Elsevər Ağayev: “Bu gün də qanunsuz dərman satışı hallarına rast gəlinir”
Elsevər Ağayev: “Bu gün də qanunsuz dərman satışı hallarına rast gəlinir”
[Səhiyyə nazirinin müavini Elsevər Ağayev mətbuata verdiyi açıqlamada apteklərdə qanunsuz dərman satışının əvvəlki vaxtlarla müqayisədə azaldığını ancaq hələ də belə halların mövcud olduğunu bildirib: “Amma söz yox ki, bu gün də belə hallara rast gəlinir. Apteklərdə qanunsuz dərmanlara rast gəlinəndə onlara qarşı müvafiq ölçü götürülür. Apteklərdə yoxlamaların aparılması mövcud qanunvericilik çərçivəsində və Ədliyyə Nazirliyində mövcud reyestrdən keçiriləndən sonra icra olunur. Bu məsələ daim nazirliyin nəzarəti altındadır”.
[