-
Bip-bipin nəğməsi
Uçdu göylərə
Bizim peykimiz,
Söylədi yerə:
- Yol gedirik biz.
Bip-bip, bip-bip,
Göylər min rəngdir,
Burda ulduzlar
Gör nə qəşəngdir.
Günəşdən, Aydan
Salam var sizə,
Nəğmə deyirəm
Uşaqlar, sizə.
Bip-bip, bip-bip,
Dərindir göylər,
Burda hər ulduz
Min nağıl söylər.
Uçuram Marsa
Dalımca baxın,
Ulduzlar mənə
Yaxındır, yaxın.
Bip-bip, bip-bip,
Gözləyin bir az,
Görüşərik biz
Darıxmaq olmaz.
Bip-bip, bip-bip!
Sözləri Teymur Elçinin,
Musiqisi Fikrət Amirovundur.
-
Bu mahnini nece yuklemek olar.?
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.