Hər kəsin son zəngi olub.. Her eksin fikrini oyrenmek isterdim bu xatirlarle bagli... Az qaldi 2 gun. Mezunlai tebrik edirem
Son Zəng
Printable View
-
05-29-2009, 03:21 PMAgLaYaN_BuLuDSon Zəng
-
05-29-2009, 05:03 PMGLAMOURKARe: SON ZeNG
unudulmayan gunlerden biri.bizim vaxtimizda 25 olurdu.indi niye 30-dur?
-
05-29-2009, 05:05 PMAzerbaycanliSon Zeng
Son Zeng Son Zeng. Telebeliyin en gözel anlarından biri :)
-
05-29-2009, 07:52 PMXeyallarimRe: Son ZengMenimde bir il bundan evvel son zengim olub .Sozun duzu bitirdiyimize cox pis olmusduq amma qebul olduqdan sonra her sey yoluna dusdu :DAlıntı:
Azerbaycanli Nickli Üyeden Alıntı
-
05-30-2009, 02:55 PMAgLaYaN_BuLuDSon Zəng
Son zəng ...bu söz yəqin ki, hamımıza tanış gəlir.Kimimiz bu günü gəridə qoymuşuq kimimiz isə qarşılamağa tələsirik.Həm sevincli həm kədərli bir gün o gün.O gün il boyu arzuladığımız arzumuz çin olur:kaşki,il sonu gəlsə də dərsə gəlməkdən qurtulsaq deyirik,ama qeribedir ki,o gün gəlib çatdığında heç məktəbdən ayrılmaq istəmirik
-
05-30-2009, 04:43 PMSindyRe: Son Zəng
butun mezunlari tebrik edirem.insallah telebe adlari qazanarlar. mektebi bitirmek yeni heyata atilmaq,yeni arzular ,yeni istekler ....cox gozel duygulardir. nece illerdi bitirmeyime baxmayaraq hele anbaan yadimdadi. ama coxlari deyirki o illerim geri donse,yeniden yasasam,men istemezdim,cunki telebelrik daha maraqlidir.hem yasanmis seyleri yeniden yasamaq maraqsizdir mence :wink:
-
05-30-2010, 01:10 AMAgLaYaN_BuLuDRe: Son Zəng
ALLAHDAN İSTƏYİM BUDUR Kİ,MENİM,
UNİVERSTETƏ GİRİB XOŞBƏXT OLASIZ.
SƏSİNİZ YÜKSƏKDƏN GƏLDİYİ ZAMAN,
MƏKTƏB İLLƏRİNİ YADA SALASIZ.
SON ZƏNGİN ADƏTİDİR AĞLADIR BİZİ,
11 İL GÜLDÜRÜB SONRASA ÜZÜR.
MAYIN 31-i GƏLDİYİ ZAMAN,
ZƏNGİNİ ÇALDIRIB AYIRIR BİZİ.
11 İL MƏKTƏBDƏ OXUDUĞUMUZ AN,
DEYİRDİK UŞAĞIQ ATILIB-DÜŞƏK.
QAÇIRDIQ O YANA-BU YANA HƏR ZƏNG.
DEMİRDİK HEÇ VALLAH BU GÜN GELECEK.
SON ZƏNG VURULDUQDA AĞLAYACAQSIZ,
MƏKTƏBİNİZDƏN YANA DARIXACAQSIZ.
DEYƏSSİZ KAŞ BELE OLMAZDI HEÇ VAXT,
MUELLİMLERİNİZDEN YANA SIXILACAQSIZ.
AĞ-QARA GEYİNİB OĞLANLAR, QIZLAR,
SİNƏLƏRİNƏ QIRMIZI MƏZUN TAXIBLAR.
STOL ARXASINDA OTURUB ONLAR,
1-Cİ SİNFE GETİYİKLƏRİN XATIRLAYIRLAR.
SİZ KEYFSİZ OLMAYIN MƏZUNLAR BU GÜN,
BU GÜN AĞLAMAYIN DEYİN VE GÜLÜN.
GÜLƏNDƏ AÇILIR ÜZÜNÜZDƏ GÜL,
HAMI GÜLÜMSƏYİR SİZİNÇÜN BU GÜN. -
05-30-2010, 01:18 AMAgLaYaN_BuLuDRe: Son Zəng
Sanki bir dəftərdi məktəb illəri,
Birinci sinifən verilmiş bizə.
On bir il yaşayıb gördüyümüzü,
Bəyaz səhifəsinə yazmışıq bizdə.
Kimi gözəl xəttlə yazdı dəftəri,
Kimi qaraladı atdı kənara,
Kimidə boş qoydu bu səhifələri,
Kimidə rənglədi, bəzədi onu.
Artıq bu dəftərin son səhifəsinə,
Son sözü yazmağın vaxtı gəlibdi.
Bir azdan məktəbi təhvil veririk
Əlvida deməyin vaxtı gəlibdi.
Son zəngə tələsmə demək istərdim
Ancaq zaman bizlər üçün yaman tələsir.
Oğlanlar kövrəlir, qızlar ağlayır,
Məktəb bizim üçün əlçatmaz qalır. -
05-30-2010, 02:20 AMPOWER_RANGERSRe: Son Zəng
Təbriklər gənclər :D
-
05-30-2010, 02:24 AMRuzgar_GuluRe: Son Zəng:meyus: beli mende hep boyle diyordum amma indi o yıllarımı cox arıyorum :(Alıntı:
AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
-
05-30-2010, 03:50 PMvacuumRe: Son Zəng
Məktəbi 2 il öncə bitirmişəm amma nəsə son zəng yadimnan çıxıb artıq :sorry:
-
05-30-2010, 10:38 PMAgLaYaN_BuLuDRe: Son Zəng
[
-
05-31-2010, 12:27 PMAgLaYaN_BuLuDRe: Son Zəng
İlk dərs günü... Uşaqların məktəb anlayışı ilə tanış olduqları gün. Səbirsizliklə gözlənilən o gün.
Hər bir uşaq çiynində çox sevdiyi məktəb çantası, əlində bir dəstə gül valideyninin əlindən yapışaraq həyəcanla gözləyir. Kimi elə ilk andan özünə dost axtarmağa başlayır, kimi isə çaşğınlıq içərisində ətrafında nələrin baş verdiyini anlamağa çalışır. Və nəhayət o səs...İlk zəng...
Bəlkə də çoxlarımız ilk dəfə bu səsi eşidəndə qorxmuşuq...
Müəllim sinfə daxil olur, uşaqların hər birinə qayğı ilə yanaşır. Valideynlərin sinfi tərk etmək vaxtı gəlir. Bu anda kim nə edəcəyini bilmir. Bəziləri isə anasının boynuna sarılaraq ağlamağa başlayır. Yenə də ətrafında həmyaşıdlarını görəndə özünə toxtaqlıq verənlər də olur. Yavaş-yavaş hərkəs alışır məktəb həyatına.
Sonrakı illər isə insana elə də qeyri-adi təsir bağışlamır. Ta ki ibtidai sinfi bitirənə qədər. Çünki uşaqlar bu andan etibarən ilk müəllimləri ilə vidalaşaraq məktəb həyatında yeni bir səhifə açırlar. Hər dərsdən sonra sinfə başqa bir müəllimin daxil olması hamı üçün çaşdırıcı bir vəziyyət yaradır. Amma yenə günlər həftələri, həftələr ayları əvəz edir. Hər şey qaydasına düşür. Orta məktəbin ilk 3 ili tamamlanır...
Artıq bir məktəblinin həyatı tamamilə dəyişilir. Çünki bu yaşa çatan insan ətrafında baş verənləri daha yaxşı anlamağa başlayır. Sinif yoldaşları ilə arasındakı münasibətlərdə bir sıra dəyişikliklər olur. Bunlardan əlavə məktəbli özünə tamamilə yad olan hisslər keçirir. Bunun adı isə ilk məhəbbətdir...
Və...Məktəb həyatının sona çatmasına 2 il qalır. Bu zaman isə məktəbli çətinliklərlə üzləşir. Hamını ali məktəbə qəbul olmaq qorxusu, həyəcanı bürüyür. Bu vəziyyət çoxlarını məktəbdən bezdirir. " May ayı tez gəlsəydi canım qurtarardı", "Bu məktəbdən lap bezmişəm" kimi cümlələrin dilə gətirilməsinə səbəb olur. Amma hardan bilə bilərlər ki, gələcək həyatlarında o sözləri söylədikləri üçün peşman olacaqlar.
May ayının 31-i gəlib çatır. Məktəblilər ilk gün olduğu kimi yenə həyəcanlanırlar. Bu həyəcan isə ilk gündəki həyəcandan fərqli olaraq qorxulu deyil, sevincli bir həyəcandır. Sinəsindən məzun yazısı asılan məktəblilər sinif yoldaşlarından xatirə kimi qalması üçün ağappaq köynəklərinə ürək sözlərini yazmalarını xahiş edirlər.
O an gəlib çatır...SON ZƏNG çalınır...
Onlar çalınan bu sonuncu zəngi heç vaxt unutmayacaqlar. ƏLVİDA MƏKTƏB!...
[ -
06-01-2010, 07:10 PMTutu20Re: Son Zəng
:meyus: hayifki o anlari ne etsekde qaytara bilmerik telebe sagir olmaq ne bilim o anlarin yerini hech bir sheyle evez etmek olmaz :meyus:
-
07-23-2012, 11:04 AMSAWA_18Re: Son Zəng
VALLAH men bu haqda daniwmaq lazim deyil yalni bunu yawayib gozlerinizle bu sevinci gormek hiss etmek lazimdi burdan men 11 d sinifini salamlayiram
