Sirr verdim, sirr alıb, sirr əsirgədin,
Iki istəyirdim, bir əsirgədin,
Mənə bir qucaqlıq yer əsirgədin,
Mən səni tərk edib köçürəm vətən!
Baxıram, bu həmin çəmənlik deyil,
Bu kişilik deyil, ərənlik deyil,
Ehtiyac, köləlik, bu mənlik deyil,
Qaçıram buradan, qaçıram vətən!
Bəs necə dolanım mən başıdaşlı,
Övladım çox kiçik, böyüyüm yaşlı.
Qürbət sərhədinə mən gözüyaşlı,
Arxama baxmadan keçirəm vətən!
Yadlara payladın sən öz varını,
Millətin kim verir gör qərarını?
Hüdudsuz bildiyim torpaqlarını,
Indi qarış- qarış ölçürəm vətən!
Bu qərib diyarda mənimlə tənsən,
Mən varlıq içində uçuram vətən,
Sənsizəm, yoxsulam, axı vətənsən,
Sənin sağlığına içirəm vətən!... :meyus:
SƏNİN SAĞLIĞINA İÇİRƏM VƏTƏN!
Printable View
-
03-13-2010, 05:47 PM_ultrAslan_SƏNİN SAĞLIĞINA İÇİRƏM VƏTƏN!
-
03-13-2010, 05:48 PMsladkayaRe: SƏNİN SAĞLIĞINA İÇİRƏM VƏTƏN!
:alqis:
-
03-13-2010, 10:09 PM_ultrAslan_Re: SƏNİN SAĞLIĞINA İÇİRƏM VƏTƏN!
senin üçün darıxmışam veten!!:meyus:
-
03-13-2010, 11:46 PMAgLaYaN_BuLuDRe: SƏNİN SAĞLIĞINA İÇİRƏM VƏTƏN!
Insallah gelersen Vetene
-
03-23-2010, 05:31 PM_ultrAslan_Re: SƏNİN SAĞLIĞINA İÇİRƏM VƏTƏN!
Amin qadasi aminnnn
-
03-23-2010, 06:14 PMcanbellRe: SƏNİN SAĞLIĞINA İÇİRƏM VƏTƏN!
Veten dedin veten eshitdin,vetendesen deee,ora da gedib sakitleshmedinse day menim sene sozum yoxdu. :yox: Sheirin de eladi.Sozleri kimindi goresen? ::yerivar::
-
03-23-2010, 06:27 PM_ultrAslan_Re: SƏNİN SAĞLIĞINA İÇİRƏM VƏTƏN!
ozune qardas dediyim dostumdurrr
