Konstitusiya Məhkəməsi haqqında qanun
Birinci fəsil
Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təyinatı və əsas məqsədləri
1.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra - "Konstitusiya Məhkəməsi") Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
1.2. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Maddə 2. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları
Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi təşkil edir.
Maddə 3. Konstitusiya Məhkəməsinin səlahiyyətləri
Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsi, 88-ci maddəsinin I hissəsi, 102-ci maddəsi, 103-cü maddəsinin I hissəsi, 104-cü maddəsinin II və III hissələri, 107-ci maddəsi, 130-cu maddəsinin III - VII hissələri, 153-cü və 154-cü maddələri ilə müəyyən edilir.
Maddə 4. Konstitusiya Məhkəməsinin fəaliyyətinin əsas prinsipləri
Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
Maddə 5. Konstitusiya Məhkəməsinin müstəqilliyi
5.1. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir.
5.2. Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla konstitusiya icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.
[
Re: Konstitusiya Məhkəməsi haqqında qanun
xaricde tehsil almaqima baxmayaraq butun bu qanunlari bilirem mence herbir kes bilse daha yaxsi olar cunki 1 sey olan kimi gedirler huquqsunas yanina qanun oyrenirler tez.Laizm olanda yeni o hallar bas verir .Lakin liboy insan bilmelidi qanunalri bu qanunlarida burda qeyd eden forumcuyada tesekkurler
Re: Konstitusiya Məhkəməsi haqqında qanun
Alıntı:
Yunanka Nickli Üyeden Alıntı
xaricde tehsil almaqima baxmayaraq butun bu qanunlari bilirem mence herbir kes bilse daha yaxsi olar cunki 1 sey olan kimi gedirler huquqsunas yanina qanun oyrenirler tez.Laizm olanda yeni o hallar bas verir .Lakin liboy insan bilmelidi qanunalri bu qanunlarida burda qeyd eden forumcuyada tesekkurler
Xaricdə ola bilsin Xanim qanunlar işləyir ama burda kimə neçə sərf eləyirsə elə olur adam öldür 50-60 min verəndə Cinayət işi belə açilmir deyillər onun əcəli catibmiş səndə əzrayilsan.
Yəni bu ölkədə Şah Qanundu. ::yerivar:: belədə qalsin !