“SOCAR Turkey Enerji”nin rəhbəri: “Hədəfimiz Türkiyənin ən böyük şirkəti olmaqdır”
“SOCAR Turkey Enerji”nin rəhbəri: “Hədəfimiz Türkiyənin ən böyük şirkəti olmaqdır”
[Azərbaycanın aparıcı media orqanlarını təmsil edən bir qrup jurnalist Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) dəvəti ilə Türkiyəyə ikigünlük səfərə yollanıblar. Azərbaycanlı jurnalistlər səfərin ilk günü Dövlət Neft Şirkətinin (ARDNŞ) Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Enerji” şirkətinin rəhbəri, “Petkim” neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuzla görüşüblər. K. Yavuz rəhbərlik etdiyi “Socar-Türkiyə”nin qardaş ölkədəki fəaliyyətləri barədə geniş məlumat verib. “Socar-Türkiyə”nin prezidenti bildirib ki, hədəfləri 2017-ci ildə Türkiyənin ən böyük üçüncü şirkəti olmaqdır. Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Kənan Yavuz qeyd edib ki, Türkiyənin ən böyük şirkəti olmaq hədəfini onların qarşısına Azərbaycan Prezidenti İlham Əliyev qoyub.
[