“Arxeoloji abidələr dağıntıya məruz qalır”
[“Azərbaycan Konstitusiyasında qeyd edilib ki, tarixi abidələrin mühafizəsi hər bir şəxsin borcudur. Mühafizə həm də tədqiqatların aparılması ilə vəhdət təşkil etməlidir. Arxeologiya və Etnoqrafiya İnstitutu olaraq hazırda Mədəniyyət və Turizm Nazirliyi ilə fəaliyyətimizi davam etdiririk. Respublika ərazisindəki abidələrin həm aşkar olunması, həm də tədqiqatları sahəsində birgə fəaliyyət göstəririk. Eyni zamanda abidələrin qorunmasının mühüm istiqamətlərindən biri də orada tədqiqatların aparılmasıdır”. Bu sözləri 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər gününə həsr olunmuş mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Museyibli deyib. Onun sözlərinə görə, bütün abidələr Azərbaycanda qanunvericiliklə mühafizə edilsə də, dağıntılara daha çox arxeoloji abidələr məruz qalır: “Əksər hallarda aparılan müəyyən təsərrüfat və tikinti işləri zamanı bu abidələr məqsədsiz şəkildə dağıntılara məruz qalır və ziyan çəkirlər. Biz də çalışırıq ki, bu abidələr haqqında informasiya geniş ictimaiyyətə çatdırılsın və bunların dağıntısının qarşısı alınsın”.
[
“Arxeoloji abidələr dağıntıya məruz qalır”
Printable View
-
04-19-2013, 08:42 AMBaku“Arxeoloji abidələr dağıntıya məruz qalır”
