GUAM Prezident seçkilərini müşahidə missiyasına gürcü deputat rəhbərlik edəcək
GUAM Prezident seçkilərini müşahidə missiyasına gürcü deputat rəhbərlik edəcək
GUAM Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiya formalaşdırır. GUAM Katibliyindən verilən məlumata görə, missiyaya quruma daxil olan dörd ölkədən müşahidəçilər və GUAM-ın baş katibi Valeri Çeçelaşvili daxil olacaqlar. Müşahidə missiyasına Gürcüstan parlamentinin nümayəndəsi rəhbərlik edəcək. Heyətin tərkibi bir müddət sonra dəqiqləşəcək.
[