Erməni əsirin aqibətinə aydınlıq gətirilib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov Azərbaycanda saxlanılan erməni əsir Akop İnciqulyanın aqibəti ilə bağlı mətbuata açıqlama verib. Ş. Sayılov bildirib ki, əsirin hansı səbəbdən sərhədi keçməsi aydınlaşandan sonra öz istəyindən asılı olaraq ölkəsinə təhvil verilə və yaxud üçüncü ölkəyə göndərilə bilər: “Ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşları əsirlə görüşüblər. Yəqin ki, görüşdə onun öz ölkəsinə və yaxud üçüncü ölkəyə getmək istəməsi müəyyənləşib. Hər şey əsirin öz istəyindən asılıdır. Əgər Ermənistana getmək istəsə, qaytarılacaq. Biz bu məsələdə problem görmürük”.
[
Erməni əsirin aqibətinə aydınlıq gətirilib
Printable View
-
08-22-2013, 08:28 AMBakuErməni əsirin aqibətinə aydınlıq gətirilib
