Azərbaycan hazırlıq kurslarının sayının çoxalması bizim millətin təhsilinə xeyirdirmi? Bu barədə daha ətraflı müzakirələr aparsaq məncə yaxşı olar.
Mən bilən Azərbaycanda ilk yaranan hazırlıq kursu türklərin ÇAĞ Öyrətim İşlətmələri tərəfindən açılan Araz Kurslarıdır. Daha sonra isə Zirvə Kursları yaradıldı. Bu iki kurs arasında gərgin rəqabət gedirdi. Rəqabət nə qədər gərgin olsa da, Zirvə Kursları Araz Kurslarının əldə etdiyi nəticələr qədər uğur qazana bilmirdi. Bunlardan əlavə, qarışıq kurslar da vardır ki, bunlara həm abituriyent hazırlığı, həm də magistraturaya və digərlərinə hazırlıq keçən kurslardır ki, bunlardan da ən öndə gedəni Hədəf Kurslarıdır.