1.Qız nişanlısına deyir
- Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin nişan üzüyün.
Oğlan isə cavabında deyir
- Bəs qutusu hanı?
*****
2.Bir gün meşədə heyvanlar bir yerə toplanırlar.
Şir deyir:
- İndi heyvanlar arasından gözəllər sağa, ağıllılar isə sola keçsinlər.
Elə şir bunu demişdi ki, heyvanların bir hissəsi sağa, bir hissəsi isə sola keçdilər. Birdən şir görd? ki, meymun ortada durub.
Şir:
- Bəs sən niyə ortada durubsan?
Meymun:
- Nə, indi iki yerə bölünüm.
3.Bir gün Yeraz görür ki, hamı kitab yazır. Deyir ki, qoy oturum mən də yazım. Səhər oturur,axşam durur ki,300 səhifə kitab yazıb. Aparır redaksiyaya redaktora verir ki, oxusun. Redaktor başlayır:
1-ci cümlə:"Mindim ata, çapdım aya".
Redaktor görür ki , kitab maraqlıdır. Sonra sonuncu cümləni oxuyur:"Çatdım aya, düşdum yerə".
Açır ortanı gorur ki,"Ti-kit,Ti-kit,Ti-kit,...".
Soruşur ki, bu nədir?
O da deyir ki, atla gedir də aya. Sən demə bütün kitabda cəmi 2 cümlə var qalanı isə,"Ti-kit,Ti-kit,Ti-kit,...".
********************Bir ushaq yolda dayanan hamilə qadından soruşur. Xala sizin qarnınız niyə belə böyükdü? Qadın cavab verir. Bala mən uşaq gözləyirəm. Bir az ondan aralıda astanovkada dayanan qarnı yeke kişini görüb, ona yaxınlaşır... Dayı bəs siz nə gözləyirsiz? Kişi cavab verir. Oğlum mən avtobus gözləyirəm. Uşaq deyir dayı onda velosiped olsa menə verərsiz?
******İki professor universitetdə söhbət edir:
- Əgər mən bir nəfərə 4 yazsam, bütün qrup məni əli üstünde gəzdirər.
O biri professor:
- Əgər mən kimə isə 3 yazsam, bütün qrup məni əli üstündə gəzdirər.
Dekan bu an içəri girir:
- Əgər sizin ikinizi də universitetdən qovsam, bütün fakültə məni əli üstündə gəzdirər.
*************
ish adamlari
Bir gün Azərbaycanlı iş adamı Amerikaya gedir. Amerikada gözəl bir qonaqlıq verirlər. Yeyib-içəndən sonra Azərbaycanlı soruşur : "Siz bu qədər pulu necə qazanırsınız ?". Amerikalı onun pəncərənin yanına çagırır və deyir: "Bu körpünü görürsən? Bax o körpü 1 mln.dollara başa gəlməli idi. Amma beş yüz min dollara başa gəldi". Bir gün də Amerikalı iş adamları Azərbaycana gəlir və həmin Azərbaycanlı onlara daha gözəl qonaqlıq verir. Yeyib-içdikdən sonra, Amerikalılar təəcüblə soruşurlar: "Bəs siz bu qədər pulu necə qazanırsınız ?". Azərbaycanlı onları pəncərənin qabağına çağırır və deyir : "Bu körpünü görürsünüz?". Amerikalılar orada körpünün olmadığını deyəndə, Azərbaycanlı deyir : "Amma olmalı idi"
*********
Bir gün kişi evə sərxoş halda gılir. Arvad qaplnl açanda üst - basının toz - torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kişi, qonşularln yanlnda biyabir olduq.
Kisi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz!
Arvad: Necə?
Kişi:Çünki, sürünə - sürünə gəlmişəm!
*************** Teatrın qarderobunda paltolarını alarkən arvad kişiyə hirslə:
-A kişi başın xarab olub, heç qarderobcuya da 2 manat verərlər?!
Kişi sakitce;
-Ay arvad, dinmə görək bax gör o mənə nə cür şuba verib.
********Bir qadın təzəcə tanış olduğu arvadla dərdləşir:
-Zəmanə nə yaman dəyişib, bir görün indiki cavanlar necə geyinirlər. Xüsusiylə qızlar. Bir o qıza baxın- saşları qısa, şalvarı dar, heç bilmirsən ki qızdır ya oglan…
-O mənim qızımdır.
-Eləmi? Bağışlayın, bilmədim ki siz onun atasısınız.
-Atasi yox, mən onun anasıyam.
*********Müəllim:
-Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
-Çünki o, ev tapşırığını düzgün yazmamışdı.
-Bu axı onu döyməyə bəhanə deyil.
-Axı biz hamımız ondan köçürrmüşdük.