“Özəl kanalların “Səhər” proqramlarının aparıcılarının nitqi bəsitdir”
“Özəl kanalların “Səhər” proqramlarının aparıcılarının nitqi bəsitdir”
[Milli Televiziya və Radio Şurasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu və şuranın mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində sentyabr-oktyabr aylarında aparılan teleradio verilişlərinin monitorinqlərinin nəticələri açıqlanıb. Monitorinqlər Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” Layihəsi əsasında aparılıb. Monitorinqin nəticəsini AMEA Dilçilik İnstitutunun elmi işçiləri Aytən Bəylərova və Təranə Şükürova təqdim edib. Bildirilib ki, Azərbaycan televiziya məkanında nitqin təmizliyini pozan hallara rast gəlinib. Monitorinqlər nəticəsində məlum olub ki, bütün özəl kanalların “Səhər” musiqili-informasiya proqramlarının aparıcılarının nitqi bəsitdir, zəngin söz ehtiyatına malik deyillər:
[