Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək
[Dünən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda növbəti prezident seçkilərinin günün təyin olunmasına baxılıb. Seçki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, prezident seçkilərinin keçirilməsi günü MSK-nın qərarı ilə elan edilir. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib, hazırda respublika prezidentinin 5 illik səlahiyyət müddətinin son ili başa çatmaqda olduğundan yeni seçkilərin təyin edilməsi üçün əsas yaranıb. Seçki Məcəlləsinin 178.1-ci maddəsinə görə Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Lakin həmin gün Qurban bayramına təsadüf etdiyindən prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi təklif olunub.
[
Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək
Printable View
-
08-03-2013, 08:40 AMBakuPrezident seçkiləri oktyabrın 9-da keçiriləcək
