Xuraman Şuşalı yenilik edib
Çoxdandır efirlərdən uzaq düşən müğənni Xuraman Şuşalı nəhayət bu səssizliyə son qoymaq qərarına gəlib.
Müğənni gələn ay tamaşaçılarının qarşısına tam yeni bir imicdə çıxacaq. Lent-in məlumatına görə, müğənninin son vaxtlar efirlərdə görünməməsinə səbəb də elə budur.
Belə ki, müğənni tək xarici görünüşündə deyil, qarderobunda və repertuarında da yeniliklər edir. Hazırda o, yeni albomu üzərində də işləyir. Albomun üz qabığında Xuraman Şuşalının yeni imicdə şəkli əks olunacaq. Bunlarla yanaşı müğənni diskə daxil olan iki yeni mahnıya klip çəkdirmək niyyətindədir. Rejissorları hələ məlum olmasa da, kliplərin çəkilişləri Moskva və Gürcüstanda həyata keçiriləcək.
Başı ciddi şəkildə yeni işlərinə qarışan Xuraman Şuşalı fevralda bütün bu yeniliklərlə dinləyicilərinin qarşısına çıxacaq.
Xəyalə Muradlı
Re: Xuraman Şuşalı yenilik edib
sesi yaxşıdı ama bezi cehetleri heç xoşa gelen deyil görek bu xeberde deyildiyi kimi edeceyi yenilikler ne kimi seviyyeli olacaq...çox sağol
Re: Xuraman Şuşalı yenilik edib
AY ALLAH O QIZ NE GUNDEDI AXI :loll: ,HEC DUZEMELLI MAHNISIDA YOXDU