AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
- Yalnız Azərbaycanda, 70-ci ilərdən qalma və heç bir standartlara uyğun olmayan VAZ 2107 markalı avtomobillər «xod» gedir.
-
- Yalnız Azərbaycanda, siqaret «ştucnı» satılır.
-
- Yalnız Azərbaycanda, qamburqerə ət yox, sosiska qoyurlar...
-
- Yalnız Azərbaycanda, zor, bomba oğlan ifadələri var...
-
- Yalnız Azərbaycanda, biraz pullu adam bolluca «otxod» yemiş turac kimi gəzər.
-
- Yalnız Azərbaycanda, gec yatana deyirlər - nədi, boz eşşək qarpız dalınca gedib?!
-
- Yalnız Azərbaycanda, sağlam oğullar el dilində desək «ne qodnu» olurlar.
-
- Yalnız Azərbaycanda, kişilər qadınlar dalınca qiybət dolusu danışırlar.
-
- Yalnız Azərbaycanda, qohumun qohumla evlənməsi böyük uğur hesab edilir.
-
- Yalnız Azərbaycanda, səbir gətirərkən - «sağlam ol», əvəzinə «öz başına» - deyərlər...
-
- Yalnız Azərbaycanda, birisinə pulsuz hörmət edərkən, sonra «qaz» ləqəbi qazanırsan.
-
- Yalnız Azərbaycanda, hörmət deyərkən pul nəzərdə tutulur...
-
- Yalnız Azərbaycanda, hissiyatı bildirkən «əzilmiş pomidor» ifadəsindən istifadə olunur.
-
- Yalnız Azərbaycanda, kimisə samolyet vurur...
-
- Yalnız Azərbaycanda, bizdə məsləhət istəyərkən - «keçəl dərman bilsəydi, elə öz başına yaxardı» cavabını alırsan.
-
- Yalnız Azərbaycanda, «nə var, nə yox»-dan sonra soruşurlar - «Başqa nə var, nə yox?»
-
- Yalnız Azərbaycanda, McDonaldsa gedəndə yüksək səviyyədə geyinirlər.
- Yalnız Azərbaycanda, biri desə ki «Mənə görə bir qulluq?» - cavabı isə «Aftafanı götür gəl dalımca».
-
- Yalnız Azərbaycanda, söz gəlişi Qaqaş deyəndə, «Qaqaşun Afrikada banan yeyir» - ifadəsiylə qarşılaşırsan.
-
- Yalnız Azərbaycanda, oğul atadan pul istəyəndə atanın dediyi söz - «Atova borcum var?»
-
- Yalnız Azərbaycanda, konduktor sürücüyə bu sözü deyir - «Qabağda düşən olacaq».
-
- Yalnız Azərbaycanda, «Maska» - sözü məşhurdur.
-
- Yalnız Azərbaycanda, tələbələr oxumamaq üçün pul ödəyir.
-
- Yalnız Azərbaycanda, konduktordan bu cür şuarlar eşidilir - «Gəlün gedey! Şəhidlər, Prospekt, Elmlər, Yasamal, Parij, London, Los Anjeles cəmi 500 manata! Şansınızı qaçırtmayın!»
-
- Yalnız Azərbaycanda, «xiyar» sözü həm tərəvəz, həm pis insan və yaxın dost mənasındadır.
-
- Yalnız Azərbaycanda, sevimli, şirin uşağa «Şeytan» deyirlər.
-
- Yalnız Azərbaycanda, biri pis danışdıqda: «Ağzuvi qoymusan Allah yoluna» deyirlər.
-
- Yalnız Azərbaycanda, birinin yaxını rəhmətə gedəndən sonra, yaxınlaşib salamlaşdıqdan sonra deyərlər - «Necəsən?»
-
Yalnız Azərbaycanda, qızıl dişi olan ağzı acıq gəzir.