Muzdlu vergi bəyannaməsinin doldurulması ilə AKTUAL Suala CAVAB
Muzdlu vergi bəyannaməsinin doldurulması ilə AKTUAL Suala CAVAB
[Lazımi sənədələri Vergilər Departamentinin Bəyannamələr bölməsinə dəfələrlə təqdim etmişik. Lakin buna baxmayaraq hər ay bizə elektron variantla məktub göndərilir ki, biz qanunu pozaraq həmin iki işçini işdən azad etmişik və onları işçi sayına əlavə etməliyik....
Sual: Salam. Mənim sualım işçi sayı ilə əlaqədardır. İnstititutun 2 əməkdaşı doğuşla əlaqədar sosial ödənişli məzuniyyətə çıxmışdır. Aylıq verdiyimiz vergi bəyannaməsinin «Muzdlu işlə əlaqədar verginin hesablanması» bölməsində həmin iki işçiyə əmək haqqı hesablanmadığı üçün işçi sayında bununla əlaqədar azalma yaranmışdır. 2 işçi işdən azad olunmamışdır - doğuşla əlaqədar sosial ödənişli məzuniyyətə çıxıblar. Lazımi sənədələri Vergilər Departamentinin Bəyannamələr bölməsinə dəfələrlə təqdim etmişik. Lakin buna baxmayaraq hər ay bizə elektron variantla məktub göndərilir ki, biz qanunu pozaraq həmin iki işçini işdən azad etmişik və onları işçi sayına əlavə etməliyik. Mənim bildiyimə görə vergi bəyannaməsinin «Muzdlu işlə əlaqədar verginin hesablanması» bölməsində faktiki işləyən işçilərin sayı, onlara hesablanmış əmək haqqı və əmək haqqından tutulan gəlir vergisi göstərilməlidir. Mən nəyə əsasən sosial ödənişli məzuniyyətdə olan və əmək haqqı hesablanmayan işçini faktiki işçi sayına əlavə etməliyəm? Bu zaman əmək haqqı hesablanmayan işçi sayı orta əmək haqqının azalmasına səbəb olur. Bu doğru olarmı?
Əlişanova Sevda
[