Hər gün yenidən doğulmaq, hər axşam bir daha ölmək
Kim nə deyir-desin, bu dünyada ən çətin iş yaxşı adam ola bilməkdir. Amma hesab edirik ki, birisi yaxşı insan olmağı qarşısına gündəlik vəzifə kimi qoysa, istədiyinə nail ola bilər. İstəsəniz, bunu özünüz də yoxlaya bilərsiniz. Səhər oyananda özünüzə söz verin ki, bu gün yalan danışmayacaqsınız və nə olur-olsun əsəbləşməyəcəksiniz. Siz bu qərarınıza əməl etdikcə iradəniz güclənir, nəfsinizin istəklərindən imtina etməyi vərdiş halına gətirirsiniz, möhkəmlənirsiniz, mənən yüksəlirsiniz.
[
Hər gün yenidən doğulmaq, hər axşam bir daha ölmək
Printable View
-
01-10-2013, 10:14 AMBakuHər gün yenidən doğulmaq, hər axşam bir daha ölmək
