“İlham Əliyev Azərbaycanın legitim Prezidentidir”
[Ötən gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Vyanada keçirilmiş Daimi Komitəsinin toplantısında Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair hesabat müzakirə edilərək təsdiqlənib. İngiltərəli deputat Robert Valterin hazırladığı “Azərbaycanda prezident seçkilərinin müşahidəsi (9 oktyabr 2013)” adlı hesabatın müzakirələrində sənədin müəllifi çıxış edərək, seçkiləri müşahidə etmiş bir çox parlamentar və beynəlxalq müşahidə missiyalarının bu seçkiləri Azərbaycan xalqının iradəsinin ifadə olunması kimi gördüklərini bildirib: “Beynəlxalq müşahidə missiyalarının birgə mövqe nümayiş etdirə bilməməsi məni çox məyus etdi. Amma əslində ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun digər təşkilatlardan fərqli mövqe göstərməsi çoxdanın problemidir. Hətta bu qurum AŞ PA-nın müşahidəçi missiyasına da təzyiqlər edərək, onun mövqeyindən çıxış etməyə vadar etmək istəyirdi. Mənim DİHB ilə bağlı əsas narahatlığım ondan ibarətdir ki, bu qurum yalnız və yalnız mənfi məqamları əks etdirməyə çalışır. Bu isə düzgün mövqe deyil, məsələnin bir çox tərəfləri nəzərə alınmalıdır”.
[
“İlham Əliyev Azərbaycanın legitim Prezidentidir”
Printable View
-
11-23-2013, 11:13 AMBaku“İlham Əliyev Azərbaycanın legitim Prezidentidir”
