorusur:
- Indi ne duzeldirsen?
- Herbici
- Neden hazirliyirsan?
- Torpaq gil qum ve su
- Bes peyin niye qatmirsan?
- Peyin qatsam polis olacaq. :D :D -
01-28-2010, 02:23 PMzeynalov_Re: Lətifələr
:D :D sagol eee Damla
-
01-28-2010, 02:54 PMDamla1Re: Lətifələr
Bir həkim xəstəsindən soruşur:
- Oğlum sənin bir qulağını kəssəm nə olar?
Dəli:
- Canım ağrıyar,həkim
- Bəs iki qulağını da kəssəm?..
Dəli:
- Onda görə bilməyəcəm ki?..
Həkim:
- Nə əlaqəsi var oğlum!?
Dəli:
- Necə yəni nə əlaqəsi var?! Eynəyimi harama taxacam?! :lol: :lol: -
01-28-2010, 02:56 PMDamla1Re: Lətifələr
İki sevgili parkda gəzirlər. Birdən qız oğlandan soruşur:
- Nə fikirləşirsən sevgilim?
Oğlan romantik şəkildə cavab verir:
- Sənin düşündüyünü düşünürəm sevgilim...
- Yooooxxx.. Çaşarsan ha birdən... Elə şey eləsən səsim batana qədər qışqıraram!!!
:lol: :lol: :lol: -
01-28-2010, 02:58 PMDamla1Re: Lətifələr
Bir gün bir kişi evdə yemək yeyəndə həyat yoldaşı onu arxadan tava ilə vurur. Neyləmişəm mən deyəndə arvadı deyir:
- Cibində kağız tapdım üzərində Daisy yazıb. O kimdi?
-Daisy? eh.. Mən at yarışı oynayıram axı. Bax ordakı atların birinin adıdır.
Həyat yoldaşı:
- Bağışla mən səni çox qısqanıram səni.
Aradan 1 həftə keçəndən sonra yenə arvadı əlində telefon ilə gələrək tava ilə kişini vurur. Kişi deyir:
- Axı bu dəfə nə etmişəm?
Həyat yoldaşı:
- Heç nə. Atın mesaj yazıb al cavab yaz.
:lol: :lol: -
01-28-2010, 02:58 PMzeynalov_Re: Lətifələr
Puahaaa puahhaa :lol:
-
01-28-2010, 03:03 PMDamla1Re: Lətifələr
Müəllim 2 tələbəsinə əsəbiləşib cəza verir ki, öz adlarını 50 dəfə yazsınlar. Tələbələrdən biri deyir:
- Axı bu haqsızlıqdı
Müəllim:
Niyə ki?
- Onun adı Əlidi, mənim adım Məhəmməd.
:D -
01-28-2010, 03:04 PMDamla1Re: Lətifələr
Qız nişanlısına deyir
- Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin nişan üzüyün.
Oğlan isə cavabında deyir
- Bəs qutusu hanı?
:lol: :lol: :lol: -
01-28-2010, 03:06 PMDamla1Re: Lətifələr
Bir gün Yeraz görür ki, hamı kitab yazır. Deyir ki, qoy oturum mən də yazım. Səhər oturur,axşam durur ki,300 səhifə kitab yazıb. Aparır redaksiyaya redaktora verir ki, oxusun. Redaktor başlayır:
1-ci cümlə:"Mindim ata, çapdım aya".
Redaktor görür ki , kitab maraqlıdır. Sonra sonuncu cümləni oxuyur:"Çatdım aya, düşdum yerə".
Açır ortanı gorur ki,"Ti-kit,Ti-kit,Ti-kit,...".
Soruşur ki, bu nədir?
O da deyir ki, atla gedir də aya. Sən demə bütün kitabda cəmi 2 cümlə var qalanı isə,"Ti-kit,Ti-kit,Ti-kit,...".
:lol: :lol: :lol: -
01-29-2010, 11:30 AMGLAMOURKARe: Lətifələr
1. Bir gün bir uşaq parkda oturub aldığı konfetləri yeyirdi. Bir qoca kişi də gəlib uşağın yanında oturur və görür ki, uşaq dayanmadan çoxlu konfet yeyir. Uşağa deyir ki:
-Bax, oğlum bu qədər şirni yesən sənin dişlərin tökülər
Uşaq isə cavabında:
-Bax, əmi mənim babam da 110 il yaşadı
Qoca kişi:
-Sənin baban da çoxlu şirniyyat yeyirdi ?
Uşaq:
-yox, sadəcə olaraq hər şeyə burnunu soxmurdu !
~ ~
2. İngilis, fransız, azərbaycanlı ortaq olub körpü tikirlər. Körpü tikilib qurtarır və körpünün açılış vaxtı gəlib çatır. Körpü açılmaq üzrə olarkən qəflətən körpü uçur. Bunu görən ingilis: “vayyyy, saysız hesabsız dəmirlərim boşuna getdi “-deyir və infarkt keçirib ölür. Fransız:” vayyyy, o qədər qum havayı getdi “-deyir və infarkt keçirib ölür. Azərbaycanlı isə : “ yaxşı ki, sement qatmamışdım yoxsa mən də bunlar kimi ölərdim “-deyir.
~ ~
3. Yol polisi bir maşını saxlayır və sürücüyə deyir:
-sizi təbrik edirəm, bu günkü yoxlamamız ərzində təhlükəsizlik kəmərindən istifadə edən ilk sürücüsünüz və buna görə də sizə 3000 manat pul hədiyyə edirik. Bəs bu pulnan nə etmək fikrindəsiniz ?
Sürücü deyir: çox təşşəkür edirəm. Mən bu pulnan əvvəlcə özümə prava alacam.
Polis təəcüblə soruşur : Necə ? Sizin pravanız yoxdu ?
Sürücünün yanında oturan arvadı isə: “cənab polis, siz ərimə fikir verməyin, o içəndə həmişə belə deyir “.
Polis çaşqınlıqla soruşur : necə ? siz içkilisiniz ?
Bu zaman arxada oturan daha 1 nəfər sürücüyə deyir : “ mən sizə dedim axı oğurluq maşınla gəzməyə getməyək yoxsa problemimiz olar.”
Bunu eşidən polis dəli olur və yenə soruşur : necə ? maşın oğurluqdu ?
Bu vaxt maşının baqajından axtarışda olan cianyətkar bir nəfər çıxıb deyir: “ ayə qağa, nə oldu post qayını keçmədik ? “
~ ~
4. Birisi yolnan gedərkən dostuyla rastlaşır və görür ki, dostunun qanı qaradır. Soruşur ki, nə olub ? Dostu deyir ki, atam ölüb.
-Çox təəssüf edirəm, Allah rəhmət eləsin. Bəs atan hələ cavan idi axi necə oldu ki öldü ?
-balkona çıxmışdı, ordan yıxıldı.
-oyyyyy ordan yıxılıb öldü ?
-yox əşşi balkondan yıxılıb düşdü həyətdə olan şirniyyat evinin üstünə ordan da yıxıldı düşdü yaxınlıqda olan fabrikin bağçasına
-oyyyy bağçaya düşüb öldü ?
-yox əşşi, oradakı yayların üstündən hoppanıb elektrik naqillərin üzərinə düşdü.
-oyyyyy yazıq, elektrik naqillərinin üstünə düşüb öldü ?
-yox, yenə ölmədi amma biz də gördük ki, ölmür, tapançaynan özümüz vurub öldürdük.
~ ~
5. Bir oğlan hər gün kafeyə gedir və hər dəfə də 3 rumka araq içib çıxıb gedimiş. Bu, bir garsonun diqqətini çəkir və bir gün garson oğlandan soruşur:
-siz niyə hər gün məhz 3 rumka araq içirsiz ?
Həmin oğlan isə cavab verir ki, biz 3 qardaşıq və onlar olmadığı üçün mən onların da yerinə içirəm. Bir gün oğlan gəlir amma bu dəfə 2 rumka araq içir. Bunu görən garson təəccüblə soruşur:
-nə əcəb bu gün 2 rumka içdiniz ? yoxsa qardaşınızın 1-i öldümü ?
Oğlan isə deyir: yox, sadəcə olaraq mən öz yerimə içmirəm çünki mən içkini tərgizmişəm.
~ ~
6. Uşaq dərsdən burnu qanamış halda evə gəlir. Anası bunu görüb həyacanla soruşur:oğlum nə olub sənə ?
Oğlu deyir: bu gün məktəbə bir sehrbaz gəlmişdi və mənim burnumdan 1 manat pul çıxartdı. Anası isə çaşqınlıqla deyir: oğlum, sehrbaz foks göstərər burun qanatmaz ki. Oğlu isə cavabında deyir: Ana, burnumu sehrbaz qanatmadı, burnumu sinif yoldaşlarım burnumda yenə pul qalıb qalmadığını yoxlayarkən qanatdılar.
~ ~
7. Toy quratandan sonra toy sahibi 3 sərxoş kişini gətirir taksinin yanına. Taksinin qapısını açır və kişinin birini otuzdurur maşına taksi şoferinə deyir bunu apararsan Yasamala. Sonra o 1-ni otuzdurur maşına deyir bunu apararsan Binəqədiyə. Sonra da o 1-i kişini otuzdurur maşına deyir bunu da apararsan Əhmədliyə. Taksinin də pulunu verib yola salır. 10 dəq. keçməmiş həmin taksi qayıdır geri. Toy sahibi soruşur ki, nə oldu niyə qayıtdın ? Şofer deyir ki, işıqforda tormoz verdim 3-ü də qarışdılar bir-birinə, indi təzədən de görüm bunların hansı hara gedəcək.
~ ~
8. Bir taksi şadlıq saraylarının birinin qabağından keçərkən 5 nəfər taksini saxladıb minir. Yol boyunca taksi şoferi tez-tez dönüb bunlara baxır. Axırda bu 5 nəfərdən 1-i şoferdən soruşur: “ day day nə olub adam görməmisən ? niyə elə baxırsan ? “ Şofer isə deyir: “adam görməyinə görmüşəm e, amma 5 nəfərin qabaqda oturduğunu görməmişəm. “
~ ~
9. Amerikanlı ilə Azərbaycanlı dost olur. Bir gün amerikanlı Azərbaycanlı dostunu Amerikaya qonaq dəvət edir. Azərbaycanlı gedir Amerikaya və amerikanlının evinə girəndə görür bu amerikanlının bir evi var ki, bəlkə də tayı bərabəri yoxdur. Girir evin içinə və evdə açılan süfrəni görüb ağzı açıq qalır. Azərbaycanlı Amerikanlıdan soruşur: --“necə oldu ki, sən belə varlandın ? “
Amerikanlı onu çağırır pəncərənin yanına və yaxınlıqda olan körpünü göstərir və deyir :
-o körpünü görürsən ?
Azərbaycanlı deyir hə görürəm. Amerikanlı deyir: “bax o körpü 1 milyona tikilməliydi, amma 700 minə tikildi, yerdə qalan 300 minə isə kef edirəm.
Bir müddət sonra bu dəfə də Azərbaycanlı Amerikanlını Azərbaycana dəvət edir. Amerikanlı gəlir görür ki Azərbaycanlının bir evi var ki, onun evi bunun yanında heç nədi. Azərbaycanlıdan soruşur ki, bu nə məsələdi, necə oldu ki bu qədər varlandın ? Azərbaycanlı Amerikalını pəncərənin yanına çağırır və deyir : o körpünü görürsən ?
Amerikanlı pəncərədən baxır amma körpü görmür və deyir : orda körpü yoxdu axı. Azərbaycanlı isə deyir: amma olmalıydı.
~ ~
10. Hacı dayının qardaşı çox şorgöz olur. Hər gün bir qızı maşınla dağa aparırmış. Bir gün Hacı dayı gizlindən maşının baqajına minib onlarla birgə dağa çıxır. Dağda isə baqajdan çıxıb qardaşı ilə qızı gizlincə izləyir və görür ki, qardaşı qızı maşından düşürdür və qıza deyir: hə yoxsa yox ? qız deyir yox. Qardaşı da deyir onda özün piyada düş aşağı. Hacı dayı heç nə başa düşmür. Sabahısı gün yenə onları izləyir və görür kii, qardaşı yenə dağda başqa qızdan soruşur ki, hə yoxsa yox ? qız deyir yox. Qardaşı deyir onda piyada düş aşağı. Bir neçə gün belə təkrarlanır və Hacı dayı fikirləşir ki, yəqin şorgözlük belə olurmuş.
Bir gün Hacı dayı bir qızı mindirir velosipedinə və qızı qaldırır dağın başına. Dağda qızdan soruşur : hə yoxsa yox ? çaşıb qalan qız deyir hə. Hacı dayı da çaşır və deyir: onda sən velosipedi götür, mən piyada düşərəm !
~ ~
11. Bir gün bir kişi evdə oğlunu tutub döymək istəyir, oğlu da qaçır atasından əlindən gəlir mətbəxə anasının yanına və anasında deyir ona kömək eləsin. Atası da gəlir bunun dalınca mətbəxə və yenə də oğlunu döymək istəyir. Anası imkan vermir və soruşur: ay kişi, uşağı niyə döyürsən ?
Əri deyir ki, arvad bu köpəyoğlu keçən həftə mənə gərgədan demişdi. Arvadı təccüblə soruşur : keçən həftə deyibsə bəs indi niyə döyürsən ? Əri cavab verir : “ arvad, 5 dəqiqə əvvəl heyvanlar haqqında verilişə baxırdım, gərgədan bilirsən nə gündə heyvandı ? “ -
01-29-2010, 11:52 AMsus-qunRe: Lətifələr
:D :lol: :lol:
-
01-29-2010, 12:01 PMDamla1Re: Lətifələr
::yerivar:: ölürem lətifələr ücün :lol: :lol: Teşekürler
-
01-31-2010, 03:16 AMsus-qunRe: Lətifələr
:D :D
